Azərbaycanın Böyük Britaniyadakı səfirliyində prezident seçkiləri ilə əlaqədar səsvermə davam edir.Səsvermə prosesinə yerli vaxtla saat 08:00-da start verilib. Səfirlikdə fəaliyyət göstərən 17 saylı Yasamal üçüncü seçki dairəsinin 33 saylı seçki məntəqəsinin sədri Hüseyn Hüseynov deyib ki, məntəqədə 350 Azərbaycan vətəndaşı qeydiyyatdadır.