Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Qobu bağçasında azyaşlılar riyazi hesablamaları sevərək öyrənir

Tarix:23-05-2019, 23:32

Qobu bağçasında azyaşlılar riyazi hesablamaları sevərək öyrənir

Qobu qəsəbə 16 saylı körpələr evi-uşaq bağçasının məktəbəhazırlıq qrupunda “Riyaziyyat” fənni üzrə açıq məşğələ keçirilib. Abşeron RİH-in əməkdaşı Seymur Qasımovun və rayon ərazisində yerləşən bir neçə məktəbəqədər təhsil müəssisəsinin müdirilərinin iştirak etdikləri məşğələdə əvvəlçə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib.

Musiqi sədaları altında zala daxil olan uşaqlar tədbir iştirakçılarını salamladıqdan sonra məşğələ başlayıb. Bağçanın uşaqları ilə "açıq məşğələ"ni Balanisə Abdulova aparıb.

Məşğələdə tərbiyəçi uşaqlarla keçilən mövzuları (on dairəsində sayma, hesablama əməliyyatları, həndəsi fiqurlar) təkrarlayıb. Uşaqlar bu mövzulara aid müxtəlif tapşırıqları icra ediblər. Tərbiyəçi yeni “Məsələ həlli” mövzusu haqqında məlumat verib. Uşaqlar ekranda nümayiş olunan müxtəlif məsələləri həll etməyə çalışıblar. Məşğələdə həmçinin tədqiqatı aparmaq üçün qruplarla iş aparılıb. Körpə fidanlar 4 qrupa bölünüb, qrup daxilində lider seçiblər. Qruplara tapşırıq və iş vərəqləri paylanılıb.

Qruplar öz işlərini təqdim etdikdən sonra tərbiyəçi müəllim tərəfindən onların işi müzakirə olunub.

Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın məktəbəqədər təhsilə göstərdiyi qayğı nəticəsində əldə edilən nailiyyətlərdən, körpə fidanların hərtərəfli inkişafı ilə əlaqədar həyata keçirilən uğurlu layihələrdən bəhs edən S.Qasımov bildirib ki, rayonda son illər ərzində 50-dən çox müasir tipli məktəb və bağça tikilib istifadəyə verilib.O, həmçinin qeyd edib ki, rayon ərazisində azyaşlı körpələrin sağlam mühitdə böyüməsi, yüksək şəraiti olan bağçalarda təlim-tərbiyə olunması üçün hər cür imkanlar yaradılır, müasir inventar və avadanlıqlarla təmin edilir. Bunun bariz nümünəsdidir ki, Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın tapşırığına əsasən bu günlərdə Qobu qəsəbə 16 saylı körpələr evi-uşaq bağçası da rayonun daxili imkanları hesabına təmir olunub.

Çıxış edən digər qonaqlar "açıq məşğələ"nin yüksək səviyyədə keçdiyini, bağçada uşaqlarla geniş iş aparıldığını, nəticədə onlarda bu sahədə kifayət qədər aydın təsəvvürlər formalaşdığını qeyd edib, bağçanın rəhbərliyinə, tədbirin təşkilində əməyi olanlara minnətdarlığını bildiriblər .

Sonda çıxış edən bağçanın müdiri Səbinə Sultanova qeyd edib ki, kurikulum əsasında keçirilən “Riyaziyyat” fənni üzrə açıq məşğələdə məqsəd, yuxarı yaş qrupunda tərbiyə alan uşaqların il ərzində riyaziyyat biliklərinə nə dərəcədə yiyələndiklərini aşkara çıxarmaq, bu sahədə toplanmış təcrübəni bölüşmək idi.O həmçinin qeyd edib ki, uşaqlar bizim gələcəyimizdir, və bu uşaqların gələcəyi də bizim əlimizdədir. Onların tərbiyəsinin və riyazi biliklərinin formalaşmasında körpələr evi-uşaq bağçasının rolu böyükdür və bu işdə məsuliyyət daha çox tərbiyəçilərin üzərinə düşür. Odur ki, körpə fidanlara qayğı ilə yanaşmaq, doğru yola istiqamətləndirmək lazımdır.

Artıq Şuşanın yeni bir tarixi başlayır
Artıq Şuşanın yeni bir tarixi başlayır
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar

Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.

Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir

İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva

Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır

"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi

Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib

Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib