Aprelin 11-də prezident seçkilərinin başlandığı səhər saatlarından Bakının 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində xüsusi canlanma müşahidə olunurdu.Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev həmin məntəqədə səs verib.
Məntəqədə səsvermənin gedişini beynəlxalq və yerli müşahidəçilər izləyirdilər.