Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda Cəbrayıl və Füzuli rayonlarından olan şəhid ailələri ilə görüş keçirilib

Tarix:23-08-2016, 17:29

Abşeronda Cəbrayıl və Füzuli rayonlarından olan şəhid ailələri ilə görüş keçirilib

Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin növbəti il dönümündə bu rayonlardan olan və Abşeronda məskunlaşan şəhid ailələri ilə görüş keçirilib. Abşeron rayon İcra Hakimiyyətində baş tutan tədbir Azərbaycanın bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəzsinə ucalan hərbçilərimizin əziz xatirəsini bir dəqiqəlik sukutla yad etməklə başlayıb.
Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova çıxış edərək, hər il Azərbaycanın şəhər və rayonlarının işğal günlərində həmin bölgələrdən olan şəhid ailələri ilə gürüşlərin keçirildiyini, bunun da məqsədinin işğal altında olan ərazilərimizin təbliğ edilməsi, onların unudulmamasına çalışmaq olduğunu bildirib.
Füzuli və Cəbrayılın Azərbaycanın dilbər güşələrindən biri olduğunu, o torpaqlara geri qayıdacağımız günün uzaqda olmadığını vurğulayan başçı qeyd edib ki, hər bir Azərbaycanlının ürəyində vətən həsrəti, torpaq nisgili var.
Prezident İlham Əliyevin keçirdiyi bütün beynəlxalq görüşlərdə əsas diqqətin Qarabağ probleminə yönəldildiyini, dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın daha da inkişaf etdiyini deyən İ.Gülməmmədova ölkəmizin haqq səsinin artıq böyük dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən eşidildini və hesablaşıldığını vurğulayıb.
Aprel döyüşləri zamanı Azərbaycan ordusunun öz gücünü və döyüş əzmini göstərdiyini önə çəkən İ.Gülməmmədova cəbhədə əldə edilən uğurlar xalqımızı böyük qələbələrə daha da ruhlandırıb.
Müharibə şəraitində olmağımıza baxmayaraq Azərbaycanın günü-gündən inkişaf etdiyini, respublikanın hər yerində böyük abadlıq, quruculuq işlərinin aparıldığını vurğulayan başçı ölkədə sabitliyin höküm sürdüyünü, vətəndaşların hüquq və azadlıqlarının qorunduğunu bildirib.
Daha sonra Füzuli və Cəbrayıldan olan şəhid ailələri torpaqlarımızın tezliklə azad ediləcəyinə, məcburi köçkünlərin ata-baba yurdlarına dönəcəklərinə inandıqlarını bildirərək onlara göstərilən qayğı və diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Sonda şəhid ailələrinə maddi yardımlar göstərilib.

Abşeronda Cəbrayıl və Füzuli rayonlarından olan şəhid ailələri ilə görüş keçirilib
Abşeronda Cəbrayıl və Füzuli rayonlarından olan şəhid ailələri ilə görüş keçirilib
Abşeronda Cəbrayıl və Füzuli rayonlarından olan şəhid ailələri ilə görüş keçirilib

Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır

Zəfər missiyamız Füzuli rayonundan başlanıb

Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq

Azərbaycana qarşı olan sanksiyalar ikili standartlardan xəbər verir

Azərbaycan öz təhlükəsizliyini,gələcək inkişafını təmin edib və edəcək

Cəbrayıllılar doğma yurdlarına qayıdırlar

Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur

Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi

Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir

Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu

Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir

Qarabağ Universitetinin yaradılması tarixi hadisədir

Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi

Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq

İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...

Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu

Qardaş Özbəkistanla yolumuz, amalımız birdir

Laçın rayonu cənnətə çevrilir
Laçın rayonu cənnətə çevrilir
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır