Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda son illərin ən böyük kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilir

Tarix:13-02-2016, 15:51

Abşeronda son illərin ən böyük kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilir Hər həftənin şənbə və bazar günləri olduğu kimi, bu gün də Xırdalan şəhərində kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası təşkil edilib. Abşeron rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşdırılan budəfəki yarmarka əvvəlki yarmarkalardan həm böyüklüyünə, həm məhsulların çeşid sayının çoxluğuna, həm də qiymətinə görə fərqlənib.
Əhalinin gündəlik ərzaq məhsullarına olan tələbatını ödəmək, süni qiymət artımının qarşısını almaq məqsədi daşıyan yarmarkada satışa çıxarılan məhsulların dəyəri movcud bazar qiymətlərindən 35-40 faiz aşağıdır.
Alıcı və satıcıların rahatlığı üçün hər cür şərait yaradıldığı, məhsulların keyfiyyətinin diqqətdə saxlanıldığı yarmarka rayon ərazisində qiymətlərin tənzimlənməsində xüsusi əhəmiyyətə malikdir.

Rayon İcra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın tapşırığına əsasən yarmarkada süni qiymət artımının və eləcə də bəzi işbazlar tərəfindən baş verəbiləcək sui-istifadə hallarının qarşısının almaq məqsədi ilə İcra Hakimiyyətinin əməkdaşları tərəfindən ciddi nəzarət həyata keçirilib.

Yaradılan şərait və satış qiymətlərilə bağlı razılıq bildirən sakinlər yarmarkalar təşkil edilməsinin əhəmiyyətini qeyd ediblər. Satışa çıxarılan məhsulların bol olmasını və çeşid çoxluğunu qeyd edən alıcılar yarmarkalarda həftəlik ərzaq azuqələrini rahatlıqla ala bildiklərini bildiriblər.

Səhər saat 8-dən işə başlayan yarmarkaya 300-dən çox sahibkar, 200-ə yaxın fərdi məhsul istehsalçısı cəlb edilib. Respublikanın ayrı-ayrı rayonlarından gələn fermerlər satışa 300 tondan çox kənd təsərrüfatı məhsulları çıxarıblar. Yarmarkada müxtəlif növ ərzaq məhsulları, o cümlədən meyvə-tərəvəz, toyuq, süd məhsulları, ət, həmçinin müxtəlif çeşiddə çərəzlər satışa çıxarılıb.

Yarmarkaya çıxarılan bütün məhsullar üçün alıçılara sərfəli qiyymət həddi müəyyən edilib. Beləliklə, 1 kiloqram kartof 50-60 qəpik, soğan 50-60 qəpik, kələm 20 qəpik, yerkökü 25 qəpik, yumurta 9-11 qəpik qiymətində müəyyənləşdirilərək alıcılara təqdim edilir. Növündən asılı olaraq örtülü istixanalarda yetişdirilən pomidorun 1 kiloqramı 1,50, xiyarın 1 kiloqramı 1 -1,50 manat , mal əti 5 manat, qoyun əti 6 manat dəyərində satılır.

Abşeronda son illərin ən böyük kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilir
Abşeronda son illərin ən böyük kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilir
Abşeronda son illərin ən böyük kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilir
Abşeronda son illərin ən böyük kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilir

Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır
Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır
Zəfər missiyamız Füzuli rayonundan başlanıb
Zəfər missiyamız Füzuli rayonundan başlanıb
Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq
Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq
Azərbaycana qarşı olan sanksiyalar ikili standartlardan xəbər verir
Azərbaycana qarşı olan sanksiyalar ikili standartlardan xəbər verir
Azərbaycan öz təhlükəsizliyini,gələcək inkişafını təmin edib və edəcək
Azərbaycan öz təhlükəsizliyini,gələcək  inkişafını təmin edib və edəcək
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir
Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu
Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq
Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Laçın rayonu cənnətə çevrilir
Laçın rayonu cənnətə çevrilir
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır