Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Gənclərə yüksək səviyyədə dövlət qayğısı göstərilir - MÜSAHİBƏ

Tarix:30-01-2017, 10:03

Gənclərə yüksək səviyyədə dövlət qayğısı göstərilir - MÜSAHİBƏ


"Gənclər Günü MDB məkanı və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda keçirilib"

Bu günlərdə Azərbaycan gəncliyi öz bayramını qeyd edir. 1997-ci il, fevralın 2-dən etibarən hər ilin bu günü Gənclər Günü kimi qeyd edilir. 2 fevral-Gənclər Günü ərəfəsində gənclərin ölkənin ictimai-siyasi həyatında hansı formada iştirakı, onların hərbi vərənpərvərlik ruhunun artırılması istiqamətində görülən tədbirlər və digər məsələlərə aydınlıq gətirmək üçün Abşeron Rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyevlə söhbətləşdik.

-Əsgər müəllim, qarşıdan 2 fevral-Gənclər Günü gəlir. Bu günün əhəmiyyəti nədən ibarətdir və ölkədə həyata keçirilən dövlət gənclər siyasətini necə qiymətləndirirsiniz?

-1997-ci ildən etibarən hər il fevral ayının 2-si respublikamızda Gənclər Günü kimi qeyd edilir. Bu bayram Azərbaycan gənclərinə ümummilli lider Heydər Əliyevin bir hədiyyəsi və gəncliyə göstərilən diqqət və qayğının nümunəsidir. Gənclər günü MDB məkanı və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda keçirilib. Dünyada isə 1998-ci ildən etibarən Birləşmiş Millətlər Təşkilatının qərarı ilə avqust ayının 12-də Ümumdünya Gənclər günü kimi qeyd edilir. Azərbaycanda dövlət gənclər siyasətinə aid bir sıra dövlət proqramları, Azəbaycan Respublikasının qanunları tətbiq edilib və ölkədə yaradıcı, istedadlı gənclərə dövlət qayğısı gündən-günə artır. Azərbaycan gənclərinin bir qismi kimi Abşeron rayon gəncləri arasında da aktivlik müşahidə edilir. Bizim rayon ərazisində də gənclərə yüksək səviyyədə dövlət qayğısı göstərilir.il ərzində müxtəlif sahələrdə fərqlənmiş gənclər rayon İcra Hakimiyyəti və idarəmiz tərəfindən mükafatlandırılır. Gələcəkdə də gənclərlə sıx işləməyi nəzərdə tuturuq. Bununla bağlı da yaxın vaxtlarda bir sıra tədbirlər həyata keçiriləcək.

-Mütəmadi olaraq rəhbərlik etdiyiniz idarə rayon ərazisində yerləşən hərbi hissələrdə görüşlər keçirir, gənclərin həmin hərbi hissələrə səfərləri təşkil olunur. Bu kimi görüşlər gənclərin hərbi vətənpərvərlik ruhunun artırılmasına nə dərəcədə müsbət təsir göstərir?

-Müntəzəm olaraq gənclərin hərbi hazırlığı ilə bağlı yarışlar keçiririk. Bunlar “Şahin” hərbi İdman oyunu, “Vətənin müdafiəsinə hazıram” çoxnüvçülüyü üzrə yarışlarıdır. Məlum olduğu kimi rayon ərazisində bir necə hərbi hissə yerləşir. İdarə olaraq həmin hərbi hissələrlə birlikdə müəyyən tədbirlər keçiririk. 2 fevral-Gənclər Günü ərəfəsində də belə bir görüş keçirməyi nəzərdə tuturuq. Həmin görüşlər zamanı hərbi xidmətdə fərqlənən hərbiçilər mükafatlandırılır. Heç şübhəsiz ki, həmin görüşlər də gənclərin iştirakı ilə baş tutur. Deyərdim ki, gənclər arasında bu kimi görüşlər çox böyük əhval-ruhiyyə yaradır və gənclərin hərbi vətənpərvərlik ruhunun artmasına müsbət təsir göstərir.

-Ümumilikdə Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatında iştirakı sizi qane edirmi?

-Bu gün gənclər ölkənin ictimi-siyasi həyatında aktivdirlər. Gənclər siyasi proseslərdə fəal şəkildə iştirak edirlər. Bundan başqa fəal gənclərin, eləcə də gənclər təşkilatlarının layihələri həm Gənclər və İdman Nazirliyi, həm də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilir. Bununla da gənclərin ictimai-siyasi aktivliyi bir qədər də artır. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sıralarında 200 minə yaxın gəncin olması, həmin gənclərdən böyük əksəriyyətinin daha aktiv fəaliyyət göstərməsini deyilənlərə misal göstərmək olar. Bu gün öndə olan fəal gənclərin məhz Yeni Azərbaycan Partiyasının Gənclər Birliyində təmsil olunması da bizi sevindirir.

-Abşeron Rayon Gənclər və İdman İdarəsi olaraq 2017-ci il üçün fəaliyyət proqramınızı müəyyən etmisinizmi və cari il ərzində bu istiqamətdə hansı tədbirlər keçirməyi düşünürsünüz? Ümumilikdə, gənclərə yeni nələr vəd edirsiniz?

-Elmdə, təhsildə, idmanda, mədəniyyətdə digər inkişafedici yaradıcı sahələrdə, ictimai həyatda aktiv olan gənclərin hər zaman qiymətləndirilməsi nəzərdə tutulur. Bundan başqa yaradıcı gənclərlə bağlı yay düşərgələrinin təşkil olunması planlaşdırılır. Gənclərin hərbi vətənpərvərlik ruhunun artırılması istiqamətində "Ali Baş Komandanın əmrinə hər zaman hazırıq" adlı yay düşərgəsi keçirmək istəyirik. Bu da vətənpərvər ruhda böyüyən gənclərin sayının artmasına hesablanıb. Eyni zamanda il ərzində valideyn himayəsindən məhrum olan, fiziki cəhətdən qüsurlu gənclərə diqqət artırılacaq. Həmçinin cəzaçəkmə müəssisəsindən azad olunan gənclərin reablitasiya olunması, onların cəmiyyətə adaptasiya edilməsi üçün bir sıra tədbirlər keçiriləcək. Ali təhsilini bitirən işsiz gənclərin müvafiq işlə təmin olunması üçün əmək yarmarkalarının təşkil edilməsi məsələsi də Abşeron Rayon Gənclər və İdman İdarəsinin cari il üçün nəzərdə tutduğu tədbirlər planında yer alıb. Gənclərin asudə vaxtının səmərəli şəkildə təşkili, onların narkomaniya kimi pis vərdişlərdən uzaqlaşdırılması istiqamətində də tədbirlər təşkil ediləcək.

Şamo Əliyev

Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır
Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır
Zəfər missiyamız Füzuli rayonundan başlanıb
Zəfər missiyamız Füzuli rayonundan başlanıb
Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq
Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq
Azərbaycana qarşı olan sanksiyalar ikili standartlardan xəbər verir
Azərbaycana qarşı olan sanksiyalar ikili standartlardan xəbər verir
Azərbaycan öz təhlükəsizliyini,gələcək inkişafını təmin edib və edəcək
Azərbaycan öz təhlükəsizliyini,gələcək  inkişafını təmin edib və edəcək
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir
Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu
Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq
Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Laçın rayonu cənnətə çevrilir
Laçın rayonu cənnətə çevrilir
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır