Xəbər lentİ

Türkiyədə Əmək və Həmrəylik Günü qeyd olunur

17:31, 01.05.18
Oxunub: 872
DÜNYA
Türkiyədə Əmək və Həmrəylik Günü qeyd olunur


Türkiyədə 1 may - Əmək və Həmrəylik Günü qeyd olunur.

Ölkədə əmək şüarları ilə mitinq və yürüşlər təşkil olunub. Hökumət təxribatçı qüvvələrin pozuculuq cəhdlərinin qarşısını almaq üçün ciddi təhlükəsizlik tədbirləri görüb. İcazəli mitinq və yürüşlər üçün yerlər müəyyən olunub. Xəbərdarlıq edilib ki, əvvəlcədən razılaşdırılmayan mitinq və yürüşlərə icazə verilməyəcək.

Qeyd edək ki, uzun illərdir Türkiyədə mayın 1-də bəzi sosialist təmayüllü siyasi partiyaların təşkil etdikləri yürüş-mitinqlər ciddi təxribatlarla yadda qalır. Yanğınlar törədilir, nəqliyyat vasitələrinə, dövlət və əhaliyə qarşı zor tətbiq olunur. Son illər hökumət bu problemlərdən qurtarmaq üçün rəsmi olaraq mayın 1-nin Əmək və Həmrəylik Günü kimi qeyd olunmasına icazə verib.

Fikirlər

 Oxşar xəbərlər: