Çexiya Səudiyyə Ərəbistanından olan jurnalist Camal Haşşoqinin qətlinə görə Səudiyyə Ərəbistanındakı səfirini geri çağırdı.
Bu barədə ölkənin xarici işlər naziri Tomas Petriçek bildirib.
Xatırladaq ki, Camal Haşşoqi oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb. Jurnalistin amansızlıqla qətlə yetirildiyi bildirilir.
Hazırda onun cəsədinin tapılması istiqamətində işlər aparılır.