Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycanla Almaniya arasındakı ticarət dövriyyəsi təxminən üç dəfə artıb

Tarix:4-04-2025, 10:52

Azərbaycanla Almaniya arasındakı ticarət dövriyyəsi təxminən üç dəfə artıb


Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri 2 ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ hesab edilir. Azərbaycan Prezidenti İlham Əliyevlə Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin səfər çərçivəsində ikitərəfli və nümayəndə heyəti ilə birlikdə apardıqları müzakirələr olduqca əhəmiyyətlidir.
Prezident İlham Əliyev və Almaniya prezidentinin Azərbaycana səfərinin əhəmiyyətindən bəhs edərək, bunun əlaqələrimizə yeni müsbət təkan verəcəyini vurğulayıb: “Dövlət başçıları təkbətək görüşdə söhbət əsnasında, həm də nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafını müzakirə edib. Ölkəmizin başçısı iki dövlət arasında iqtisadi sahədə əldə edilmiş nəticələrdən bəhs edib. Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Almaniya arasındakı ticarət dövriyyəsinin təxminən üç dəfə artdığı qeyd olunub. Bunun əsas səbəblərindən biri kimi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artmasının olduğu bildirilib. Gələcəkdə ölkələr arasında ticarət dövriyyəsinin şaxələndirilməsi ilə bağlı hədəflərin olduğunu diqqətə çatdırılıb. Bərpaolunan enerji sahəsində Almaniya şirkətlərinin təcrübəsinin tətbiqinin mümkünlüyü vurğulanıb. Azərbaycanın bu istiqamətdə çox böyük proqramı və planları olması fonunda xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq hədəfi var. Bununla da istehsal edilən enerjinin bir hissəsinin Avropaya ixracı mümkün olacaq”. “Keçən il Azərbaycan COP29 beynəlxalq iqlim konfransına ev sahibliyi istiqamətində Almaniya ilə çox fəal əməkdaşlıq edib. COP29-da 197 ölkəni təmsil edən yetmiş yeddi mindən çox iştirakçı qeydiyyatdan keçmişdi və bu amil onun qlobal əhəmiyyətli bir konfrans olduğunu, uğurlu nəticələrlə yadda qaldığını bir daha təsdqiləmiş olur. Ermənistan isə bu beynəlxalq tədbirə qatılmadı. Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin uğurla getdiyi bir zamanda İrəvanın bu beynəlxalq konfransa qatılmamasının başadüşülən olmadığı Prezident İlham Əliyev tərəfindən də vurğulandı”.
Azərbaycanın otuz il ərzində Ermənistanın işğalından əziyyət çəkdiyi, xalqımızın etnik təmizləməyə məruz qaldığı, bir milyon azərbaycanlının məhz erməni aqressiyasına görə ev-eşiyindən didərgin düşdüyü ölkə başçısı tərəfindən qeyd olundu: “Azərbaycan torpaqlarının iyirmi faizinin Ermənistan tərəfindən işğal edildiyi, beynəlxalq təşkilatların bu məsələdə ciddi addım atmadığı diqqətə çatdırılıb. Yalnız Azərbaycanın bu münaqişəni və beynəlxalq hüququ döyüş meydanında və siyasi müstəvidə həll etdiyi Almaniya prezidentinin və nümayəndə heyətinin iştirak etdiyi mətbuat konfransında bəyan olunub. Məhz Azərbaycanın əldə etdiyi tarixi Zəfər sülh danışıqlarına yol açıb”.

Ülvi Salmanov
YAP Abşeron rayon təşkilatının sədr müavini

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Prezidentdən İslam dünyasına mühüm birlik mesajı
Prezidentdən İslam dünyasına mühüm birlik mesajı
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi