Absheron Media
Haqqımızda Bizimlə əlaqə

İradə Gülməmmədovanın Çeyranbatan qəsəbə sakinlərilə səyyar qəbulu keçirilib

Tarix:19-08-2016, 20:31

İradə Gülməmmədovanın Çeyranbatan qəsəbə sakinlərilə səyyar qəbulu keçirilib

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Çeyranbatan qəsəbə sakinlərilə səyyar qəbul-görüşü keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.

Səyyar qəbuldan əvvəl qəsəbədə yeni salınan Şəhidlər Xiyabanı ziyarət olunub, abidələri üzərinə tər çiçəklər düzülərək xatirələri bir dəqiqəlik sükütla yad edilib.

İradə Gülməmmədovanın Çeyranbatan qəsəbə sakinlərilə səyyar qəbulu keçirilib
İradə Gülməmmədovanın Çeyranbatan qəsəbə sakinlərilə səyyar qəbulu keçirilib
İradə Gülməmmədovanın Çeyranbatan qəsəbə sakinlərilə səyyar qəbulu keçirilib
İradə Gülməmmədovanın Çeyranbatan qəsəbə sakinlərilə səyyar qəbulu keçirilib

Sonra əsaslı şəkildə təmir olunan qəsəbə parkına baş çəkilib və burada görülən işlərlə tanış olunub.

İradə Gülməmmədovanın Çeyranbatan qəsəbə sakinlərilə səyyar qəbulu keçirilib
İradə Gülməmmədovanın Çeyranbatan qəsəbə sakinlərilə səyyar qəbulu keçirilib
İradə Gülməmmədovanın Çeyranbatan qəsəbə sakinlərilə səyyar qəbulu keçirilib
İradə Gülməmmədovanın Çeyranbatan qəsəbə sakinlərilə səyyar qəbulu keçirilib
İradə Gülməmmədovanın Çeyranbatan qəsəbə sakinlərilə səyyar qəbulu keçirilib

Daha sonra vətəndaşlarla görüşən başçı İradə Gülməmmədova qəsəbə sakinləri ilə ötən il sentyabrın 18-də görüşdüyünü və bu zaman əhali tərəfindən qaldırılan məsələlərin ötən müddət ərzində həll olunduğunu bildirib. Bundan sonra da rayonun kənd və qəsəbələrində yaşayan sakinlərlə mütəmadi olaraq səyyar qəbulların keçiriləcəyini vurğulayan başçı təşkil edilən görüşlərin məqsədinin yerlərdə meydana çıxan problemlərin öyrənilməsi və onların həlli istiqamətində addımlar atmaq olduğunu söyləyib.

Sonra Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Azər Məmmədov qəsəbədə son bir ildə görülən işlərlə bağlı hesabat xarakterli çıxış edib. O bildirib ki, Ceyranbatan qəsəbəsinin köhnə hissəsi ilə yeni yaşayış massivinə gedən yolun avtomobillərin intensiv hərəkət etdikləri Bakı-Sumqayıt magistral yolundan keçməsi, ərazidə çoxsaylı bədbəxt hadisələrin baş verməsi qəsəbə sakinlərini, eləcədə rayon rəhbərliyini çox narahat edib. Yaranmış problemi aradn qaldırmq üçün aidiyyatı qurumlara olunan müraciətlər nəticəsində Hökümət tərəfindən Ceyranbatan qəsəbəsində Bakı-Sumqayıt yolunun üstündə müasir tələblərə cavab verən piyada keçidinin quraşdırılması barədə qərar qəbul edilib və yaxın günlərdə işlərin başlanılması nəzərdə tutulur. Onun sözlərinə görə, qəsəbədə 40 nəfər işçinin çalışacağı Maye-Qaz avadanlıqları istehsal edəcək mini müəssisənin istifadəyə verilməsi üçün hazırlıq işlərinə başlanılıb. Eləcə də həkim amblatoriyası təcili tibbi yardım maşını ilə təmin olunub, yeni yaşayış massivindəki tibb məntəqəsinin fəaliyyəti gücləndirilib, 2 saylı məktəbin ətrafına hasar çəkilib, sakinlərə fasiləsiz və sabit elektrik enerjisini və içməli suyun verilməsində ciddi dönüş yaradılıb, qəsəbənin köhnə hissəsi ilə yeni yaşayış massivini, eləcədə Sumqayıt şəhərini və 147 saylı Texniki Peşə məktəbini birləşdirən avtobus marşurutunun işləməsi təmin edilib. Bununla yanaşı, sakinlərin istəyi ilə Sumqayıt - Bakı yolunun Ceyranbatan qəsəbəsinin girişində müasir tələblərə cavab verən dayanacaq qurasdırılıb.
A.Məmmədov qeyd edib ki, qəsəbənin mərkəzində torpaqlarımızın azadlığı uğrunda mərdliklə vuruşub müqəddəs şəhidlik zirvəsinə ucalan igid oğlanlarımızın şərəfinə yenidən qurulan abidə kompleksi və park, burada sakinlərin istirahəti üçün yaradılan rahat şərait RİH başçısı İradə xanımın şəhidlərin ruhuna olan yüksək ehtiramının və qəsəbə sakinlərinə göstərdiyi böyük diqqət və qayğının bariz nümunəsidir.

Daha sonra qəsəbə sakinlərindən Abbas Yadigarov, Ramin Məhərrəmov, Sabir Novruzov və digərləri digərləri çıxış edərək rayon icra başçısının kənd və qəsəbələrdə səyyar görüşlərinin keçirməsinin çox böyük əhəmiyyət daşıdığını, əhali tərəfindən qaldırılan problemlərin həll olunmasında müstəsna kömək etdiyini bildiriblər. Ötən ilki görüşdən sonra qəsəbədə böyük genişmiqyaslı abadlıq-quruculuq işlərin aparıldığını, qaldıerılan problemlərin həll olunduğunu bildiriblər. Buna görə öz təşəkkürlərini bildirən sakinlər qəsəbədə yeni salınan məhəllələrə kommunikasiya xəttlərinin çəkilməsində, qəsəbədaxili yolların abadlaşdırılmasında köməklik göstərilməsini xahiş ediblər.

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

İradə Gülməmmədovanın Çeyranbatan qəsəbə sakinlərilə səyyar qəbulu keçirilib
İradə Gülməmmədovanın Çeyranbatan qəsəbə sakinlərilə səyyar qəbulu keçirilib
İradə Gülməmmədovanın Çeyranbatan qəsəbə sakinlərilə səyyar qəbulu keçirilib
İradə Gülməmmədovanın Çeyranbatan qəsəbə sakinlərilə səyyar qəbulu keçirilib
İradə Gülməmmədovanın Çeyranbatan qəsəbə sakinlərilə səyyar qəbulu keçirilib
İradə Gülməmmədovanın Çeyranbatan qəsəbə sakinlərilə səyyar qəbulu keçirilib
İradə Gülməmmədovanın Çeyranbatan qəsəbə sakinlərilə səyyar qəbulu keçirilib
İradə Gülməmmədovanın Çeyranbatan qəsəbə sakinlərilə səyyar qəbulu keçirilib

Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır

Zəfər missiyamız Füzuli rayonundan başlanıb

Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq

Azərbaycana qarşı olan sanksiyalar ikili standartlardan xəbər verir

Azərbaycan öz təhlükəsizliyini,gələcək inkişafını təmin edib və edəcək

Cəbrayıllılar doğma yurdlarına qayıdırlar

Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur

Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi

Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir

Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu

Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir

Qarabağ Universitetinin yaradılması tarixi hadisədir

Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi

Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq

İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...

Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu

Qardaş Özbəkistanla yolumuz, amalımız birdir

Laçın rayonu cənnətə çevrilir
Laçın rayonu cənnətə çevrilir
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır