Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda yüksəliş salnaməsinin yeni səhifələri yazılır

Tarix:14-02-2016, 22:02

Abşeronda yüksəliş salnaməsinin yeni səhifələri yazılır Abşeron Azərbaycanın son illərdə böyük inkişaf yolu keçmiş rayonlarından biridir. Müstəqillik illərində ölkəmizin ümumi sosial-iqtisadi və mədəni tərəqqisi bu rayonun da həyatına ciddi təsir edib, onun qəsəbə və kəndlərinin, eləcə də mərkəzi şəhəri Xırdalanın simasının əməlli-başlı dəyişməsinə səbəb olub. Bu gün ölkəmizin ümumi mənzərəsində nəzərəçarpacaq dərəcədə seçilən tikinti-quruculuq işləri Abşeronda da diqqəti cəlb edir. Xırdalan, Masazır və digər yaşayış məntəqələrində yeni yaşayış binaları, bütöv komplekslər tikilib, infrastruktur layihələri həyata keçirilib, yeni inzibati binalar inşa edilib. Bütün bu və digər tədbirlər nəticəsində rayonun görkəmi getdikcə dəyişir, hər addımda müasirlik nəzərə çarpır. Eyni zamanda, rayonda əhalinin məşğulluq səviyyəsi yüksəlib.

Abadlıq-quruculuq işləri genişlənir

Elə bu günlərdə rayon icra hakimiyyətinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bildirdi ki, bu il yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısı dünyada və regionda baş verən hadisələrə çox düzgün qiymət verib, iqtisadi, siyasi və hərbi böhranın daha da dərinləşdiyini, qanlı toqquşmaların davam etdiyini qeyd edib. Neftin qiymətinin kəskin düşməsinin və manatın devalvasiyaya uğramasının Azərbaycanda iqtisadi proseslərə də təsir etdiyini deyən Prezident neftin qiyməti ilə bağlı problemlərin iqtisadi deyil, siyasi amillərlə bağlı olduğunu bildirib.

İcra hakimiyyətinin başçısı əvvəlki illərdə olduğu kimi, 2015-ci ildə də rayonun sosial-iqtisadi inkişafı üçün məqsədyönlü tədbirlərin həyata keçirildiyini, abadlıq-quruculuq işlərinin davam etdirildiyini, əhalinin maddi rifahının yaxşılaşdırılması və sosial problemlərinin həllinə diqqətin artırıldığını söylədi. Onun sözlərinə görə, rayonun yaşayış məntəqələrində şəhər, qəsəbə və kəndarası yollara 130752 kvadratmetr asfalt örtük verilib, 91868 kvadratmetr sahəyə çınqıl tökülüb. Şəhər, qəsəbə və kəndlərdə ümumilikdə 175 küçə daxili imkanlar hesabına əsaslı təmir olunub, işlər hazırda da davam etdirilir. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta yolunun Abşeron rayonunun inzibati ərazisinə düşən hissəsində işlər ötən il tamamlanıb. Əhalinin sabit elektrik enerjisi ilə təminatı ilə bağlı yaşayış məntəqələrində 121 ədəd yeni transformator quraşdırılıb, 255 ədəd transformator əsaslı və ya cari təmir edilib. Yaşayış məntəqələrində 169 kilometr uzunluğunda “SİB” kabelləşmə aparılıb, 8277 ədəd sayğac quraşdırılıb. Bağlar elektrik şəbəkəsi tərəfindən Novxanı, Fatmayı və Məmmədli yaşayış məntəqələrinin hər birində 35 kilovoltluq yarımstansiya tikilərək istismara verilib. Bununla yanaşı, Xırdalan şəhərində 110 kilovoltluq yarımstansiyanın tikintisinə başlanılsa da, bu sahədə işlər çox ləng aparılır. Xırdalan şəhərində və digər ərazilərdə ötən il tikintisi nəzərdə tutulmuş yarımstansiyaların tikintisinə isə başlanmayıb. Xüsusilə Xırdalan şəhərində məskunlaşmanın sürətlə artması, çoxmərtəbəli yaşayış binalarının tikilib istifadəyə verilməsi ilə əlaqədar elektrik təchizatı ilə bağlı əlavə tədbirlərin görülməsi zəruridir”.

Ötən il Prezident İlham Əliyevin iştirakı ilə Ceyranbatan qəsəbəsi ərazisində yeni Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılışı olub və rayonun “Atyalı” adlanan ərazisində tutumu 20 min kubmetr olan su anbarının tikilərək istismara verilməsi nəticəsində əhalinin fasiləsiz su təminatı və ötürülən suyun keyfiyyəti yaxşılaşıb. Xırdalan şəhər əhalisi 24 saat təmiz içməli su ilə təmin olunub. 2015-ci ildə rayonun yaşayış məntəqələrində müxtəlif diametrli borularla 16 min paqonometr uzunluqda yeni içməli su xətləri çəkilib, 2609 paqonometr uzunluqda korroziyaya uğramış xətt dəyişdirilib. 3303 paqonometr uzunluqda kanalizasiya xətləri çəkilib. Daxili imkanlar hesabına Məmmədli kəndində 1200 metrlik yeni içməli su xətti çəkilərək 1375 ailənin uzun illərdən bəri davam edən içməli su problemi aradan qaldırılıb. Aşağı Güzdək qəsəbəsinin içməli su xətti yenilənib. 2014-cü ildə Azərbaycan höküməti ilə Səudiyyə İnkişaf Fondu arasında “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsi üzrə kredit sazişi imzalanıb. Ümumi dəyəri 75 milyon dollar olan layihədə 190 min nəfərdən artıq rayon sakininin dayanıqlı içməli su ilə təmin edilməsi nəzərdə tutulur. Lakin bu tədbirlər hələ başlamadığından daxili imkanlar hesabına bəzi ərazilərdə kanalizasiya ilə bağlı problemlərin aradan qaldırılması istiqamətində işlər həyata keçirilir. Ötən il Xırdalan şəhərinin “Mexdəstə” adlanan yaşayış sahəsində 500 metr uzunluğunda yeni kanalizasiya xətti çəkilib. Pirəkəşkül, Qobustan kəndlərində də 7 kilometr uzunluğunda içməli su xətti yenilənib. Yaşıllıqların qorunub saxlanması və artırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilib, ötən müddət ərzində rayonun yaşayış məntəqələrində park və yol kənarlarında 54 mindən çox ağac və 113 min ədəd dekorativ gül əkilib”.

2015-ci ildə rayonda ümumilikdə 256 milyon manatlıq tikinti-quraşdırma işləri görülüb, iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 172 milyon manat investisiya yönəldilib. Altı mənzil tikinti kooperativi tərəfindən çoxmərtəbəli yaşayış binaları üzrə 82 min kvadmetrlik yaşayış fondunun tikintisi başa çatdırılaraq istismara qəbul edilib. Ötən il Xırdalan şəhərində 8 çoxmərtəbəli yaşayış binasının dam örtüyü, fasadı və 58 blokun girişi və pilləkən qəfəsəsi əsaslı təmir edilib. Bununla bağlı işlər davam etdirilir.

Sahibkarlıq inkişafdadır


Əvvəlki illərdə olduğu kimi, rayonda kiçik və orta sahibkarlığın inkişafına hərtərəfli şərait yaradılır, daxili imkanlar hesabına sağlam biznes mühitinin formalaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. 2015-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon üzrə 64 layihə üzrə 41 milyon 364 min manat güzəştli kredit verilib, layihələrin icrası nəticəsində 900 yeni iş yeri yaradılıb. Ötən il rayonda sənaye məhsulunun həcmi 6,5 faiz artaraq 122 milyon manata çatıb. İstehsal olunmuş sənaye məhsulunun 72,5 faizi qeyri-dövlət müəssisələrinin payına düşür. Həmin müəssisələrdə çalışan işçilərin orta aylıq əməkhaqqı 442 manat təşkil edir.

Ötən ilin ölkəmizdə “Kənd təsərrüfatı ili” elan edilməsi ilə əlaqədar rayonda heyvandarlıq və bitkiçilik məhsulları istehsalının həcmi xeyli artıb. Rayonun qəsəbə və kəndlərində əhali və fermer təsərrüfatlarında qaramalın sayı 20394, davarın sayı 106346, quşların sayı isə 986 min başa çatıb, 1976 ton ət, 42852 ton süd, 2822 sentner yun istehsal olunub. Yumurta istehsalı isə 139 milyon ədədə çatıb. Hazırda dövlət və qeyri-dövlət müəssisələrində 139 hektar üzüm, 1589 hektar zeytun, 23 hektar zəfəran sahələri mövcuddur. 334 hektar sahəsi olan istixanalardan 5519 ton məhsul yığılıb. Ümumi sahəsi 452 hektar olan əkin sahələrindən 691 ton taxıl yığılıb.

Dotasiyasız rayon


2015-ci ildə avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən 1123 min ton yük daşınıb və yükdaşımaların həcmi 2014-cü illə müqayisədə 7,5 faiz artıb. Abşeron Telekommunikasiya Qovşağı 5 milyon 750 min manat gəlir əldə edib ki, bu da ötən illə müqayisədə 649 min manat çoxdur. Yeni salınmış yaşayış massivlərində əhalinin telefona, genişzolaqlı internet xidmətlərinə olan tələbatını ödəmək məqsədilə 19 yeni elekton ATS quraşdırılıb. Hər 100 ailəyə düşən telefon aparatlarının sayı 98,8-ə, internet istifadəçilərinin sayı isə 36-ya çatdırılıb. Dövlət xidmətlərini vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edən səyyar “ASAN xidmət” ötən il Xırdalan, Qobu, Novxanı, Fatmayıda olub və 7167 nəfər rayon sakini xidmətin fəaliyyətindən yararlanıb. Pərakəndə ticarət və iaşə müəssisələri tərəfindən əhaliyə göstərilən xidmətin həcmi 17 faiz artaraq 296 milyon manat təşkil edib.
Son illər qarşıya qoyulmuş tələblərdən biri də rayonların dotasiyadan asılılığının minimuma endirilməsidir. Rayonda istehsal, ticarət, xidmət və digər sahələr üzrə fəaliyyət göstərən sahibkarlıq obyektlərinə yaradılmış əlverişli şəraitin nəticəsidir ki, Abşeron rayonunda artıq beş ildir dotasiya almadan yerli gəlirlər hesabına büdcənın formalaşdırılması təmin edilir.

2015-ci ildə rayon üzrə 2472 ailənin 9904 nəfər üzvünə hər ay orta hesabla 155 manat olmaqla ünvanlı dövlət sosial yardımı ödənilib. 90 nəfər əlil istirahət və müalicə zonalarına göndərilib. Rayon icra hakimiyyəti başçısı yanında büdcədənkənar inkişaf və bərpa fondundan və digər daxili imkanlar hesabına 1100 şəhid ailəsi, əlil və imkansıza 179 min manat yardım göstərilib.

İşsizlik probleminin aradan qaldırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilir. İl ərzində Məşğulluq Mərkəzində qeydiyyatdan keçmiş 1398 nəfərdən 513-ü işlə təmin olunub, 76 nəfərə işsiz statusu verilib. Rayonda məskunlaşmış 38 min məcburi köçkünün həyat şəraiti də daim diqqət mərkəzində saxlanılmışdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Xırdalan ət emalı kombinatının ərazisində məskunlaşmış Kəlbəcər, Zəngilan və Füzuli rayonlarından olan 120 məcburi köçkün ailəsi üçün Xırdalan şəhərində çoxmənzilli bina tikilib və 2015-ci ilin mayında fondun prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə həmin binanın açılışı olub. Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı rayonlardan olan şəhid ailələrinə RİH tərəfindən maddi kömək göstərilib.

Sosial sahələrə diqqət artıb


2015-ci ildə təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin normal fəaliyyəti üçün lazımi şərait yaradılıb. Daxili imkanlar hesabına Masazır və Məmmədli kəndlərində 6 qrupluq uşaq bağçası tikilib. Xırdalan şəhəri ərazisində iki, Aşağı Güzdək, Hökməli qəsəbələrində, Masazır və Novxanı kəndlərinin hər birində 6 qrupluq uşaq bağçası-körpələr evinin tikintisində son tamamlama işləri görülür. Xırdalan şəhərində, Ceyranbatan, Saray, Mehdiabad qəsəbəsində, Fatmayı, Novxanı və Pirəkəşkül, Görədil kəndlərində də belə tikintilər davam etdirilir. Regionların inkişafı Dövlət Proqramına uyğun olaraq bəzi təhsil müəssisələri təmir olunub, bəziləri isə artıq istismara verilib. Məqsədyönlü tədbirlərin nəticədir ki, 2014-2015-ci dərs ilinin yekunlarına görə rayonun ümumtəhsil məktəblərində böyük uğurlara nail olunub, ali məktəblərə sənəd vermiş məzunların (1302 nəfər) 67,4 faizi (877 nəfər) tələbə adını qazanıb. Onlardan 108 nəfər 500-600 arası, 43 nəfər 600-dən çox, 1 nəfər isə 700 bal toplayıb. Bir müəllim Prezidentin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. Saray qəsəbəsindəki 3 saylı tam orta məktəb “İlin ən yaxşı məktəbi” adına, Masazır kənd 2 saylı tam orta məktəbin müəllimi Sevinc Nəzərova və Mehdiabad qəsəbə 2 nömrəli məktəbin müəllimi Nailə Axundova “İlin ən yaxşı müəllimi” adına layiq görülüblər.

Prezidentin 17 aprel 2012-ci il tarixli sərəncamı ilə ayrılmış vəsait hesabına Xırdalan şəhərində mərkəzi xəstəxanasının yeni binasının tikintisinə başlanılıb, işlər davam etdirilir. Keçən il 200 mindən çox sakin tibbi müayinədən keçirilib. Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən aparılmış profilaktiki tədbirlər nəticəsində rayonda epidemioloji vəziyyət sabitdir. Mərkəz işini RİH tərəfindən təsdiq edilmiş yoluxucu xəstəliklərə qarşı kompleks tədbirlər planı əsasında qurur. Görülmüş işlərin nəticəsi olaraq 2015-ci ildə bir çox yoluxucu xəstəliklərin sayı azalıb, bəzi xəstəliklər isə, ümumiyyətlə, qeydə alınmayıb.

Mədəniyyət müəssisələrinin fəaliyyəti də xeyli canlandırılıb, bir sıra mədəni-kütləvi tədbirlər hazırlanaraq həyata keçirilib. Xırdalan uşaq musiqi məktəbinin xalq çalğı alətləri orkestri 2015-ci ilin mart və sentyabr aylarında Gürcüstanın bır sıra şəhərlərində təşkil olunmuş silsilə bayram tədbirlərində müvəffəqiyyətlə çıxış edib. Bu kimi tədbirlər Azərbaycan mədəniyyətinin təbliğində, Gürcüstanda yaşayan soydaşlarımızla mədəni əməkdaşlığın inkişafında, iki ölkə arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edir. Rayon Mədəniyyət və Turizm Şöbəsi Yeni Azərbaycan Partiyasının Abşeron rayon təşkilatı ilə birgə 2015-ci ilin dekabrında Türkiyənin Bursa şəhərində Uludağın ətəyində Heydər Əliyevin adını daşıyan parkı ziyarət edib, anım günü ilə bağlı tədbir keçirib.
Rayonda dövlət gənclər siyasətinin həyata keçirilməsi, idmanın kütləvililiyinin təmin edilməsi sahəsində də ciddi iş aparılmışdır. Respublikamızda keçirilmiş birinci Avropa Oyunları ilə bağlı Məşəl Proqramı çərçivəsində Xırdalan şəhərində keçirilən möhtəşəm bayram tədbirində 30 mindən çox rayon sakini iştirak edib. Çox sevindirici haldır ki, “Bakı-2015”-də rayonun 3 idmançısı iştirak edib, onlardan Firdovsi Fərzəliyev karate üzrə qızıl və Hacı Əliyev sərbəst güləş üzrə bürünc medal qazanıblar. Prezident İlham Əliyevin sərəncamı ilə Firdovsi ”Şöhrət" ordeni, Hacı isə “Tərəqqi” medalı ilə təltif olunub. Prezidentin sərəncamı əsasında ayrılmış vəsait hesabına Xırdalan şəhərində Olimpiya İdman Kompleksinin inşası davam etdirilir.

Gənclərdə hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi işi də rayon icra hakimiyyəti başçısı aparatının daim diqqət mərkəzindədir. 2015-ci ildə 571 abşeronlu gənc həqiqi hərbi xidmətə yola salınıb, çağırışdan yayınma halları olmayıb.

Rayon sakinlərinin müraciətlərinə həssaslıqla yanaşılması, onların problemlərinin yerlərdə həllinin nəticəsidir ki, ötən il vətəndaşlardan daxil olan müraciətlərin sayı 2014-cü illə müqayisədə 1426 ədəd və ya 32 faiz azalıb. RİH başçısı tərəfindən keçirilən qəbullarda 941 nəfər iştirak edib. Xırdalan şəhər, Saray, Mehdiabad, Ceyranbatan, Qobu, Hökməli, Aşağı Güzdək, Digah qəsəbələrində, Masazır və digər kəndlərdə 3 min nəfərə qədər rayon sakininin iştirakı ilə səyyar qəbul-görüşlər keçirilib.

Qarşıda duran mühüm vəzifələr


“Qarşıda görüləsi işlərimiz də çoxdur. Rayonun perspektiv inkişafı ilə bağlı bir çox layihələr Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında öz əksini tapıb-deyə rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova söhbət əsnasında bildirdi ki, 2016-cı ildə Abşeron rayonunun şəhər, qəsəbə və kəndlərində abadlıq, quruculuq, yaşıllaşdırma işləri davam etdiriləcək, sosial problemlərin həlli ilə bağlı geniş infrastruktur layihələr həyata keçiriləcək.

Rayon rəhbəri qeyd etdi ki, əhalinin artımı ilə əlaqədar məktəblərdə yaranmış şagird sıxlığının aradan qaldırılması məqsədilə yeni məktəb binalarının tikilməsi, uşaq bağçalarının istifadəyə verilməsi və əlavə uşaq bağçalarının tikintisi 2016-cı ildə qarşıya qoyulan vəzifələrdəndir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas məqsədi ölkədə qeyri-neft sektorunun, sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılmasıdır. Bununla bağlı bizim üzərimizə də mühüm vəzifələr düşür. Həmişə olduğu kimi, cari ildə də sahibkarların fəaliyyəti üçün hərtərəfli şərait yaradılacaq və rayonda əlavə sənaye, kənd təsərrüfatı istehsalı, emalı müəssisələrinin açılması təmin ediləcəkdir.

Bu gün rayonda hökm sürən qətiyyət və işgüzarlıq ab-havası birmənalı şəkildə deməyə əsas verir ki, 2005-ci ildən Abşeron rayonunda başlanmış genişmiqyaslı abalıq-quruculuq işləri bundan sonra da eyni qətiyyətlə davam etdiriləcək və rayon özünün uğurlar salnaməsinə yeni parlaq səhifələr yazacaqdır.

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir