Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Şəhərsalma və memarlıq ili təhsildə yeni mərhələnin başlanğıcıdır

Tarix:17-04-2026, 10:31

Şəhərsalma və memarlıq ili təhsildə yeni mərhələnin başlanğıcıdır


2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkəmizin davamlı inkişaf strategiyasının mühüm tərkib hissəsi olmaqla yanaşı, müasir və dayanıqlı yaşayış mühitinin formalaşdırılmasına verilən yüksək önəmin bariz ifadəsidir. Bu qərar təkcə şəhərlərin simasının dəyişdirilməsi deyil, eyni zamanda cəmiyyətin gələcəyinin formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Çünki şəhərsalma və memarlıq yalnız binaların inşası deyil, insanların rifahı, təhlükəsizliyi, təhsili və sosial həyatının təşkilidir.

Son illər ölkəmizdə bütün sahələrdə həyata keçirilən islahatlar təhsil sistemini də əhatə edərək bu sahədə köklü dəyişikliklərə səbəb olmuşdur. Müasir yanaşmalar əsasında yeni məktəb binalarının tikintisi, mövcud təhsil müəssisələrinin əsaslı təmiri və ən müasir avadanlıqlarla təmin edilməsi şagirdlərin keyfiyyətli təhsil almasına geniş imkanlar yaratmışdır. Bu proses xüsusilə 2003-cü ildən etibarən daha geniş vüsət almış, 2005-ci ildən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində ölkə üzrə yüzlərlə müasir təhsil kompleksi istifadəyə verilmişdir. Bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr xüsusi rol oynayaraq təhsilin inkişafına mühüm töhfələr vermişdir.

Dövlət başçısı cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğı nəticəsində bu gün Azərbaycanda dünya standartlarına cavab verən məktəblərin sayı ildən-ilə artır. Prezidentin regionlara səfərləri zamanı təhsil müəssisələrinin vəziyyəti ilə yaxından maraqlanması, yeni məktəblərin açılışında şəxsən iştirak etməsi bu sahənin dövlət siyasətində prioritet istiqamətlərdən biri olduğunu bir daha təsdiqləyir. Bu diqqət və qayğının nəticəsidir ki, ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün müasir təhsil mühiti formalaşmışdır.

Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən sosial və humanitar layihələr, xüsusilə təhsil sahəsinə yönəlmiş proqramlar gənclərin daha yüksək səviyyədə bilik əldə etməsinə şərait yaradır. Bu layihələr cəmiyyətin müxtəlif təbəqələrini əhatə etməklə təhsilin əlçatanlığını və keyfiyyətini artırır.

Məlumdur ki, Ermənistanın ölkəmizə qarşı uzun illər davam edən işğal siyasəti nəticəsində bir çox yaşayış məntəqələri ilə yanaşı, təhsil infrastrukturu da ciddi dağıntılara məruz qalmışdır. Lakin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri çərçivəsində yeni məktəblər inşa olunur, müasir təhsil infrastrukturu yaradılır. Bu proses yalnız əvvəlki vəziyyətin bərpası deyil, daha müasir və dayanıqlı yaşayış mühitinin qurulmasını təmin edir.

Abşeron rayonunda da son illər təhsil infrastrukturunun gücləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Rayon ərazisində fəaliyyət göstərən demək olar ki, bütün məktəblər əsaslı şəkildə təmir olunmuş və ya yenidən inşa edilmişdir. Bu gün şagirdlər yüksək standartlara cavab verən, müasir texnologiyalarla təchiz olunmuş məktəblərdə təhsil alırlar. Son illər Xırdalan şəhərində yerləşən 11 və 8 nömrəli, Mehdiabad qəsəbə 5, Masazır qəsəbəsində 5 və 6 nömrəli, Hökməli və Saray qəsəbəsində yerləşən məktəblərin yenidən qurulması, eləcə də Saray qəsəbə 4 nömrəli tam orta məktəb üçün yeni binanın istifadəyə verilməsi bu sahədə görülən işlərin bariz nümunəsidir.
Bu inkişaf dinamikası tədrisin keyfiyyətinə də öz müsbət təsirini göstərir. Şagirdlərin əldə etdiyi nailiyyətlər, müxtəlif müsabiqə və imtahanlarda qazandıqları yüksək nəticələr təhsil sahəsində aparılan islahatların uğurlu nəticəsidir. Müasir məktəb infrastrukturu, innovativ tədris metodları və beynəlxalq təcrübəyə əsaslanan proqramlar gənclərin bilik və bacarıqlarının inkişafında mühüm rol oynayır.

“Şəhərsalma və Memarlıq İli”nin elan edilməsi isə bütün bu nailiyyətlərin daha sistemli şəkildə davam etdirilməsinə, şəhərlərin və yaşayış məntəqələrinin daha müasir və planlı şəkildə inkişafına geniş imkanlar yaradır. Bu təşəbbüs eyni zamanda təhsil infrastrukturu ilə şəhərsalma siyasətinin vəhdət təşkil etməsini təmin edərək gələcəyin savadlı, dünyagörüşlü və vətənpərvər gənclərinin yetişdirilməsinə xidmət edir.

Məktəb direktoru olaraq əminliklə qeyd etmək istərdim ki, dövlətimizin təhsilə və şəhərsalmaya göstərdiyi bu diqqət və qayğı gələcək nəsillərin daha sağlam, təhlükəsiz və müasir mühitdə yetişməsinə zəmin yaradır. Bu siyasətin davamlılığı isə Azərbaycanın gələcək inkişafının ən möhkəm təminatıdır.

Faiq Xosrovlu,
Mehdiabad qəsəbə 5 nömrəli tam orta məktəbin direktoru

Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri