Tədbirdə Abşeron RİH-in əməkdaşları və bağçanın kollektivi iştirak ediblər.
İlk öncə bağçanın balaca fidanlarının bağçada təşkil etdikləri rəsm sərgisinin açılışı və əl işlərinin nümayişi ilə tanışlıq olub.
15 saylı körpələr-evi uşaq bağçasının müdiri Mətanət Novruzova qonaqları və körpə fidanları salamlayaraq tədbirə uğurlar diləyib. Vurğulanıb ki, sərgiyə təqdim olunan əsərlərdə Azərbaycanın tarixi abidələrinin,nağıl qəhrəmanlarının portretləri ilə yanaşı, vətənpərvərlik ruhu aşılayan sənət əsərləri yer alıb.
Keçirilən sərgidə bağçanın tərbiyəçilərinin və körpə fidanlarının 100-ə yaxın rəsm əsəri nümayiş etdirilib. Sərgidə ən çox uşaqların öz duyğuları ilə işləmiş olduğu əsərlərə üstünlük verilib.
Tədbirdə Abşeron RİH-in əməkdaşı Seymur Qasımov çıxış edərək balaca fırça ustalarının əl işlərini yüksək qiymətləndirib. S.Qasımov balaca yaşdan balaca fidanların bu cür maariflənməsi, dünyagörüşlərinin zəngin olmasının əhəmiyyətini vurğulayaraq, onlara uğurlar diləyib.
Sonra səhnə azyaşlılara verilib. Əsasən vətənpərvərlik ruhunda hazırlanmış balacaların ifasında müxtəlif səhnələşdirilmiş nömrələr, rəqs və mahnılar alqışlarla qarşılanıb.
Şamo Əliyev