Absheron Media
Haqqımızda Bizimlə əlaqə

"Kütləvi kupça" aksiyası Abşeronda

Tarix:17-11-2015, 21:46

"Kütləvi kupça" aksiyası Abşeronda Əmlak Məsələləri Dövlət Komitəsi yeni tikilmiş çoxmərtəbəli binalarda mənzillərə dair kütləvi şəkildə çıxarışların verilməsinə başlayıb.

Absheronxeber.az xəbər verir ki, “Kütləvi çıxarış” kampaniyasından Bakı şəhərindən sonra Abşeron rayon sakinləri də faydalana bilib.

Xırdalan şəhərində mənzil sahibi olan 350-yə yaxın vətəndaşa kampaniya çərçivəsində qeydiyyat xidmətləri göstərilib. Əmlak Məsələləri Dövlət Komitəsi kampaniya çərçivəsində mobil ofislər vasitəsilə qeydiyyat xidmətlərini birbaşa vətəndaşların ünvanına çatdırıb. Xırdalanda yerləşən hündürmərtəbəli binada, komitənin xüsusi nəqliyyat vasitələrində 250-yə yaxın vətəndaşa onların mənzillərinə dair dövlət reyestrindən çıxarış təqdim olunub. 100-ə yaxın vətəndaş çıxarışla əvəz olunması məqsədilə ilkin mülkiyyət sənədlərini təhvil verib. Onlara yeni çıxarışların hazır olacağı tarix və həmin çıxarışların birbaşa ünvana gətirilərək təqdim olunacağı bildirilib. Mənzillərə, torpaq sahələrinə çıxarışların, texniki pasportların, yüklülük arayışlarının və digər sənədlərin əldə olunması ilə bağlı vətəndaşların verdiyi suallar cavablandırılıb, hüquqi məsləhətlər verilib.

Qeyd edək ki, kampaniya çərçivəsində qanunvericiliyə uyğun olaraq yalnız istismara qəbul aktı olan yeni inşa edilmiş çoxmərtəbəli binalardakı mənzillərə dair çıxarışlar verilir. Eyni zamanda, bu xidmətlər üçün yalnız qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqları elektron qaydada və ya bank vasitəsilə ödənildikdən sonra göstərilir. Həmçinin, birbaşa ünvanlarda təşkil edilən bu kampaniya və yerlərdə qeydiyyat xidmətlərinin göstərilməsi üçün dövlət rüsumu və xidmət haqqından əlavə heç bir ödəniş tələb olunmur.

Çoxmərtəbəli binalardakı mənzil sahibləri qanunla müəyyən edilmiş sənədləri, o cümlədən istismara qəbul aktını ərazi qeydiyyat idarəsinə təqdim etməklə də, yalnız dövlət rüsumu və xidmət haqlarını ödəyərək kampaniya çərçivəsində dövlət reyestrindən çıxarış əldə edə bilərlər.

Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır
Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır
Zəfər missiyamız Füzuli rayonundan başlanıb
Zəfər missiyamız Füzuli rayonundan başlanıb
Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq
Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq
Azərbaycana qarşı olan sanksiyalar ikili standartlardan xəbər verir
Azərbaycana qarşı olan sanksiyalar ikili standartlardan xəbər verir
Azərbaycan öz təhlükəsizliyini,gələcək inkişafını təmin edib və edəcək
Azərbaycan öz təhlükəsizliyini,gələcək  inkişafını təmin edib və edəcək
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir
Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu
Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq
Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Laçın rayonu cənnətə çevrilir
Laçın rayonu cənnətə çevrilir
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır