Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan ilə Belarus arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

Tarix:31-01-2019, 19:18

Azərbaycan ilə Belarus arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub


Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov Belarus Milli Məclisinin Respublika Şurasının (parlamentin yuxarı palatası) sədri Mixail Myasnikoviç ilə görüşüb.

Görüş zamanı tərəflər Azərbaycan ilə Belarus arasında müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər. M.Myasnikoviç ölkələrimiz arasında bir çox istiqamətlər üzrə qarşılıqlı əməkdaşlıq dinamikasını yüksək qiymətləndirərək, Belarusda Azərbaycan biznesi üçün səmərəli şərtlərin olduğunu və artıq uğurlu investisiya layihələrinin həyata keçirildiyini vurğulayıb.

Səfir investisiya sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayaraq Azərbaycan ilə Belarus arasında müxtəlif sahələr üzrə birgə müəssisələrin yaradılmasının vacib olduğunu bildirib. O, Azərbaycan Respublikasının Sumqayıt Texnoloji Parkı və Sumqayıt Kimya-Sənaye Parkı ilə “Velikiy kamen” Belarus-Çin Sənaye Parkı arasında əməkdaşlığa dair sənədin hazırlanaraq imzalanmasını təklif edib. Bildirib ki, bu da öz növbəsində birgə son məhsul istehsalı zamanı əmək bölgüsü imkanlarından istifadə edərək ölkələrimizin mövcud istehsal gücündən səmərəli istifadə etməyə imkan yarada bilər.

Daha sonra səfir iki ölkə arasında münasibətlərin inkişafında göstərdiyi xidmətə görə M.Myasnikoviçə Azərbaycan ilə Belarus arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə səfirlik tərəfindən hazırlanmış gümüş xatirə nişanı və 25 illiyə həsr olunmuş kitabı təqdim edib.

Səfir L.Qəndilov, həmçinin Belarus Respublikası Baş nazirinin müavini, Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədri Mixail Rusı ilə görüşüb. Görüş zamanı Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə hazırlıq məqsədilə Minsk şəhərində Belarusun alman-faşist işğalından azad olunmasında iştirak etmiş 8 nəfər Sovet İttifaqı Qəhrəmanının şərəfinə “Azərbaycan Qəhrəmanları” parkının salınması və ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlıq, o cümlədən Azərbaycan investorlarının Belarusda fəaliyyətinin genişləndirilməsi məsələləri müzakirə edilib.

Artıq Şuşanın yeni bir tarixi başlayır
Artıq Şuşanın yeni bir tarixi başlayır
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib