Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan müəllimlərinin tarixi missiyası

Tarix:5-10-2025, 18:37

Azərbaycan müəllimlərinin tarixi missiyası


“Müəllimlik sənəti şərəfli bir sənətdir. Mən dünyada müəllimdən yüksək ad tanımıram.”
Ümummilli Liderimiz Heydər Əliyevin bu sözləri müəllim peşəsinin müqəddəsliyini, onun cəmiyyət üçün əvəzsiz rolunu ən uca formada ifadə edir. Mən də hər dəfə bu sözləri xatırlayanda bir müəllim kimi qürur hissi keçirirəm. Çünki ömrümü ən böyük amal – insan yetişdirmək sənətinə həsr etmişəm. Müəllim olmaq sadəcə bir peşə deyil, həm də həyatı işıqlandırmaq, gələcəyi formalaşdırmaq missiyasıdır.

Bu gün – 5 oktyabr Beynəlxalq Müəllimlər Günü – sadəcə müəllimlərin deyil, əslində bütün xalqımızın bayramıdır. Çünki hər bir insanın həyat yolunda bir müəllimin izi, bir müəllimin sözü, bir müəllimin işığı var. Hər kəsin qəlbində onu doğru yola yönləndirmiş, elmə, bilik və insanlığa sevgi aşılamış müəllimin xatirəsi yaşayır.
1966-cı ildə UNESCO-nun qərarı ilə təsis edilən Beynəlxalq Müəllimlər Günü müəllim əməyinə verilən ən ali dəyərlərdən biridir. Həmin vaxt qəbul edilən sənəd müəllimlərin statusunun artırılması, onların hüquqlarının qorunması və nüfuzunun möhkəmləndirilməsinə yönəlmişdi. Bu gün dünyanın hər yerində müəllimlərin əməyi dəyərləndirilir, onların cəmiyyətin inkişafında oynadığı misilsiz rola diqqət yetirilir.

Müəllim... Sadəcə bir söz deyil bu. Mən hər dəfə sinif otağına daxil olanda anlayıram ki, müəllimlik bir həyat tərzidir. Əsl müəllim günəş kimidir – öz nurunu şagirdlərinə bəxş edir, bilik və həyat təcrübəsini onlarla bölüşür, gözünün nurunu damla-damla onların yoluna səpir. Çox vaxt öz sağlamlığını, istirahətini, şəxsi həyatını belə qurban verərək yalnız bir məqsədə – cəmiyyətə savadlı, əxlaqlı və vətənpərvər nəsil bəxş etməyə xidmət edir.
Xüsusilə ibtidai sinif müəllimlərinin rolu əvəzolunmazdır. Onlar məktəblə, dərslərlə, həyatla ilk tanışlıq anında uşaqların əlindən tutaraq onlara yol göstərirlər. Büdrədiyimiz anlarda qaldırır, səhvlərimizi düzəldir, qorxularımızı aradan qaldırır, ruhlandırırlar. Mən də öz ilk müəllimimi minnətdarlıqla xatırlayıram – onun səmimiyyəti və sevgisi mənim müəllim olmağımda ən böyük təkan oldu.

Son illərdə Azərbaycanda təhsilə verilən dövlət dəstəyi, müəllim əməyinə göstərilən yüksək diqqət biz müəllimlər üçün qürur mənbəyidir. Prezident İlham Əliyevin “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” fikirləri artıq reallığa çevrilib. Ölkəmizin bütün bölgələrində müasir məktəblər inşa olunur, müəllimlərin sosial rifahı yaxşılaşdırılır, onların əməyinə yüksək qiymət verilir. Müəllimlərin əməkhaqlarının artırılması, fəxri adlarla təltif olunması, dövlət mükafatları ilə dəyərləndirilməsi bu peşəyə olan ehtiramın bariz göstəricisidir.

Sevindirici haldır ki, Abşeron rayonu da bu inkişafdan kənarda qalmır. Son illərdə rayonda təhsil infrastrukturunun yenilənməsi istiqamətində mühüm addımlar atılıb. Bu il Xırdalan şəhər 8 nömrəli, Hökməli və Saray qəsəbə 1 nömrəli məktəblər əsaslı şəkildə yenidən qurulub, Saray qəsəbə 4 nömrəli tam orta məktəb isə tamamilə yeni inşa edilərək istifadəyə verilib. Bu, həm müəllimlərin rahat və müasir şəraitdə fəaliyyət göstərməsinə, həm də şagirdlərin keyfiyyətli təhsil almasına böyük imkanlar yaradır. Təhsil müəssisələrinin belə müasir formaya salınması həm müəllim əməyinə verilən qiymətin, həm də ölkəmizin gələcəyinə qoyulan sərmayənin göstəricisidir.

Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli peşədir. Müəllim əməyinin nəticəsində savadlı, bilikli, geniş dünyagörüşlü, vətənpərvər insanlar yetişir. Bu insanlar isə dövlətimizin müstəqilliyini möhkəmləndirən, cəmiyyətimizin tərəqqisinə xidmət edən əsas qüvvəyə çevrilir. Mən hər dəfə şagirdimin uğurunu görəndə anlayıram ki, bu uğur təkcə onun deyil, həm də müəllim ömrünün ən böyük mükafatıdır.

Bu gün – Beynəlxalq Müəllimlər Günündə mən bütün həmkarlarımı səmimi-qəlbdən təbrik edirəm. Onlara möhkəm cansağlığı, peşə fəaliyyətlərində uğurlar, gənc nəsil yetişdirmək yolunda bitməz güc və səbr arzulayıram. Müəllim əməyinə verilən dəyər, əslində, xalqımızın, millətimizin gələcəyinə verilən dəyərdir.
Mən nə yaxşı ki, müəllim olmuşam. Nə yaxşı ki, bu ömrü müəllimliklə yaşayıram. Və bu gün qürurla deyirəm: “Biz gələcəyin memarlarıyıq!”

Təhminə Məmmədova,
Saray qəsəbə 4 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi

Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Bu layihə bizə imkan verəcək ki, ...
Bu layihə bizə imkan verəcək ki, ...
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Qalib xalqın qalib idmançıları
Qalib xalqın qalib idmançıları
Azərbaycan şəhərləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan şəhərləri yeni inkişaf mərhələsinə qədəm qoyur
İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni dövrü
İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni dövrü
“Konstitusiya və Suverenlik ili”ndə Dövlət Başçısından humanist addım
“Konstitusiya və Suverenlik ili”ndə Dövlət Başçısından humanist addım
Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycanın formalaşması
Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycanın formalaşması
12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü: Azərbaycan xalqının dərin ehtiramını ifadə edən gün
12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü: Azərbaycan xalqının dərin ehtiramını ifadə edən gün
Heydər Əliyev Azərbaycanın xilaskarıdır
Heydər Əliyev Azərbaycanın xilaskarıdır
Ömrünü xalqına həsr edən Dahi Lider
Ömrünü xalqına həsr edən Dahi Lider
Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı uğurla inkişaf edir
Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı uğurla inkişaf edir