Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Beynəlxalq Müəllimlər Günü: zəhmətin və fədakarlığın bayramı

Tarix:3-10-2025, 13:08

Beynəlxalq Müəllimlər Günü: zəhmətin və fədakarlığın bayramı

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü bütün dünyada elm və təhsilin əsas dayağı olan müəllimlərə ehtiramın ifadəsi kimi qeyd olunur. Bu əlamətdar gün 1966-cı ildə YUNESKO tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı qəbul olunmuş tövsiyə sənədinə əsaslanaraq təsis edilmişdir. Azərbaycanda isə bu gün 1993-cü ildən dövlət səviyyəsində qeyd edilir və artıq hər ilin ən mühüm bayramlarından birinə çevrilib.

Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ülvi peşələrdən biridir. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşə malik və nümunəvi əxlaq sahibi insanlar yetişir. Hər birimizin vətəndaş kimi formalaşmasında müəllimlərin misilsiz xidmətləri danılmazdır. Ümummilli Lider Heydər Əliyev müəllim əməyini həmişə yüksək dəyərləndirib, onları cəmiyyətin ən hörmətli insanları sırasında görüb. Onun “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır” sözləri müəllim peşəsinin böyüklüyünü ifadə edən ən təsirli fikirlərdən biridir.

Bu il Azərbaycan müəllimləri Beynəlxalq Müəllimlər Gününü beşinci dəfədir ki, qalib xalqın övladları olaraq qeyd edirlər. 44 günlük Vətən müharibəsi zamanı yüzlərlə müəllim və məktəb rəhbəri ön cəbhədə igidlik göstərib. Onlardan 20 nəfər məktəb direktoru, 32 nəfər direktor müavini və 671 müəllim döyüşlərdə iştirak edib. Təəssüf ki, 20 təhsil işçisi şəhidlik zirvəsinə ucalıb. Onların fədakarlığı dövlət tərəfindən yüksək qiymətləndirilib, hər biri müxtəlif orden və medallarla təltif olunub. Azad edilmiş ərazilərimizdə bu gün artıq yeni məktəblər fəaliyyət göstərir, müəllimlərimiz işğaldan azad torpaqlarda bilik çırağını yenidən yandırırlar. Bu, həm təhsil tariximizdə, həm də milli qürurumuzda mühüm bir səhifədir.

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli təhsil strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə ölkəmizdə minlərlə yeni məktəb tikilib, mövcud təhsil ocaqları əsaslı təmir olunub. Prezidentin “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” sözləri artıq reallığa çevrilib. Müəllimlərin sosial rifahının yaxşılaşdırılması, gənclərin xarici ölkələrdə təhsil imkanlarının genişləndirilməsi və informasiya-kommunikasiya texnologiyalarının dərs prosesinə tətbiqi ölkə təhsilinin yeni mərhələyə qədəm qoymasına şərait yaradıb. XXI əsrin Azərbaycanında əsl təhsil bumu yaşanır.

Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu prosesin önəmli iştirakçılarındandır. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində yüzlərlə müasir tipli məktəb tikilib, şagirdlər ən yeni təhsil avadanlıqları ilə təmin olunub. Heydər Əliyev Fondunun dəstəyi ilə bölgələrdə məktəblərin bərpası, yeni təhsil komplekslərinin inşası və şagirdlərin tədris şəraitinin yaxşılaşdırılması ölkə təhsilinin keyfiyyətcə yüksəlməsinə böyük təkan verib.

Dövlətimizin və Heydər Əliyev Fondunun dəstəyi ilə Abşeron rayonunda da təhsil sahəsində mühüm addımlar atılıb. Son illərdə rayonda yeni məktəb binaları tikilib, köhnə təhsil müəssisələri əsaslı təmir olunaraq müasir tədris avadanlıqları ilə təmin edilib. Rayonda istifadəyə verilən yeni məktəb kompleksləri şagirdlərin bilik qazanması üçün geniş imkanlar açır, müəllimlərin isə pedaqoji fəaliyyətini daha səmərəli həyata keçirməsinə şərait yaradır. Bu gün Abşeron məktəbləri həm tədris keyfiyyəti, həm də maddi-texniki baza baxımından ölkənin qabaqcıl təhsil ocaqları sırasında göstərilir.

Bu gün Azərbaycan müəllimləri yalnız dərs deməklə kifayətlənmir, həm də yeni cəmiyyət quruculuğunun aparıcı qüvvəsinə çevrilirlər. Onların əməyinin nəticəsi olaraq vətənpərvər, bilikli və məsuliyyətli gənclər yetişir. Müstəqil Azərbaycanın müəllimlər ordusu xalqımızın gələcək xoşbəxt həyatı üçün bütün bilik və bacarıqlarını səfərbər edərək, ölkəmizin inkişafına töhfə verməyə davam edir.

Bayramınız mübarək, əziz müəllimlər!

Səkinə Abbasova,
Xırdalan şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru

Azərbaycan Prezidentindən Türk dünyasının gələcəyinə dair mühüm çağırışlar
Azərbaycan Prezidentindən Türk dünyasının gələcəyinə dair mühüm çağırışlar
Azərbaycan müəllimlərinin tarixi missiyası
Azərbaycan müəllimlərinin tarixi missiyası
4 Oktyabr - Cəbrayıl şəhəri günüdür
4 Oktyabr - Cəbrayıl şəhəri günüdür
Elmin və təhsilin fədakar memarları – Müəllimlərimiz
Elmin və təhsilin fədakar memarları – Müəllimlərimiz
3 Oktyabr Azərbaycan dövlətçiliyində tarixi dönüş
3 Oktyabr Azərbaycan dövlətçiliyində tarixi dönüş
Beynəlxalq Müəllimlər Günü: zəhmətin və fədakarlığın bayramı
Beynəlxalq Müəllimlər Günü: zəhmətin və fədakarlığın bayramı
Abşeronda “Ahılların konstitusion hüquqları və etibarlı müdafiə sistemi” adlı tədbir keçirilib
Abşeronda “Ahılların konstitusion hüquqları və etibarlı müdafiə sistemi” adlı tədbir keçirilib
Abşeronda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
Abşeronda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
Azərbaycan-İtaliya əlaqələri yeni mərhələyə qədəm qoyur
Azərbaycan-İtaliya əlaqələri yeni mərhələyə qədəm qoyur
Azərbaycan Prezidentinin ABŞ-a səfəri zamanı əldə edilmiş razılaşmalar tarixi əhəmiyyət daşıyır
Azərbaycan Prezidentinin ABŞ-a səfəri zamanı əldə edilmiş razılaşmalar tarixi əhəmiyyət daşıyır
27 Sentyabr – Qəhrəmanlıq və Zəfərin Anım Günü
27 Sentyabr – Qəhrəmanlıq və Zəfərin Anım Günü
Abşeron rayonunda “27 sentyabr - Anım Günü” qeyd edilib
Abşeron rayonunda “27 sentyabr - Anım Günü” qeyd edilib
Uşaqların qəlbində vətən sevgisini alovlandıran qəhrəmanlıq saatı
Uşaqların qəlbində vətən sevgisini alovlandıran qəhrəmanlıq saatı
27 Sentyabr – Anım Günü
27 Sentyabr – Anım Günü
Gələcəyə işıq saçan yol: Ulu Öndərin təhsil siyasətinin bu günü və sabahı
Gələcəyə işıq saçan yol: Ulu Öndərin təhsil siyasətinin bu günü və sabahı
20 Sentyabr - Dövlət Suverenliyi Günüdür
20 Sentyabr - Dövlət Suverenliyi Günüdür
Azərbaycan musiqisinin əbədi səsi – Üzeyir Hacıbəyli 140 yaşında
Azərbaycan musiqisinin əbədi səsi – Üzeyir Hacıbəyli 140 yaşında
Dörd şəhərin, bir bayramın və yeni bir gələcəyin hekayəsi
Dörd şəhərin, bir bayramın və yeni bir gələcəyin hekayəsi
23 saatlıq antiterror əməliyyatı suverenliyimizi tam bərqərar etdi
23 saatlıq antiterror əməliyyatı suverenliyimizi tam bərqərar etdi