Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Yeni mərhələ, yeni hədəflər

Tarix:3-03-2023, 08:38

Yeni mərhələ, yeni hədəflər


Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ötən illər ərzində böyük inkişaf yolu keçib. 21 noyabr 2022-ci il YAP-ın yaradılmasının 30-cu ildönümü tamam oldu. 30 illik fəaliyyəti dövründə Yeni Azərbaycan Partiyası çoxşaxəli fəaliyyət göstərməklə yanaşı, islahatlara da böyük önəm verib. Həmin islahatlar partiyanın sədri, ölkə Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi siyasi kursa uyğun olaraq davam etdirilib. 2018-ci ildə keçirilmiş prezident seçkilərindən sonra genişmiqyaslı islahatların reallaşdırılması Azərbaycanın milli gücünün artmasını təmin etmişdir. Ölkəmiz siyasi, iqtisadi, ictimai və diplomatik resurslarından istifadə edərək milli məqsədlərini reallaşdırır. Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası bu səpkidə xüsusi qeyd edilməlidir. Qazanılmış Qələbənin hərb meydanında siyasi və diplomatik müstəvidə strateji prosesə çevrilməsi isə əsas vəzifədir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə atılan addımlar yeni mərhələdə qarşıda duran vəzifələri reallaşdırmağa imkan verir.

2021- ci il 5 mart tarixində Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayının keçirilməsi də islahatlar strategiyasının tərkib hissəsi kimi böyük ictimai-siyasi əhəmiyyətə malikdir. VII qurultay istər partiyanın, istərsə də ictimai-siyasi münasibətlər sistemimizin tarixində mühüm bir hadisə kimi yadda qaldı. Yaranmış yeni reallıqlar hakim partiyada da islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasını zəruri edib. Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev qurultayda çıxışı zamanı ulu öndərimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yoluna nəzər salıb, qarşıda duran vəzifələri diqqətə çatdırıb. Cənab Prezident İlham Əliyev “Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq”,- deyə vurğulayıb. Bunlar partiyanın və ölkəmizin inkişafı, qarşıda duran hədəflərə çatmaq baxımından müstəsna önəm daşıyır. Eyni zamanda, VII qurultayda qəbul edilən qərarlar və daha sonra görülən işlər milli maraqlara və müasir çağırışlara adekvat müəyyənləşdirilmiş vəzifələrin yerinə yetirilməsinə imkan verir. Bu, həm də partiyanın fəaliyyətində keyfiyyət dəyişikliklərinə səbəb olub. Bir neçə məqama bu baxımdan xüsusi diqqət yetirmək məqsədəuyğun olar. Yeni Azərbaycan Partiyasının VII qurultayının əhəmiyyətindən bəhs edərkən onu da qeyd etmək lazımdır ki, YAP daxili struktur etibarilə yeni keyfiyyət dəyişikliyinə nail oldu və siyasi təşkilat olaraq daha da gücləndi. Eyni zamanda, partiyamız ölkənin gələcəyi baxımından yeni prioritet məqsəd və vəzifələri müəyyənləşdirmiş oldu, monolit siyasi güc kimi bundan sonra da ölkənin perspektiv inkişafında mühüm rol oynayacağını nümayiş etdirdi. Digər tərəfdən, yeni Nizamnamənin təsdiq olunması fəaliyyətin müasir dövrün tələblərinə və çağırışlarına uyğun qurulmasına şərait yaradıb. Yeni Nizamnaməyə əsasən VII qurultaydan ötən zaman müddətində təşkilatlanma işləri aparılıb, kadr və struktur dəyişiklikləri ilə əlaqədar vacib qərarlar qəbul olunub. Yeni Azərbaycan Partiyasının VII qurultayı, eyni zamanda, YAP-ın siyasi dialoq prosesində, milli birliyin gücləndirilməsində fəal rolunun artmasını şərtləndirib. Qurultayda 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edilməsi isə siyasi sistemin inkişafı baxımından önəmlidir. Digər tərəfdən, bu, siyasi dialoq prosesinə mühüm töhfələr verən YAP-ın müsbət imicini, ictimai-siyasi prestijini göstərir. Ümumiyyətlə, YAP əməkdaşlığa açıq və siyasi dialoq ilə bağlı prosesləri stimullaşdıran partiyadır. 2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir.

Ən mühüm məqamlardan biri YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında 5 fəsildən ibarət və yeni reallıqların əks olunduğu Proqramın təsdiq edilməsidir. Yeni Proqramda siyasi münasibətlərin bütün strateji fəaliyyət istiqamətləri əhatə olunub, siyasi dəyərlər və prinsiplər, əsas hədəflər əksini tapıb. Bu, eyni zamanda, gələcək fəaliyyət istiqamətlərini müəyyən edən sənəddir. Bunlarla yanaşı, YAP qurultaydan ötən dövr ərzində beynəlxalq əlaqələrini və əməkdaşlığını uğurla davam etdirib, Azərbaycanın müsbət imicinin möhkəmlənməsinə, reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına mühüm töhfələr verib. Ötən ilin iyun ayında YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin Ankaraya səfəri çərçivəsində Yeni Azərbaycan Partiyası və Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) arasında Əməkdaşlığa dair Niyyət Protokolunun imzlanması, eləcə də müxtəlif vaxtlarda hər iki partiyanın birgə təşkilatçılığı ilə videoformatda konfransların keçirilməsi, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri bu baxımdan xüsusi qeyd edilməlidir. Hakim partiyalar olan YAP ilə AK Parti arasında təmasların intensiv xarakter daşıması və çoxşaxəli əlaqələrin əhatə dairəsinin qarşılıqlı səfərlər vasitəsilə genişləndirilməsi çox mühüm əhəmiyyətə malikdir. Bu, heç şübhəsiz ki, bir millətin iki dövləti arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan, zirvədə olan münasibətlərin daha da möhkəmləndirilməsinə, ortaq tarixi keçmişə, milli dəyərlərə və mənəvi bağlılığa malik xalqlarımızın birliyinin gücləndirilməsinə, eləcə də qlobal informasiya platformasında hər iki ölkənin maraqlarının müdafiə olunmasına, dezinformasiyaların qarşısının alınmasına və qara piar kampaniyasının iflasa uğradılmasına və s. müstəsna töhfədir. Bununla yanaşı, 2021-ci ildə Ukraynanın, Qazaxıstanın hakim partiyaları, eləcə də Çin Kommunist Partiyası və digər bir sıra partiyalarla faydalı təmasların davam etdirilməsi gələcək əməkdaşlığın əsas istiqamətlərinin müəyyənləşdirilməsi və ölkələrimiz arasında münasibətlərin inkişafına töhfə üçün önəmlidir. Bütövlükdə, YAP-ın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrasına nail olunması siyasi sistemin və ictimai-siyasi münasibətlərin inkişafına, demokratik dəyərlər və ənənələrin gücləndirilməsinə, ölkəmizin tərəqqisinə yeni təkan verib. Bu, həm Yeni Azərbaycan Partiyasının fəaliyyətində, həm də ölkəmizin gələcək inkişafında yeni mərhələnin başlanğıcıdır. Şübhə yoxdur ki, qalib xalqın partiyası olan Yeni Azərbaycan Partiyası bundan sonra da milli vəzifələri uğurla yerinə yetirməklə ölkəmizin dayanıqlı və dinamik inkişafına, Azərbaycanın qüdrətinin artmasına və strateji hədəflərə çatmasına müstəsna töhfə verəcək.

Ülvi Salmanov
YAP Abşeron Rayon Təşkilatının sədr müavini

Azərbaycanın enerji suverenliyində yeni səhifə
Azərbaycanın enerji suverenliyində yeni səhifə
Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik
Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik
Abşeron rayonunda şəhidlərimiz və onların ailə üzvləri növbəti dəfə ziyarət olunub
Abşeron rayonunda şəhidlərimiz və onların ailə üzvləri növbəti dəfə ziyarət olunub
Abşeronda tibb işçilərinin peşə bayramı qeyd edilib
Abşeronda tibb işçilərinin peşə bayramı qeyd edilib
Əbədi və əzəli Azərbaycan-Türkiyə qardaşlığı
Əbədi və əzəli Azərbaycan-Türkiyə qardaşlığı
Azərbaycan xalqının Qurtuluş Günü
Azərbaycan xalqının Qurtuluş Günü
Abşeron rayonunda 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
Abşeron rayonunda 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
Abşeronda bir sıra sosial xidmət müəssisələri ziyarət edilib
Abşeronda bir sıra sosial xidmət müəssisələri ziyarət edilib
Azərbaycan bu gün təkcə regionda deyil, eləcə də dünyada əsas enerji ixracatçısı kimi tanınır
Azərbaycan bu gün təkcə regionda deyil, eləcə də dünyada əsas enerji ixracatçısı kimi tanınır
Xırdalan ASM-də uşaqlara həsr olunmuş unudulmaz gün!
Xırdalan ASM-də uşaqlara həsr olunmuş unudulmaz gün!
Azərbaycan - Türkiyə - Pakistan birliyi …
Azərbaycan - Türkiyə - Pakistan birliyi …
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib
Abşeronda 28 May - Müstəqillik Günü qeyd edilib
Abşeronda 28 May - Müstəqillik Günü qeyd edilib
Milli dövlətçilik ənənələrinin yeni səhifəsi
Milli dövlətçilik ənənələrinin yeni səhifəsi
Türk dövlətləri arasında birlik güclənir
Türk dövlətləri arasında birlik güclənir
Azərbaycan və Macarıstan arasında geniş dostluq və tərəfdaşlıq münasibətləri
Azərbaycan və Macarıstan arasında geniş dostluq və tərəfdaşlıq münasibətləri
Azərbaycan konstitusion və suveren dövlətdir
Azərbaycan konstitusion və suveren dövlətdir
Konstitusiya və suverenlik dövlətçiliyimizin əsas amilidir
Konstitusiya və suverenlik dövlətçiliyimizin əsas amilidir
Abşeronda “Ailə həftəsi” çərçivəsində silsilə tədbirlər keçirilib
Abşeronda “Ailə həftəsi” çərçivəsində silsilə tədbirlər keçirilib