Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Baş nazir: Yaponiya da Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyir

Tarix:24-10-2018, 19:10

Baş nazir: Yaponiya da Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyir

Yaponiya hökuməti Rusiya ilə ərazi məsələsinin həlli əsasında sülh müqaviləsi bağlamaq niyyətindədir.

Bunu Yaponiyanın Baş naziri Sindzo Abe bəyan edib.

Baş nazir qeyd edib ki, Rusiya ilə münasibətlər qeyri-normal vəziyyətdədir: "Ölkələr arasında 70 ildən çoxdur ki sülh müqaviləsi bağlanmayıb".

Onun sözlərinə görə, bununla belə, 2016-cı ilin dekabrında Rusiya Prezidenti Vladimir Putinin Yaponiyaya səfəri nəticəsində əldə olunmuş razılaşmalar icra olunur:

"Adaların köhnə sakinləri artıq ikinci ildir ki, təyyarə ilə gələrək ata-babalarının məzarlarını ziyarət edirlər. Vladimir Putinlə etimada əsaslanan münasibətlər ərazi məsələsini həll etməyə və Rusiya ilə sülh müqaviləsi imzalamağa imkan verir. Biz ikitərəfli münasibətlərdə yeni era açırıq".

Qeyd edək ki, sentyabrın 12-də Şərqi İqtisadi Forum çərçivəsində Rusiya Prezidenti V.Putin Yaponiyanın Baş naziri S.Abeyə sülh müqaviləsi bağlamağı təklif etmişdi: "Gəlin, sülh müqaviləsi bağlayaq, lakin indi yox, ilin sonunadək və heç bir ilkin şərt irəli sürmədən. Düşünürəm ki, bu, bizim üçün 70 ildir öhdəsindən gələ bilmədiyimiz problemlərin həllini asanlaşdıracaq".

Lakin Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bildirmişdi ki, ərazi mübahisəsi həll olunanadək Yaponiya Rusiya ilə sülh müqaviləsi imzalamayacaq: "Yaponiya Kuril arxipelaqının cənub adalarının qaytarılması üzrə danışıqları davam etdirməyə çalışacaq və yalnız bundan sonra sülh sazişi imzalana bilər"

Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır

Zəfər missiyamız Füzuli rayonundan başlanıb

Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq

Azərbaycana qarşı olan sanksiyalar ikili standartlardan xəbər verir

Azərbaycan öz təhlükəsizliyini,gələcək inkişafını təmin edib və edəcək

Cəbrayıllılar doğma yurdlarına qayıdırlar

Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur

Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi

Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir

Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu

Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir

Qarabağ Universitetinin yaradılması tarixi hadisədir

Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi

Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq

İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...

Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu

Qardaş Özbəkistanla yolumuz, amalımız birdir

Laçın rayonu cənnətə çevrilir
Laçın rayonu cənnətə çevrilir
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır