Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Şəhid əsgər Əli Heydərovun “Hərbi xidmətdə fərqlənməyə görə” medalı Qobuda ailəsinə təqdim olunub

Tarix:8-09-2016, 20:04

Şəhid əsgər Əli Heydərovun “Hərbi xidmətdə fərqlənməyə görə” medalı Qobuda ailəsinə təqdim olunub

May ayının 8-də Azərbaycan Ordusunun cəbhə xəttində düşmənin həmləsini dəf edərkən şəhid olan əsgəri, 19 yaşlı Əli İntiqam oğlu Heydərov Müdafiə Nazirliyi tərəfindən ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.
Bu münasibətlə şəhidin doğulduğu Abşeron rayonu Qobu qəsəbəsində medalın təqdimolunma mərasimi keçirilib. Mərasimdə rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova, Müdafiə Nazirliyinin polkovniki Aabdulla Qurbani, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin və digər səlahiyyətli qurumların nümayəndələri, hərbi qulluqçular, həmçinin qəsəbə sakinləri, ağsaqqallar və ziyalılar iştirak ediblər.

Tədbirdə İ.Gülməmmədova çıxış edərək şəhidlərin qanı bahasına qurulan, bizə ərmağan edilən Azərbaycanın öz müstəqilliyi yolu ilə irəlilədiyini və inkişaf etdiyini bildirib. Azərbaycanın haqq səsinin artıq beynəlxalq təşkilatlar, böyük dövlətlər tərəfindən tanındığını vurğulayan başçı işğal altında olan torpaqlarımızın azad olunacağı günün çox da uzaqda olmadığını qeyd edib. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Abşeron rayonundan bu günə qədər 192 nəfərin şəhid olduğunu qeyd edən İ.Gülməmmədova cəbhədə qazanılan uğurların düşməni sarsıtdığını önə çəkib. Şəhid Əli Heydərovun valideynlərinə allahdan səbr diləyən başçı Ə.Heydərovun vətənin bütövlüyü, torpaqlarımızın müdafiəsi uğrunda şəhid düşdüyünü qeyd edib.
Ppolkovnik A.Qurbani da Ə.Heydərovun hərbi xidməti dövründə göstərdiyi şücaətlərdən danışıb. Azərbaycan ordusunun döyüş ruhunun yüksək olduğunu qeyd edən polkovnik əsgərlərimizin hər zaman torpaqlarımızı işğaldan azad etməhə hazır olduğunu söyləyib.
Sonra qəsəbə ağsaqqalları çıxış edərək şəhidlərin ölməzliyi,vətənin müdafiəsinin müqəddəsliyi, igidlərin daim yaşarı olması bir daha vurğulamaqla, onların ruhlarını ehtiramla anıblar.

Daha sonra şəhid Ə.Heydərovun təltif olunduğu medalı onun atası İntiqam Heydərova təqdim edib. Öz növbəsində ailəsi adından ölkə başçısına, Abşeron rayon İcra Hakimiyyətinin başçısına, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq edən İ.Heydərov vətənin müdafiəsinin hər şeydən vacib olduğunu, özünün və bütün ailə üzvlərinin vətənin müdafiəsnə daim hazır olduğunu, oğlunun şəhidlik zirvəsinə ucalmasından qurur hissi keçirdiyini bildirib.

Mərasim şəhidin abidəsini ziyarət edilməsi ilə başa çatıb.

Şəhid əsgər Əli Heydərovun “Hərbi xidmətdə fərqlənməyə görə” medalı Qobuda ailəsinə təqdim olunub
Şəhid əsgər Əli Heydərovun “Hərbi xidmətdə fərqlənməyə görə” medalı Qobuda ailəsinə təqdim olunub
Şəhid əsgər Əli Heydərovun “Hərbi xidmətdə fərqlənməyə görə” medalı Qobuda ailəsinə təqdim olunub
Şəhid əsgər Əli Heydərovun “Hərbi xidmətdə fərqlənməyə görə” medalı Qobuda ailəsinə təqdim olunub
Şəhid əsgər Əli Heydərovun “Hərbi xidmətdə fərqlənməyə görə” medalı Qobuda ailəsinə təqdim olunub
Şəhid əsgər Əli Heydərovun “Hərbi xidmətdə fərqlənməyə görə” medalı Qobuda ailəsinə təqdim olunub
Şəhid əsgər Əli Heydərovun “Hərbi xidmətdə fərqlənməyə görə” medalı Qobuda ailəsinə təqdim olunub

Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır

Zəfər missiyamız Füzuli rayonundan başlanıb

Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq

Azərbaycana qarşı olan sanksiyalar ikili standartlardan xəbər verir

Azərbaycan öz təhlükəsizliyini,gələcək inkişafını təmin edib və edəcək

Cəbrayıllılar doğma yurdlarına qayıdırlar

Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur

Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi

Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir

Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu

Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir

Qarabağ Universitetinin yaradılması tarixi hadisədir

Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi

Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq

İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...

Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu

Qardaş Özbəkistanla yolumuz, amalımız birdir

Laçın rayonu cənnətə çevrilir
Laçın rayonu cənnətə çevrilir
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır