Yunanıstan Azərbaycana yeni səfir təyin edib.
Yunanıstanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, səfir postuna təcrübəli diplomat Nikolaos Kanellos təyin edilib.
Bu təyinata qədər N.Kanellos Yunanıstanın Vyetnamdakı diplomatik missiyasına rəhbərlik edib. O, yeni postunda iyulda fəaliyyət müddəti başa çatmış Dimitrios Çounqası əvəz edəcək.