Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib

Tarix:11-03-2024, 10:29

Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib

Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi və Məmmədli kənd məscidinin təşkilatçılığı ilə “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Rayon ziyalılarının, gənclərin, ağsaqqaların, eləcə də ictimaiyyət nümayəndələrinin və din xadimlərinin iştirak etdiyi tədbirdə Məmmədli kənd məscidinin imamı Bəşir Mənsurov, Abşeron rayon Ağsaqqallar Şurasının sədri, şəhid Vidadi Zalovun atası Nizami Zalov, Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis mayoru Emil İsmayılov, filosof, sosioloq Mail Yaqub, Abşeron rayon İcra Hakimiyyəti başçısının Məmmədli kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəsi Elmar Abbasov, DQİDK-nın Abşeron-Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Yalçın Abdullayev və Qafqaz Müsəlmanları İdarəsinin Abşeron, Sumqayıt və Xızı bölgəsi üzrə qazısı Hacı Rauf Sərdarov çıxış edərək gəncləri zərərli vərdişlərdən uzaq olmağa çağırıb, gənc nəslin sağlam ruhda, vətənpərvər formalaşmasında mənəvi dəyərlərin rolundan danışıblar.

Qeyd edilib ki, hər bir gənc öz hüquq və vəzifələrini bilməli, zərərli vərdişlərdən uzaq durmalıdır. Yeniyetmə və gənclərimiz yüksək təhsil almalı, müasir informasiya texnologiyalarından istifadə etməyi bacarmalı, idmanla məşğul olmalı, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyüməli, vətənpərvər kimi hər zaman ölkəmizin müdafiəsinə hazır olmalı, cəmiyyətdə sağlam fərdə çevrilməlidir.

Çıxışlarda həmçinin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın icrası istiqamətində ölkəmizdə, o cümlədən Abşeron rayonunda görülən işlərdən, bu sahədə qarşıda duran vəzifələrdən danışılıb.

Sonra mövzuya dair müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib

Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa

Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası

Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir

Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası

Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır

Orta Dəhlizdə Azərbaycanın artan rolu...

Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir

YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb

Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı

Müəllim yalnız dərs demir, gələcək yetişdirir

Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu

Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu

Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı

Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir

Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır

Suverenliyimizin tam bərpa olunduğu tarixi gün