Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda “Ahılların konstitusion hüquqları və etibarlı müdafiə sistemi” adlı tədbir keçirilib

Tarix:3-10-2025, 12:26

Abşeronda “Ahılların konstitusion hüquqları və etibarlı müdafiə sistemi” adlı tədbir keçirilib

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Konstitusiya və Suverenlik İli” çərçivəsində 1 oktyabr “Beynəlxalq Ahıllar Günü” münasibətilə “Ahılların konstitusion hüquqları və etibarlı müdafiə sistemi” mövzusunda dəyirmi masa keçirilib. Toplantıda Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Abşeron Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Məhərrəm İbadov, Rayon Ağsaqqallar Şurasının idarə heyətinin üzvləri və inzibati ərazilər üzrə rəhbərləri, Sosial Xidmətlər Agentliyinin Abşeron-Xızı Regional filialının müdir müavini Nurlan Məmmədzadə, RİH-nin hüquq şöbəsinin əməkdaşı İlahə Eyvazova, eləcə də ağsaqqallar və ziyalıları iştirak ediblər.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Görüşdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova bildirib ki, BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş 1990-cı il 14 dekabr tarixli qətnaməyə əsasən 1 oktyabr tarixi Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Həmin günün təsis edilməsinin başlıca məqsədi ailə və icmaların, eləcə də bütövlükdə cəmiyyətin həyatında ahıl insanların iştirakını fəallaşdırmaq, onların hüquqlarını və ehtiyaclarını diqqətə çatdırmaqdır. Qeyd olunub ki, bu əlamətdar gün 1993-cü ildən etibarən Azərbaycanda da hər il yüksək səviyyədə keçirilir.

G.Rəhimova çıxışında bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri də, ahılların sosial müdafiəsinin gücləndirilməsi, bu islahatlar nəticəsində yaşlı insanların təqaüd və imtiyazlarla təmin olunması, onların rahat və layiqli həyat şəraitinin qurulması dövlət siyasətinin prioriteti kimi diqqət mərkəzində saxlanılmasıdır.

Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri də bu sahədə xüsusi rol oynayır. Heydər Əliyev Fondunun sosial xidmət müəssisələrində, o cümlədən Qocalar evində mütəmadi keçirdiyi humanitar aksiyalar ahıl insanların mənəvi dəstəyinə çevrilir.

Eyni zamanda, vurğulanıb ki, yaşlı vətəndaşların pozulmuş hüquqlarının bərpası üçün qanunamüvafiq tədbirlər görülür. Onların mülkiyyət, əmək, sosial təminat, sağlamlıq və mənzil hüquqlarının qorunması, mövcud qanunvericiliyin beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində mütəmadi işlər aparılır. Ahıllara göstərilən sosial xidmətlərin səviyyəsinin yüksəldilməsi, xidmətlərin çeşidinin artırılması və onların asudə vaxtının daha səmərəli təşkili üçün müvafiq qurumlar tərəfindən lazımi tədbirlər həyata keçirilir.

Tədbirdə çıxış edən Abşeron Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Məhərrəm İbadov qeyd edib ki, ağsaqqallar gənc nəslin tərbiyəsində, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında mühüm rol oynamalıdırlar. Dövlətin göstərdiyi diqqət və qayğı onların həm mənəvi dayaq, həm də nümunəvi fəaliyyət göstərməsinə imkan yaradır. Vurğulanıb ki, ahıl nəslin işğaldan azad olunmuş dədə baba yurdlarına “Böyük qayıdışı”, onların suveren ölkənin vətəndaşı kimi konstitusion hüquqlarının müdafiəsinin bariz nümunəsidir.

Sosial Xidmətlər Agentliyinin Abşeron-Xızı Regional filialının müdir müavini Nurlan Məmmədzadə çıxışında qeyd edib ki, agentlik tərəfindən ahıl vətəndaşların sosial xidmətlərə əlçatanlığının artırılması üçün müxtəlif layihələr həyata keçirilir, onların gündəlik həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mütəmadi tədbirlər görülür. Nurlan Məmmədzadə əlavə edib ki, bu istiqamətdə Günərzi qayğı mərkəzlərinin fəaliyyətinin genişləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. O vurğulayıb ki, hər bir ahılın cəmiyyətdə fəal, sağlam və mənalı həyat yaşaması üçün bütün imkanlar səfərbər olunur.

RİH-nin hüquq şöbəsinin əməkdaşı İlahə Eyvazova ölkəmizdə yaşlı insanların hüquqlarının qorunması istiqamətində davamlı addımların atıldığını, yeni etibarlı sosial müdafiə mexanizmlərin yaradılması üçün tədbirlər görülür.

Çıxışlardan sonra tədbir iştirakçıları ağsaqqallarla səmimi söhbət aparıb, təkliflər dinlənilib, habelə onların qayğı və ehtiyacları ilə maraqlanılıb.

Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Milli Ordumuzun şərəfli inkişaf yolu
Milli Ordumuzun şərəfli inkişaf yolu
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Bir imza ilə başlayan yeni strateji dövr
Bir imza ilə başlayan yeni strateji dövr
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu