Masazır 30 saylı körpələr evi-uşaq bağçasında keçirilən “Ətraf aləmlə tanışlıq” məşğələsində uşaqlara “Buta” tədris edilib. Musiqi sədaları altında zala daxil olan uşaqlar tədbir iştirakçılarını salamladıqdan sonra məşğələ başlayıb. Bağçanın uşaqları ilə "açıq məşğələ"ni tərbiyəci Mədinə Bəhrəmzadə aparırıb.
Bağçanın böyük qrupunda düzüənlənən məşğələdə tərbiyəçi körpə fidanlara “Buta” haqqında ətraflı məlumat verib.
Tərbiyəçi məşğələdə yeni təlim üsullarından və əyani vasitələrdən də istifadə edib. Məşğələdə tədqiqatı aparmaq üçün qruplarla iş aparılıb. Körpə fidanlar qruplara bölünərək, qrup daxilində lider seçiblər. Qruplara tapşırıq və iş vərəqləri paylanılıb. Qruplar öz işlərini təqdim etdikdən sonra tərbiyəçi müəllim tərəfindən onların işi müzakirə olunub.
Sonda çıxış edən bağçanın müdiri İlahə Paşayeva "açıq məşğələ"nin yaxşı keçdiyini, aparılan təlim-tərbiyə işinin nəticəsində uşaqların zəruri bilik və məlumatlara yiyələndiklərini, ümumiyyətlə, tədbirin yüksək səviyyədə hazırlandığını qeyd edib, pedaqoji kollektivə fəaliyyətində uğurlar arzulayıb.