Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda 31 mart Azərbaycanlıların Soyqırımı Günü qeyd edilib

Tarix:31-03-2017, 15:21

Abşeronda 31 mart Azərbaycanlıların Soyqırımı Günü qeyd edilib


31.03.2017-ci il tarixdə Abşeron rayon İcra Hakimiyyətinin, Abşeron rayon Təhsil Şöbəsinin və Abşeron rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı günü ilə bağlı ümumrayon tədbiri keçirilib.

Abşeron rayon Mədəniyyət Mərkəzinin inzibati binasında gerçəkləşən tədbirdə Abşeron rayon İcra Hakimiyyəti başçısının böyük məsləhətçi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Hafiz Mikayılov, Abşeron rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Seymur Qasımbəyli, Abşeron RİH-in şöbə müdirinin müavini - Dini qurumlarla işin təşkilatçısı Vuqar Bəşirov, Abşeron rayon Təhsil Şöbəsinin müdir əvəzedicisi Pərviz Əhmədov , rayon Mədəniyyət və Turizim şöbəsinin müdiri İlham Manafov , rayonun ictimai-siyasi və mədəni həyatında aktiv iştirak edən gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilməklə başlayan tədbirdə Azərbaycanlıların soyqırımına həsr olunmuş “Həqiqətin Özü” filmi nümayiş olunub.

Anım tədbirini giriş sözü ilə açan Abşeron rayon Mədəniyyət Mərkəzinin baş metodisti Afət Nəbiyeva ermənilərin Azərbaycan torpaqlarında törətdikləri qanlı faciələrdən söhbət açıb, bu barədə dünya xalqlarına daha geniş məlumatlar çatdırılmasının vacibliyini vurğulayıb.

Qeyd olunub ki, erməni işğalçılığının geniş vüsət alması və türk-müsəlman əhalisinə qarşı törədilən təxribat, soyqırımı aktlarının əsası XIX əsrin əvvəllərində ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi ilə qoyulub. Nankor qonşularımızın zaman-zaman xalqımıza qarşı həyata keçirdikləri soyqırımı siyasətinə siyasi-hüquqi qiymət vermiş ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmana əsasən, martın 31-nin ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini diqqətə çatdıran natiq hazırda Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində dünya ictimaiyyətinin Azərbaycan həqiqətlərindən xəbər tutmağa başladığını bildirib.

A.Nəbizadə bir sıra tarixi faktlara istinad edərək erməni daşnak partiyasının havadarlığı ilə ötən əsrin əvvəllərindən etibarən əzəli Azərbaycan torpaqlarında törədilmiş qırğınlar və soyqırımı siyasətindən ətraflı bəhs edib. O, vurğulayıb ki,1890-cı ildə “Daşnaksütyun” partiyasını yaratmaqla mənfur niyyətlərinə start verən ermənilər “yazıq millət” pərdəsi arxasında Qafqazda, Türkiyədə və dünyanın müxtəlif ölkələrində qanlı hadisələrə, terrora, qırğınlara imza atıblar. Azərbaycan xalqına qarşı soyqırımı və deportasiya siyasəti də planlaşdırılmış ssenari üzrə mərhələlərlə davam edib. XİX əsrin sonlarında və XX əsrin əvvəllərində Bakıda, eləcə də Şamaxı, Quba, Muğan və Lənkəranda həyata keçirilmiş qətliamlar nəticəsində 50 mindən artıq azərbaycanlı qətlə yetirilib, evləri talan edilib, on minlərlə soydaşımız yurd-yuvalarından didərgin salınıb.

Tədbirdə rayon Təhsil Şöbəsinin metodisti Zərifə Cəbiyeva və Aşağı Güzdək tam orta məktəbinin tarix müəllimi Rauf Əliyev çıxış edərək erməni millətçilərinin təkcə ötən əsrin əvvəlində deyil, tarix boyu xalqımıza qarşı işğalçılıq siyasəti yürütdüyünü, xarici havadarlarının dəstəyi ilə tarixin ayrı-ayrı dönəmlərində azərbaycanlılara qarşı dəhşətli soyqırımlar törətdiklərini qeyd etmiş, bu soyqırımını dünya ictimaiyyətinə lazımi səviyyədə çatdırmaqda bütün imkanlarımızdan istifadənin vacibliyini söyləyiblər.

Şamo Əliyev

Abşeronda 31 mart Azərbaycanlıların Soyqırımı Günü qeyd edilib
Abşeronda 31 mart Azərbaycanlıların Soyqırımı Günü qeyd edilib
Abşeronda 31 mart Azərbaycanlıların Soyqırımı Günü qeyd edilib
Abşeronda 31 mart Azərbaycanlıların Soyqırımı Günü qeyd edilib
Abşeronda 31 mart Azərbaycanlıların Soyqırımı Günü qeyd edilib
Abşeronda 31 mart Azərbaycanlıların Soyqırımı Günü qeyd edilib
Abşeronda 31 mart Azərbaycanlıların Soyqırımı Günü qeyd edilib

Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır
Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır
Zəfər missiyamız Füzuli rayonundan başlanıb
Zəfər missiyamız Füzuli rayonundan başlanıb
Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq
Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq
Azərbaycana qarşı olan sanksiyalar ikili standartlardan xəbər verir
Azərbaycana qarşı olan sanksiyalar ikili standartlardan xəbər verir
Azərbaycan öz təhlükəsizliyini,gələcək inkişafını təmin edib və edəcək
Azərbaycan öz təhlükəsizliyini,gələcək  inkişafını təmin edib və edəcək
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir
Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu
Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq
Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Laçın rayonu cənnətə çevrilir
Laçın rayonu cənnətə çevrilir
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır