Xəbər lentİ

ABŞERONUN FATMAYI KƏNDİNDƏ HESABAT YIĞINCAĞI KEÇİRİLİB

03:14, 12.01.16
Oxunub: 2 597
Gundem / İQTİSADİYYAT
ABŞERONUN FATMAYI KƏNDİNDƏ HESABAT YIĞINCAĞI KEÇİRİLİB “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnaməyə uyğun olaraq Abşeron inzibati ərazi dairələrində 2015-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqlarına start verildi. İlk hesabat yığıncağı yanvarın 11-də Fatmayi kəndində keçirildi
Abşeron Rayon icra hakimiyyəti başcısının I müavini Məhəmməd Həsənov, Abşeron Rayon icra hakimiyyəti başcısının müavini İlham Quliyev , Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdüri Azər Məmmədov , Rayon icra hakimiyyətinin məsul işçilərinin, rayon təhsil, səhiyyə, mədəniyyət şöbələrinin və xidmət təşkilatlarının əməkdaşlarının, həmcinin Fatmayı kənd sakinlərinin, içtimaiyyətin müxtəlif təbəqələrini təmsil edən adamların iştirak etdikləri yığıncaq Fatmayı tam orta məktəbin konfrans zalında kecirildi

Hesabat məruzəsi ilə çıxış edən Fatmayı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yusif Haqverdiyev il ərzində Regionların sosial–iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində və rayon rəhbərinin təşəbbüsü və dəstəyi ilə kəndə görülən işlərdən danışmış, həyata keçirilən tədbirləri sadalamışdır. Məruzədə qeyd edilmişdir ki, kəndin sakinləri ötən il kəndin sosial-ictimai həyatında, dövlət tədbirlərində, mədəni-kütləvi işlərdə yaxindan iştirak etmiş, yaşadıqları ərazinin abadlıq- quruculuq işlərində fərqlənmişlər. Hesabat məruzəsində və kənd sakinlərindən Şakir Məmmədovun, Nigar Əzizovanın , Nuru Nadirovun, çıxışlarında kəndə görülmüş işlərlə yanaşı həllini gözləyən problemlərdən danışımışlar.

Yığıncaqda cıxış edən Abşeron rayon icra hakimiyyətinin başçısının I müavini Məhəmməd Həsənov və Abşeron Rayon icra hakimiyyəti başcısının müavini İlham Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son bir ildə respublikamızda həyata keçirilən dinamik iqtisadi inkişafdan, regionlarda, o cümlədən Abşeronda Rayon rəhbəri xanım İradə Gülməmmədovanın təşkilatçılığı və təşəbbüsü ilə aparılan abadlıq quruculuq işlərindən danışmışlar. RİH başçısının müavinləri həmçinin qeyd etdilər ki,rayon rəhbəri xanım İradə Gülməmmədovanın tələbi hər bir qəsəbənin, kəndin inkişaf səviyyəsinin ən qısa müddətdə müassir standartlara çatdırılmasıdır. Bu mənada başqa kəndlərlə yanaşı Fatmayı kəndinin də sosyal yönümlü bəzi cuzi problemləridə bu il başa catdırılmalıdır. Digər problemlər də Dövlət proqramları və rayonun daxili imkanları səviyyəsində həll ediləcəkdir. Kənd bələdiyyəsi, yerli ictimaiyyət mövcud problemlərin aradan qaldırılmasında daha fəal və aktiv olmalıdırlar.

Ümümi yığıncaqda kənd sakinlərinin arzu və təkliflərini dinləyən Abşeron rayon icra hakimiyyətinin başçısının I müavini Məhəmməd Həsənov və Abşeron Rayon icra hakimiyyəti başcısının müavini İlham Quliyev qaldırılan məsələlərlə bağlı aidiyyatı orqanların rəhbərlərinə müvafiq tapşırıq və tövsiyyələrini verdilər
ABŞERONUN FATMAYI KƏNDİNDƏ HESABAT YIĞINCAĞI KEÇİRİLİB
ABŞERONUN FATMAYI KƏNDİNDƏ HESABAT YIĞINCAĞI KEÇİRİLİB
ABŞERONUN FATMAYI KƏNDİNDƏ HESABAT YIĞINCAĞI KEÇİRİLİB
ABŞERONUN FATMAYI KƏNDİNDƏ HESABAT YIĞINCAĞI KEÇİRİLİB

ABŞERONUN FATMAYI KƏNDİNDƏ HESABAT YIĞINCAĞI KEÇİRİLİB



Fikirlər

 Oxşar xəbərlər: