Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq

Tarix:17-09-2024, 12:18

Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq


Ulu Öndər Heydər Əliyev ailədaxili münasibətləri cəmiyyətdaxili münasibətlərin güzgüsü hesab edir, bu prinsipləri özünün siyasi təcrübəsində də tətbiq etməyə çalışırdı. Bu baxımdan o, ailədə və cəmiyyətdə xüsusi yeri olan qadın və uşaqların hüquqlarının müdafiə olunmasını zəruri hesab edirdi. O deyirdi: “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bugünümüzün, gələcəyimizin dayağıdır”. Ulu Öndər müstəqillik dövründə qadın hüquqlarının qorunması üçün bir çox hüquqi- normativ aktlar, qanunlar təsdiqləmiş, mühüm Sərəncam və Fərmanlar imzalamışdır. Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin tariximizdə silinməz iz qoyan nəsil şəcərəsi, eləcə də özünün nümunəvi ailə tarixçəsi, onun müqəddəs ocağının davamçıları – Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ailəsi də cəmiyyətimizə, xüsusən də gənclərimizə böyük örnəkdir. Azərbaycan qadınları, bütövlükdə, Azərbaycan vətəndaşları ümummilli lider Heydər Əliyevin Azərbaycan ailəsi konsepsiyasına həmişə böyük hörmət və ehtiramla yanaşmış, bu tarixi şəxsiyyətin ailəyə və qadına münasibətini daim özləri üçün nümunə hesab etmişlər.
Məhz ulu öndərin təşəbbüsü ilə Azərbaycanda ailənin dayaqlarını daha da möhkəmlətmək, onun hüquq və vəzifələrini müəyyənləşdirmək üçün 1999-cu ildə Ailə Məcəlləsi qəbul olunmuşdur. Bu Məcəllə Azərbaycanda ailə münasibətlərinin normal hüquqi əsaslar üzərində qurulması və davam etdirilməsi üçün hərtərəfli hüquqi baza yaratmışdır. Ulu Öndərin layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan hüquq islahatları çərçivəsində sağlam ailə qurulması pirinsipinə uyğun olaraq ailə və mülki sahənin formalaşmasına öz töhvəsini verməkdədir.

Təəsüflər olsun ki, həyata keçirilən tədbirlərə baxmayaraq, erkən nikah problemi və qohumlar arasında nikah halları digər ölkələrdə olduğu kimi ölkəmizdə də hələki mövcuddur və bunun törətdiyi fəsadlar digər ölkələrdə olduğu kimi, Azərbaycan cəmiyyətində də narahatlıq doğuran aktual ailə məsələlə¬rindən biridir. Belə nikahların baş verməsi bir çox hallarda sağlamlıq imkanları məh¬dud uşaqların dünyaya gəlməsinə və nə¬ticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.

Qan qohumları arasında bağlanan nikahların mənfi nəticələrinin qarşısının alınması istiqamətində dövlət tərəfindən indiyədək bir sıra addımlar atılıb, bu istiqamətdə lazımi tədbirlər görülür. Qanunvericiliyə dəyişikliklər edilir, yeni sənədlər qəbul olunur, maarifləndirmə işləri aparılır. Lakin buna baxmayaraq, bəzi ailələrdə müşahidə edilən ənənəvi stereotiplərin, qohumların evlənməsinə müsbət yana¬şılması kimi patriarxal düşüncələrin möv¬cudluğu belə nikah hallarının baş vermə¬sinə səbəb olur.
2025-ci il iyulun 1-dən Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Aİlə Məcəlləsinə edilən dəyişiklik qüvvəyə minəcək. Bu qanun erkən nikah halları ilə bağlı daha konkret maddə və normaları ehtiva edir.

Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir. Məhz bu problemin həlli məqsədilə Ailə Məcəlləsinin 12-ci maddəsində (Nikahın bağlanmasına mane olan hallar) yaxın qohumlarla yanaşı qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlar, o cümlədən bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməyən yeni normanın təsbitidir.

Qanun layihəsinə əsasən, on altı yaşına çatmayan şəxsin erkən evliliyinin həmin şəxsin və ya erkən evliliyə daxil olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs tərəfindən təşkil edilməsi iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Bu maddədə nəzərdə tutulmuş cinayətə görə məsuliyyət erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə həmin şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır.

Ailə Məcəlləsinə edilən son dəyişikliklər qohum evliliklərinin və erkən nikahların qarşısının alınması sahəsində əhəmiyyətli bir addımdır. Bu dəyişikliklər hüquqi tənzimləmə və sosial dəstək sistemlərinin müasir tələblərə uyğunlaşdırılmasına yönəlmişdir. Qanunvericiliyin effektiv tətbiqi, təhsil və maarifləndirmə, sosial xidmətlərin gücləndirilməsi və genetik testlərin tətbiqi bu sahədəki problemlərin həllinə kömək edəcəkdir. Həmçinin, mədəni və sosial maneələrin aşılması və hüquqi əsasların gücləndirilməsi müasir ailə münasibətlərinin inkişafı üçün əsas şərtlərdəndir. Bu yanaşmaların icrası sağlam və balanslı bir ailə strukturunun qurulmasına yönəlmiş effektiv addımları təmin edəcəkdir.

Ümumiyyətlə, son illər vətəndaşlıq vəziyyəti aktları orqanlarında həyata keçirilən mütərəqqi ruhlu islahatlar ölkədə vətəndaşlara bu sahədə daha çevik və mükəmməl xidmət göstərmək imkanı yaratmışdır. Bütün bunların müqabilində hər bir ədliyyə əməkdaşı da qanunla üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə, vətəndaşların qanuni hüquq və mənafeyini yüksək səviyyədə qorumağa çalışır.

Qeyd edək ki, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təklifləri əsasında hazırlanıb. Layihənin hazırlanmasında məqsəd erkən evlilik və qohum nikahları nəticəsində yaranan problemlərin aradan qaldırılması, insan hüquq və azadlıqlarının təmin olunması, milli genofondun sağlamlaşdırılmasıdır.

Nigar Bağırova
Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinin rəisi

Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Milli Ordumuzun şərəfli inkişaf yolu
Milli Ordumuzun şərəfli inkişaf yolu
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Bir imza ilə başlayan yeni strateji dövr
Bir imza ilə başlayan yeni strateji dövr
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu