Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycanın energetika naziri Çində bir sıra görüşlər keçirib

Tarix:19-10-2018, 18:58

Azərbaycanın energetika naziri Çində bir sıra görüşlər keçirib


Energetika naziri Pərviz Şahbazov Çində “Kəmər və Yol Energetika Nazirləri Konfransı” çərçivəsində bir sıra görüşlər keçirib. Pərviz Şahbazovu ilk növbədə Çinin Milli İnkişaf və İslahatlar Komissiyasının sədr müavini Liang Veiliang və Milli Enerji Administrasiyasının nazir müavini Li Fanrongun daxil olduğu nümayəndə heyəti qəbul edib. Energetika naziri Azərbaycanın “Bir Kəmər - Bir Yol” təşəbbüsünün reallaşmasına dəstək verən layihələri, ölkənin karbohidrogen ehtiyatları və elektrik enerjisinin istehsalında bərpaolunan enerjinin payının artırılması ilə bağlı planları barədə ətraflı məlumat verib. SOCAR-la Çin Milli Neft Şirkəti (CNPC) arasında geoloji kəşfiyyat üzrə bu yaxınlarda imzalanmış müqaviləni əməkdaşlıqda yeni istiqamət kimi dəyərləndirib.

Çin nümayəndə heyəti isə Azərbaycanın enerji və nəqliyyat sahəsində gördüyü tədbirləri yüksək qiymətləndirib. Bildirilib ki, bu layihələr “Bir Kəmər - Bir Yol” təşəbbüsü çərçivəsində əməkdaşlıq üçün güclü əsaslar yaradır və Çin Azərbaycan kimi belə geniş imkanlara malik ölkə ilə əməkdaşlığa böyük önəm verir.

“Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik” İnstitutunun prezidenti Xie Qiuye ilə görüş zamanı isə Çin şirkətlərinin Azərbaycanın enerji sektorunda iştirakı, xüsusilə bərpaolunan enerji mənbələri üzrə əməkdaşlığa maraq göstərmələri diqqətə çatdırılıb. Bu ölkənin Enerji Administrasiyasına və xaricdə fəaliyyət göstərən şirkətlərinə texniki dəstək verən institutun bərpaolunan enerji mənbələri sahəsində fəaliyyətlərinə uyğun Azərbaycanla əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və bu sahəyə dəstəklə bağlı məsələlər Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Adnan Aminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə də müzakirə edilib.

Beynəlxalq Qaz İttifaqının prezidenti Joe-Myung Kangla görüşdə isə “Cənub Qaz Dəhlizi” layihələri, o cümlədən “Trans-Adriatik” (TAP) kəmərinin icra vəziyyəti, Avropa qaz bazarının şaxələndirilməsində rolu, eləcə də təşkilatla əməkdaşlıq əlaqələrinin gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb. Beynəlxalq Qaz İttifaqının Azərbaycanla birgə tədbirlər keçirməsinin vacibliyi qeyd olunub.

Enerji Xartiyasının baş katibi Urban Rusnakla görüşdə Azərbaycanın 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrliyi çərçivəsində görüləcək işlər, konfransa hazırlıq prosesi, 2019-cu ildə keçiriləcək birgə tədbirlər və müzakirəyə çıxarılacaq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində Pakistanın energetika naziri Ömər Əyyub Xanla da görüş olub. İki ölkə arasında bütün sahələrdə qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərin formalaşdığı və enerji sektorunda əməkdaşlığın inkişaf etdiyi vurğulanıb. “Bir Kəmər - Bir Yol” təşəbbüsü çərçivəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün imkanlar nəzərdən keçirilib. Ekoloji cəhətdən təmiz enerjidən istifadə üzrə ölkələrarası təcrübə mübadiləsinin əhəmiyyətindən danışılıb.

Azərbaycanın energetika naziri Çində bir sıra görüşlər keçirib

Azərbaycanın energetika naziri Çində bir sıra görüşlər keçirib

Azərbaycanın energetika naziri Çində bir sıra görüşlər keçirib

Azərbaycanın energetika naziri Çində bir sıra görüşlər keçirib

Azərbaycanın energetika naziri Çində bir sıra görüşlər keçirib

Azərbaycanın energetika naziri Çində bir sıra görüşlər keçirib

Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır
Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır
Erkən nikah uğursuz gələcəyin təməlidir
Erkən nikah uğursuz gələcəyin təməlidir
Uşaq hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir
Uşaq hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir
Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür
Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür
15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi
15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi
Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır
Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır
Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır
Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır
Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır
Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır
28 May – Müstəqillik Günü
28 May – Müstəqillik  Günü
Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi
Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi
COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir
COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir
Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır
Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir
Artıq Şuşanın yeni bir tarixi başlayır
Artıq Şuşanın yeni bir tarixi başlayır
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir