Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron rayonunda da mühüm layihələrin icrası davam etdirilib

Tarix:13-10-2014, 05:43

Abşeron rayonunda da mühüm layihələrin icrası davam etdirilib

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələr Abşeron Rayon İcra Hakimiyyətinin başçısı yanında şuranın iclasında ətraflı müzakirə olunub.
İclasda bu ilin 9 ayı ərzində rayonda əldə olunan uğurlardan danışılıb, qarşıda duran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Qeyd edilib ki, bu ilin 9 ayı hər yerdə olduğu kimi, Abşeron rayonunda da mühüm layihələrin icrası davam etdirilib, qarşıya qoyulan bütün tapşırıqlar vaxtında və keyfiyyətlə icra edilib. Vurğulanıb ki, ötən 9 ayda 2424 yeni iş yeri açılıb. Ötən ilin doqquz ayının nəticələri ilə müqayisədə sənaye məhsulunun, nəqliyyat sektorunda yük daşınmasının, pərakəndə əmtəə dövriyyəsinin, əhaliyə göstərilən pullu xidmətlərin və tikinti-quruculuq işlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıb.
Diqqətə çatdırılıb ki, cari ilin əvvəlindən rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 247 milyon 389 min manat investisiya yönəldilib. Hesabat dövründə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Masazır- Saray- Novxanı və Hökməli- Qobu- Lökbatan- Güzdək- Puta avtomobil yolları tikilərək istismara verilib. Xırdalan şəhərində Heydər Əliyev prospekti müasir görkəmdə yenidən qurulub, Həsən Əliyev küçəsi isə genişləndirilərək abadlaşdırılıb.
Şura iclasında bildirilib ki, Bakı-Quba və Bakı-Şamaxı avtomagistrallarının rayon ərazisindən keçən hissəsinin kənarlarında abadlaşdırma işləri həyata keçirilərək qazon, ağac və gül kolları əkilib.
Hesabat dövründə əhalinin su, elektrik enerjisi və “mavi yanacaq”la daha keyfiyyətli təmin edilməsi istiqamətində mühüm işlər görülüb. Rayon ərazisində müxtəlif gücə malik 13 yeni transformator quraşdırılıb, yeddisi təmir edilib, 1337 paqonmetr uzunluğunda yeni qaz kəməri çəkilib, 3498 ədəd "Smart- kart" tipli sayğac quraşdırılıb.
Qeyd edilib ki, yeni tədris ilində Abşeron rayonunda 2 yeni məktəb binası və 2 məktəb üçün yeni tədris korpusu istifadəyə verilib. Həmçinin hesabat dövründə yüksək zövqlə və xüsusi memarlıq üslubunda inşa edilən Heydər Əliyev Mərkəzi, Bayraq meydanı, ”Park Abşeron” əyləncə mərkəzi, Xırdalan Şəhər Musiqi Məktəbi, şahmat məktəbi, rayonunun Masazır qəsəbəsində 13 min tamaşaçı tutumlu beynəlxalq standartlara uyğun stadion istifadəyə verilib. Sakinlərin mənalı istirahəti və asudə vaxtlarını səmərəli keçirmələri üçün 12 hektar ərazini əhatə edən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında hər cür şərait yaradılıb.
Yığıncaqda çıxış edən rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri tikinti, kənd təsərrüfatı, yol infrastrukturunun bərpası və inkişaf etdirilməsi, küçə və yolların abadlaşdırılması, yaşayış məntəqələrinin, xüsusilə Xırdalan şəhərinin müasirləşməsi istiqamətində görülən işlər haqqında geniş məlumat veriblər.
Tədbirdə çıxış edən rayon ziyalıları Abşeronda geniş vüsət alan quruculuq və abadlıq işlərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Baş redaktor: Şamo Əliyev

Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır
Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır
Zəfər missiyamız Füzuli rayonundan başlanıb
Zəfər missiyamız Füzuli rayonundan başlanıb
Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq
Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq
Azərbaycana qarşı olan sanksiyalar ikili standartlardan xəbər verir
Azərbaycana qarşı olan sanksiyalar ikili standartlardan xəbər verir
Azərbaycan öz təhlükəsizliyini,gələcək inkişafını təmin edib və edəcək
Azərbaycan öz təhlükəsizliyini,gələcək  inkişafını təmin edib və edəcək
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir
Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu
Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq
Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Laçın rayonu cənnətə çevrilir
Laçın rayonu cənnətə çevrilir
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır