Absheron Media
Haqqımızda Bizimlə əlaqə

«Mətanət A» şirkəti

Tarix:7-01-2015, 20:40

Sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan

«Mətanət A» şirkətinin əsası 2000-ci ildə qoyulmuş və qısa müddət ərzində

milli şirkətlər arasında aparıcı yerlərdən birinə sahib olaraq innovativ texnologiyalar

sayəsində yüksək inkşaf səviyyəsinə çatmışdır. Ən son texnologiyalarla təchiz olunmuş

zavodlarında istehsal edilən məhsullar ölkəmizdə və onun hüdudlarından kənarda istifadəçilərin rəğbətini qazanaraq şirkəti öz sektorunda qabaqcıl şirkətlərdən birinə çevirmişdir. Şirkət inşaat məhsulları sahəsində Azərbaycanda ilk dəfə olaraq İSO 9001-2008 "Keyfiyyətin İdarə Olunması” beynəlxalq standartını almışdır. Keyfiyyət strategiyası ilə yanaşı

"Mətanət A" şirkəti ətraf mühitin idarəolunması faktoruna da məsuliyyətlə yanaşır və

nəticədə İSO 14001:2004 beynəlxalq standartına layiq görülmüşdür. Bundan başqa

digər təşkilatlar tərəfindən beynəlxalq və milli mükafatları

("Century İnternational Quality Era Award” ,"Award Global Quality Management”,

"Gold Star International Award for Quality”,”New Millenium Award”,

"Intellekt” mükafatı, "İnşaat materiallarının istehsalı üzrə ilin Lider şirkəti”, "İlin brendi-AĞDAĞ”, Mərkəzi və

Şərqi Avropa ölkələrinin VIII Beynəlxalq Keyfiyyət Turnirində "Finalist 2012" diplomu və s. mükafatlar) ilə də təltif olunmuşdur. 

Hal-hazırda şirkət 3 sistemdə, 22 mal qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-ə yaxın məhsul çeşidinə

malikdir. Müştərilərə həm çeşid zənginliyi, həm rahatlıq, həm də keyfiyyət baxımından tam xidmət göstərməklə daima yeni ideyaların

ortaya qoyulması şirkətin əsas prinsiplərindəndir. Belə ki, "Mətanət A” şirkəti gips əsaslı məhsullar sahəsində də yeniliklər etmiş, Qafqazda

ilk müasir tipli gips zavodu olan "AĞDAĞ” zavodunun əsasını qoymuş, alman texnologiyasına əsaslanan, rəqəmsal texnologiya ilə

avtomatlaşdırılmış formada istehsal prosesini həyata keçirərək "AĞDAĞ” məhsulunun istehsalına başlamışdır.

2008-ci ildə fəaliyyətə başlayan Beton Qatqıları Zavodu da şirkətin aktiv fəaliyyətinin nəticəsidir. Yüksək professionallıqla yeni məhsul

qrupunun istehsalını həyata keçirən zavod milli iqtisadiyyatımızın inkşafı sahəsində öz tövhəsini verən istehsal sahələri sırasına aid edilə bilər.

 

   Artıq şirkət qloballaşaraq "Mətanət A” ticarət markası adı altında istehsal etdiyi məhsulları

Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, İran, Ukrayna və digər xarici ölkələrə ixrac edir.

Bu bir daha sübut edir ki, bu gün milli şirkətimiz müasir biznes təcrübəsinə görə heç də

dünyanın qabaqcıl korporasiyalarından geri qalmır.

Bu gün şirkətimiz vahid məqsəd və eyni amal uğrunda sürətlə inkşaf edən milli

iqtisadiyyatımıza önəmli tövhələr vermək naminə fəaliyyətini daim genişləndirir.

 

 

 

 
 
 
 
 
 
 

 


BAŞ OFİS

Masazır 2, AZ0123 
Abşeron, Azərbaycan
Tel.: (+994 12) 342 93 88
Faks: (+994 12) 342 93 00
E-mail: [email protected]
Web: www.matanata.com

«AĞDAĞ» ZAVODU

Bakı-Qazax şossesi, 27 km
Qaradağ rayonu, Bakı, Azərbaycan
Tel.: (+994 12) 447 70 83
Faks: (+994 12) 342 93 00
E-mail: [email protected]
Web: www.agdag.az

SEMENT ƏSASLI YAPIŞDIRICILAR ZAVODU

Masazır 2, AZ0123 
Abşeron, Azərbaycan
Tel.: (+994 12) 342 93 88
Faks: (+994 12) 342 93 00

BETON QATQILARI ZAVODU

Masazır 2, AZ0123 
Abşeron, Azərbaycan 
Tel.: (+994 12) 342 93 88
Faks: (+994 12) 342 93 00

Zirvə görüşü SPECA-ya üzv dövlətlərinin əlaqələrinə yeni təkan verəcək
Zirvə görüşü SPECA-ya üzv dövlətlərinin əlaqələrinə yeni təkan verəcək
Abşeron rayonunda “Heydər Əliyev İli” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib
Abşeron rayonunda “Heydər Əliyev İli” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib
Şəhər günün mübarək – gözəl Kəlbəcər
Şəhər günün mübarək – gözəl Kəlbəcər
Azərbaycan sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırdır
Azərbaycan sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Abşeronda vətəndaş cəmiyyəti institutları tərəfindən silsilə tədbirlər keçirilib
Abşeronda vətəndaş cəmiyyəti institutları tərəfindən silsilə tədbirlər keçirilib
Xankəndində hərbi paradın keçirilməsi Azərbaycanın zəfərinin təntənəsidir
Xankəndində hərbi paradın keçirilməsi Azərbaycanın zəfərinin təntənəsidir
Müzəffər Ordumuz əsrlərin intiqamını 44 gündə aldı-KÖNÜLLÜLƏR YAZIR..
Müzəffər Ordumuz əsrlərin intiqamını 44 gündə aldı-KÖNÜLLÜLƏR YAZIR..
Azərbaycan ECO-nun üzv dövlətləri ilə əməkdaşlığı genişləndirir
Azərbaycan ECO-nun üzv dövlətləri ilə əməkdaşlığı genişləndirir
Müstəqil Azərbaycanın ilk Konstitusiyası dövlət quruculuğunun əsasını qoyub
Müstəqil Azərbaycanın ilk Konstitusiyası dövlət quruculuğunun əsasını qoyub
Üçtərəfli Bəyanat Azərbaycanın siyasi müstəvidə gücünün göstəricisidir
Üçtərəfli Bəyanat Azərbaycanın siyasi müstəvidə gücünün göstəricisidir
Bayrağımız qürur mənbəyimiz, and yerimizdir
Bayrağımız qürur mənbəyimiz, and yerimizdir
Zəfər Günü – tarixi qələbə və gələcək firavanlıq…
Zəfər Günü – tarixi qələbə və gələcək firavanlıq…
Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış gün
Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış gün
Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi
Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi
Ölkəmizdə uşaqlar yüksək dövlət qayğısı ilə əhatə olunublar
Ölkəmizdə uşaqlar yüksək dövlət qayğısı ilə əhatə olunublar
Xankəndi, Xocalı və Əsgəranda üç rəngli, ay-ulduzlu bayrağımız dalğalanır...
Xankəndi, Xocalı və Əsgəranda üç rəngli, ay-ulduzlu bayrağımız dalğalanır...
Bu gün Azərbaycan xalqı qürur, şərəf dolu tarixi günlər yaşayır
Bu gün Azərbaycan xalqı qürur, şərəf dolu tarixi günlər yaşayır