Absheron Media
Haqqımızda Bizimlə əlaqə

“Statistika nə üçün lazımdır” adlı maarifləndirici məqalə

Tarix:5-09-2025, 15:42

“Statistika nə üçün lazımdır” adlı maarifləndirici məqalə


Ölkə rəhbəri cənab İlham Əliyevin qeyd etdiyi kimi düzgün statistik məlumatlar, vəziyyətin dolğun analizi olmadan müxtəlif sahələrdə , o cümlədən sosial-iqtisadi, demoqrafik və istənilən digər sahələrdə inkişafın və perspektivlərin dəqiq planlaşdırılmasına nail olmaq mümkün deyil. Belə ki, Statistika vasitəsilə müxtəlif iqtisadi göstəricilər , o cümlədən Ümumi Daxili Məhsul, İnflyasiya səviyyəsi, İşsizlik dərəcəsi, İxrac və idxal göstəriciləri ölçülür ki, bu göstəricilər ölkənin iqtisadi sağlamlığını göstərir və islahatların zəruriliyini ortaya qoyur. Bundan başqa statistika investorlar üçün məlumat bazası yaradır. Daxili və xarici investorlar statistik göstəricilərə əsasən ölkədəki iqtisadi sabitliyi və investisiya mühitini dəyərləndirirlər. Statistika eyni zamanda statistik göstəricilər vasitəsi ilə əhalinin gəlir səviyyəsi, istehlak xərcləri, yaşayış şəraiti kimi sahələrdə real vəziyyəti ortaya çıxarır, regionlararası inkişaf fərqlərinin müəyyən olunmasını, regionlar üzrə iqtisadi inkişaf göstəricilərini təqdim edərək geri qalmış bölgələrə xüsusi diqqət ayrılmasına resursların daha ədalətli bölgüsünə imkan yaradır, beynəlxalq müqayisələr və inteqrasiyalara şərait yaradır, həmçinin ölkənin statistik göstəriciləri beynəlxalq təşkilatlar tərəfindən istifadə olunur ki, bu göstəricilər də ölkənin iqtisadi və sosial vəziyyətinin beynəlxalq səviyyədə tanıdılmasına şərait yaradır. Statistik məlumatlar beynəlxalq təşkilatlar üçün ölkənin “rəqəmsal pasportu” rolunu oynayır. Bu məlumatlar dəqiq və şəffaf olduqda, ölkə daha yaxşı tanınır, statistik göstəricilər ölkənin beynəlxalq layihələrə, qlobal təşəbbüslərə uyğunluğunu sübut edir, daha uğurlu iqtisadi və sosial inkişaf yolu seçə bilir. Bütün bunları nəzərə alaraq ölkədə statistikanın inkişafına böyük diqqət ayrılır. Bu işdə statistik vahidlərin də əhəmiyyətli rolu var.

Belə demək olar ki, statistik vahidlərin təqdim etdikləri məlumatlar statistikanın təməl daşlarıdır. Statistik vahidlər statistik müşahidə zamanı məlumatların toplandığı əsas obyektlərdir. Bu obyektlər düzgün müəyyənləşdirildikdə, tələb edilən məlumatları vaxtında və təhrif olunmadan təqdim etdikdə toplanan məlumatlar daha etibarlı və istifadə edilə bilən olur. Bu isə öz növbəsində ölkə səviyyəsində dəqiq iqtisadi və sosial analizlərin aparılmasına şərait yaradır.

Təvəkkül Mirzəyev,
Abşeron rayon Statistika idarəsinin rəisi

Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Prezidentdən İslam dünyasına mühüm birlik mesajı
Prezidentdən İslam dünyasına mühüm birlik mesajı
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur