Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi

Tarix:1-10-2024, 11:15

Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi

Azərbaycan ədəbiyyatı tarixində şərəfli yer tutan Aşıq Ələsgərin zəngin poetik irsi ölkəmizin bir çox aşıqları üçün əsl sənətkarlıq məktəbi olmuşdur. Aşıq Ələsgər yaradıcılığına dövlətimiz həmişə yüksək qiymət vermişdir. Ulu öndər Heydər Əliyevin sərəncamına əsasən 1972-ci ildə dövlət səviyyəsində ustadın anadan olmasının 150 illiyi, 1997-ci ildə isə 175 illik yubileyi qeyd edilmişdir. Bu, Heydər Əliyev tərəfindən Aşıq Ələsgər yaradıcılığına, qədim el sənətinə, Göyçənin sənətkar oğluna verilən yüksək dəyərdir.

Aşıq sənətinə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən göstərilən diqqət və qayğı bu gün cənab Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilir. Cənab Prezidentimizin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində aşıq sənəti 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.
Prezident İlham Əliyevin sərəncamı ilə 2011-ci ildə Ustad Aşığın 190 illik yubileyi, 2021-ci ildə isə 200 illik yubileyi ölkəmizdə böyük təntənə ilə qeyd olunmuşdur. Cənab Prezidentin yüksək diqqətinin nümunəsi kimi Gədəbəydə “Aşıq Ələsgər adına Aşıq Məktəbi” açılmışdır.

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyevin Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak etməsi, ölkə başçısının aşıq sənətinə, mədəniyyətimizə, eləcə də görkəmli şəxsiyyətlərimizə verilən yüksək dəyərin bariz nümünəsidir.

Prezident Əliyev çıxışında Aşıq Ələsgərin yaradıcılığının Azərbaycan xalqı üçün nə qədər böyük mənəvi dəyər kəsb etdiyini qeyd edərək, onun əsərlərinin təkcə Azərbaycan mədəniyyətində deyil, həm də bütün türk dünyasında böyük iz buraxdığını vurğuladı.

Aşıq Ələsgər Azərbaycan aşıq sənətinin inkişafına verdiyi töhfələrlə tanınır və onun irsi bugünkü Azərbaycanın milli mədəniyyətinin vacib hissələrindən biridir. Cənab Prezidentin qeyd etdiyi kimi, "gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik."

Vətən müharibəsində qazanılan Qələbədən sonra Qarabağda və Şərqi Zəngəzurda böyük abadlıq və quruculuq işləri başlandı. İşğaldan azad edilən torpaqlarımız ev-ev, küçə-küçə, məhəllə-məhəllə yenidən bərpa olunur.

“O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız Böyük Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər” - deyən dövlətimizin başçısı vurğulayıb ki, əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik.

İkram Manafov
Xırdalan şəhər 11 illik musiqi məktəbinin direktoru, Əməkdar müəllim

Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub
Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu
Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir
Şəhərsalma ili ölkədə davamlı inkişaf modelini gücləndirir
Şəhərsalma ili ölkədə davamlı inkişaf modelini gücləndirir
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt
Müasir məktəblər gələcəyin güclü cəmiyyətini formalaşdırır
Müasir məktəblər gələcəyin güclü cəmiyyətini formalaşdırır
Şəhərsalma və memarlıq ili təhsildə yeni mərhələnin başlanğıcıdır
Şəhərsalma və memarlıq ili təhsildə yeni mərhələnin başlanğıcıdır
Zərifə Əliyeva Azərbaycan tibb tarixində silinməz iz qoyub
Zərifə Əliyeva Azərbaycan tibb tarixində silinməz iz qoyub
Azərbaycan-Gürcüstan münasibətləri çoxşaxəli və dayanıqlı xarakter daşıyır
Azərbaycan-Gürcüstan münasibətləri çoxşaxəli və dayanıqlı xarakter daşıyır
Tarixin qanlı səhifələri yaddaşlarda yaşayır
Tarixin qanlı səhifələri yaddaşlarda yaşayır
Bakıdan dünyaya təhlükəsizlik və əməkdaşlıq mesajı
Bakıdan dünyaya təhlükəsizlik və əməkdaşlıq mesajı
Azərbaycan və Avropa İttifaqı münasibətlərində yeni mərhələ
Azərbaycan və Avropa İttifaqı münasibətlərində yeni mərhələ
Azərbaycan qadını cəmiyyətin inkişafının aparıcı qüvvəsidir
Azərbaycan qadını cəmiyyətin inkişafının aparıcı qüvvəsidir
Qadınların ictimai və sosial həyatda rolu getdikcə artır
Qadınların ictimai və sosial həyatda rolu getdikcə artır
Azərbaycan qadınlarının fədakarlığı və uğurları ölkənin inkişafına töhfə verir
Azərbaycan qadınlarının fədakarlığı və uğurları ölkənin inkişafına töhfə verir
Azərbaycan Avropa enerji bazarında mövqeyini gücləndirir
Azərbaycan Avropa enerji bazarında mövqeyini gücləndirir
Xocalı soyqırımı heç vaxt unudulmayacaq
Xocalı soyqırımı heç vaxt unudulmayacaq