Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Ekspert: Prezident İlham Əliyev və Paşinyanın Vyana görüşü Azərbaycanın növbəti diplomatik üstünlüyü kimi qiymətləndirilməlidir

Tarix:30-03-2019, 15:59

Ekspert: Prezident İlham Əliyev və Paşinyanın Vyana görüşü Azərbaycanın növbəti diplomatik üstünlüyü kimi qiymətləndirilməlidir


Prezident İlham Əliyevin Vyanada Ermənistanın baş naziri Nikol Paşinyanla apardığı danışıqlar və onun nəticələri ilk növbədə bir amili təsdiq edir ki, Azərbaycan heç vaxt Dağlıq Qarabağın və ətraf rayonların işğalı ilə barışmayacaq.

O bildirib ki, bu danışıqlara qədər xarici işlər nazirləri bir neçə dəfə görüşüblər və həmin proses Ermənistan rəhbərliyinin daha öncələr verdiyi bəyanatlardan imtinası ilə nəticələnib: “Məhz bu baxımdan biz Vyana görüşünü və əldə edilən nəticələri Azərbaycanın növbəti diplomatik üstünlüyü kimi qiymətləndirə bilərik. Misal üçün, xatırlaya bilərik ki, Nikol Paşinyan baş nazir olduğu ilk vaxtlarda danışıqlar prosesinə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondar rejimin də qatılmalı olduğunu bəyan edirdi. Lakin Prezident İlham Əliyevin qətiyyətli diplomatiyası, eləcə də elə bir formatın qeyri-mümkünlüyü barədə verdiyi bəyanatlar erməni tərəfinin həmin iddiadan geri çəkilməsi ilə nəticələndi. Vyana görüşünün razılaşdırılmasına qədər xarici işlər nazirlərinin ortaq məxrəcə gəlməsi də məhz dövlət başçımızın üstün diplomatiyasının məntiqi sübutudur”.

B.Quliyev vurğulayıb ki, Prezident İlham Əliyevin bu danışıqlarda əldə etdiyi daha bir üstünlük humanitar məsələlərlə bağlıdır: "Prosesin iki ölkə - Ermənistan və Azərbaycan arasında aparılması qarşıda növbəti mümkün razılaşmalara stimul verə biləcək. Əgər humanitar aksiyalarla bağlı müəyyən razılıqlar əldə olunubsa, qarşıda daha qəti razılaşmalara da imza atıla bilər. Həmçinin o da əbəs deyil ki, Prezident İlham Əliyev sözügedən müsahibəsində ATƏT-in Minsk qrupunun 9 mart bəyanatını da xatırlatdı. Danışıqlar prosesinin formatının dəyişdirilməsinə yalnız iki ölkənin rəhbərliklərinin qərar verə biləcəyi ilə bağlı səslənən fikirlərin ardınca Azərbaycan heç vaxt bu addıma razı olmayacağını bəyan edərək, öz prinsipial, qətiyyətli və sərt mövqeyini ortaya qoydu. Bu qətiyyət isə Ermənistanı substantivliyə, yəni ilkin formata geri dönməyə vadar etdi. Ona görə də düşünürəm ki, Vyana görüşündə cənab İlham Əliyevin diplomatik, eləcə də siyasi üstünlüyü öz sözünü dedi”.

Ekspert qeyd edib ki, Prezident İlham Əliyevin siyasi diplomatik gedişləri həm də dövlətimizin başçısının beynəlxalq aləmdə yüksək nüfuzunun göstəricisidir: “Biz bilirik ki, bir sıra beynəlxalq təşkilatlar işğal faktını pisləyən bəyanatlarla çıxış ediblər, qətnamələr qəbul olunub və s. Yəni bütün bunlar Azərbaycan ərazilərinin beynəlxalq səviyyədə tanınmasının sübutudur. O cümlədən, cənab İlham Əliyevin qətiyyətli fəaliyyəti sayəsində bu gün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən çıxarılması tələbi qüvvədə qalmaqdadır. Ona görə də düşünürəm ki, Vyana prosesi həmin amilin davamı, həm də başlanğıc nöqtəsi hesab edilə bilər. Ölkə başçımızın müsahibəsi də bu reallığı özündə kifayət qədər əks etdirir”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin martın 29-da Vyanada Ermənistan-Azərbaycan münaqişəsinin həllini müzakirə etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü olub. Təkbətək görüş iki saatdan artıq davam edib, sonra isə danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin və iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə davam etdirilib.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri və həmsədrlərin görüşün yekunu üzrə birgə bəyanatında danışıqlar prosesinin əsas məsələləri, substantiv məqamlar barədə geniş fikir mübadiləsinin aparıldığı qeyd olunur. Həmçinin sülh prosesinin irəli aparılması üçün münasib və münbit şəraitin yaradılmasının, danışıqlar prosesində konkret və nəticə yönümlü addımların atılmasının vacibliyi kimi məqamlar vurğulanır.

Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər