Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Bilik Fondu Abşeronda ideoloji və sosial maarifləndirmə işi aparıb (FOTO)

Tarix:7-06-2017, 12:34

Bilik Fondu Abşeronda ideoloji və sosial maarifləndirmə işi aparıb (FOTO)

Ölkədə aparılan ideoloji, sosial və elmi maarifləndirmə işlərinin daha da genişləndirilməsi, müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyasının və Prezident İlham Əliyevin apardığı uğurlu dövlət siyasətinin prioritet istiqamətlərinin mahiyyətinin ölkə əhalisinə intensiv dolğun və məzmunlu şəkildə çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu silsilə maarifləndirici mühazirələrini davam etdirir.
Abşeron Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyəti və Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən mühazirədə yerli ictimaiyyətin nümayəndələri - ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət və gördüyü işlər nəticəsində ölkədə bütün sahələrdə qazanılmış uğurlar barədə məlumat verən Rayon İcra Hakimiyyətinin əməkdaşı Seymur Qasımov ideoloji istiqamətdə maariflənmənin mahiyyətini vurğulayaraq, Bilik Fondunun bu sahədə həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışıb..

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov sakinlərə dövlət siyasətinin başlıca istiqamətləri haqqında ətraflı məlumat verib, ölkə başçısının həyata keçirdiyi daxili və xarici siyasətin əsas məqamları, son illərdə ölkə həyata keçirilən islahatlar nəticəsində əldə olunan sosial-iqtisadi tərəqqi, müşahidə olunan abadlıq və quruculuq işlərindən danışıb. Bildirilib ki, Ümummilli lider Heydər Əliyevin çoxcəhətli fəaliyyəti, dövlət idarəçiliyi sahəsindəki böyük məharəti və zəngin təcrübəsi Azərbaycanda davamlı inkişafın təməlini qoyub və bu gün Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Son illərdə ölkəmiz öz müstəqilliyini daha da möhkəmləndirib, siyasi, iqtisadi və mədəni sahələrdə çox böyük uğurlara imza atıb.

Mühazirələrdə Heydər Əliyev irsinin gənclər tərəfindən öyrənilməsinin zəruriliyindən, ölkə Prezidentinin fərman və sərəncamlarının, Milli Məclisin qəbul etdiyi qanunların mahiyyətindən, yerli sənaye və kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına, tikinti sektorunun canlandırılmasına yönəldilən tədbirlərdən, ölkədə keçirilən beynəlxalq miqyaslı konfranslar və idman yarışlarından, Azərbaycanın beynəlxalq aləmdə daha da tanınması və təbliği ilə bağlı görülən işlərdən ətraflı bəhs olunub.

İnteraktiv formada keçən mühazirələrdə yerli ictimaiyyətin nümayəndələri çıxış edərək onları maraqlandıran aktual məsələlərə toxunub, gələcəkdə Fond tərəfindən təşkil olunacaq tədbirlərin mövzuları ətrafında fikir mübadiləsi aparıb, eyni zamanda, ölkə başçısının siyasi kursunu, görülən işləri yekdilliklə dəstəklədiklərini bildiriblər.

Şamo Əliyev

Bilik Fondu Abşeronda ideoloji və sosial maarifləndirmə işi aparıb (FOTO)
Bilik Fondu Abşeronda ideoloji və sosial maarifləndirmə işi aparıb (FOTO)
Bilik Fondu Abşeronda ideoloji və sosial maarifləndirmə işi aparıb (FOTO)

Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır
Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır
Zəfər missiyamız Füzuli rayonundan başlanıb
Zəfər missiyamız Füzuli rayonundan başlanıb
Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq
Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq
Azərbaycana qarşı olan sanksiyalar ikili standartlardan xəbər verir
Azərbaycana qarşı olan sanksiyalar ikili standartlardan xəbər verir
Azərbaycan öz təhlükəsizliyini,gələcək inkişafını təmin edib və edəcək
Azərbaycan öz təhlükəsizliyini,gələcək  inkişafını təmin edib və edəcək
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir
Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu
Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq
Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Laçın rayonu cənnətə çevrilir
Laçın rayonu cənnətə çevrilir
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır