Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Böyük Britaniya Baş nazirinin ticarət elçisi Azərbaycana səfər edəcək

Tarix:15-02-2019, 20:20

Böyük Britaniya Baş nazirinin ticarət elçisi Azərbaycana səfər edəcək


Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev Böyük Britaniyaya səfəri çərçivəsində bu ölkənin Baş nazirinin ticarət elçisi Baronessa Nikolsonla görüşüb.

Görüşdə Ə.Qarayev Azərbaycanla Böyük Britaniya arasında mədəni əlaqələrdən danışaraq qeyd edib ki, iki ölkənin mədəni əlaqələri müstəqillik dövründə sürətlə inkişaf edib və əlaqələrin inkişafında "British Council"ın böyük rolu var. Nazir "British Council" ilə imzalanmış niyyət sazişi barədə məlumat verərək bildirib ki, bu sənəd Böyük Britaniya ilə Azərbaycan arasında mədəni və yaradıcı sənayelərin inkişafı ilə bağlı təcrübə mübadiləsi, kitabxana, muzey və digər sahələrdə əməkdaşlığın inkişafına töhfə verəcək.

Görüşdə iştirak edən "British Council"ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Summer Xia da mədəniyyət sahəsində əməkdaşlıq barədə məlumat verərək "British Council" ilə Mədəniyyət Nazirliyinin birgə fəaliyyəti nəticəsində bir sıra layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

Baronessa Nikolson, öz növbəsində, iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafına dəstək göstərməyə hazır olduğunu, Azərbaycana səfərləri zamanı ölkənin mədəniyyətinə və tarixinə böyük maraq göstərdiyini, muzeyləri ziyarət etdiyini və Azərbaycan mədəniyyətinin onda dərin təəssürat yaratdığını qeyd edib. O, həmçinin yaxın zamanda Bakıya səfər edəcəyini və səfər çərçivəsində bir sıra mədəni tədbirlərdə iştirak etməyi planlaşdırdığını diqqətə çatdırıb.

Ə.Qarayev ticarət elçisini Bakıya səfəri zamanı Xalça Muzeyi, Muğam Mərkəzi və digər mədəniyyət müəssisələrini ziyarət etməyə dəvət edib.

Baronessa Nikolson bir sıra ölkələrdə onun şəxsi təşəbbüsü ilə mədəniyyət və musiqi sahələrində layihələrin həyata keçirildiyini, bu layihələrin bəzilərinin Azərbaycanla da bağlı olacağını və Azərbaycan təcrübəsinin bu istiqamətdə ona kömək edə biləcəyini qeyd edib. Nazir həmin layihələrin həyata keçirilməsinə dəstək göstərməyə hazır olduğunu bildirib.

Böyük Britaniya Baş nazirinin ticarət elçisi Azərbaycana səfər edəcək

Böyük Britaniya Baş nazirinin ticarət elçisi Azərbaycana səfər edəcək

Artıq Şuşanın yeni bir tarixi başlayır
Artıq Şuşanın yeni bir tarixi başlayır
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib