Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Xırdalanın uşaq bağçasında maraqlı Novruz şənliyi

Tarix:5-03-2018, 20:06

Xırdalanın uşaq bağçasında maraqlı Novruz şənliyi

Milli bayramımız, baharın müjdəçisi Novruzu uşaqlar daha çox sevir və gəlişini səbirsizliklə gözləyirlər. Hər il bu əziz bayram şərəfinə məktəbəqədər təhsil müəssisələrində bir-birindən maraqlı, yaddaqalan mərasimlər təşkil olunur. Bu il də Novruzun gəlişini uşaqlar böyük sevinclə qarşılayırlar.

Rayon bağçalarında novruz bayramına həsr olunmuş silsilə tədbirlər bu qədim və milli bayrama sevginin bu gün də azalmadığının göstəricisidir. Belə tədbirlərdən biri də Xırdalan şəhərindəki 15 saylı körpələr evi-uşaq bağçasında keçirilib.

Bağçanın həyətində düzənlənmiş şənlikdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, icra hakimiyyətinin əməkdaşları, rayon bağçalarının müdür və tərbiyəçiləri, valideynlər, KİV nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə bağça qrupları tərəfindən hazırlanmış Novruz stendləri ilə tanış olublar.
Bayram libasına bürünmüş bağçanın həyətində milli geyimli qızlar bayram xörəklərini nümayiş etdirib, şənlik iştirakçılarını ənənəvi şirniyyata qonaq ediblər. Şənlikdə F.Cəbrayılov Novruz bayramının simvolları olan kosa və keçəllə yumuta da döyüşdürüb.
Şənlikdə Novruz tonqalı qalanıb. Milli geyimli körpə fidanlar və qonaqlar tonqalın ətrafında dövrə vuraraq yallı gediblər.

Bayram tədbirində çıxış edən F.Cəbrayılov müəllim və uşaqları Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın adından təbrik edərək, onlara Novruz təravəti arzulayıb. Abşeron bağçaları tərəfindən bütün bayramlarda bir-birindən maraqlı, rəngarəng şənliklər keçirildiyini və onların ildən ilə təkmilləşdirildiyini qeyd edən F.Cəbrayılov bildirib ki, bu qəbildən olan tədbirlər uşaqların dünyagörüşünün formalaşmasında, bayramlarımıza olan sevgilərinin artmasında və adət-ənənələrimizin nəsildən nəsilə ötürülməsində böyük əhəmiyyətə malikdir. RİH başçısının müavini qeyd edib ki, inşallah gələn bayramlarımızı işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Şuşada,Xankəndində, Xocalıda və işğal altında olan digər o gözəl bölgələrimizdə qeyd edəcəyik.

Sonra xalqımızın qədim tarixini, milli adət-ənənələrimizi əks etdirən atributlarla bəzədilmiş bağçanın musiqi zalında uşaqların hazırladıqları bayram səhnələri təqdim olunub. Milli geyimdə olan uşaqlar Novruza dair şerlər söyləyib, milli rəqslər nümayiş etdirib.

Sonda çıxış edən bağçanın müdiri Mətanət Novruzova bildirib ki, bayram şənliyini keçirməkdə əsas məqsəd balacalarımıza milli adət-ənənələrimizi aşılamaqdır. Körpələrimiz o zaman insanların bayramı necə qeyd etdiklərini bir az da olsa hiss edəcəklər.

Şamo Əliyev

Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır

Zəfər missiyamız Füzuli rayonundan başlanıb

Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq

Azərbaycana qarşı olan sanksiyalar ikili standartlardan xəbər verir

Azərbaycan öz təhlükəsizliyini,gələcək inkişafını təmin edib və edəcək

Cəbrayıllılar doğma yurdlarına qayıdırlar

Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur

Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi

Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir

Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu

Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir

Qarabağ Universitetinin yaradılması tarixi hadisədir

Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi

Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq

İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...

Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu

Qardaş Özbəkistanla yolumuz, amalımız birdir

Laçın rayonu cənnətə çevrilir
Laçın rayonu cənnətə çevrilir
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır