Xəbər lentİ

Abşeron rayonunda qanvermə aksiyası keçirilib - FOTO

19:52, 05.11.19
Oxunub: 1 354
Gundem / SƏHİYYƏ
Abşeron rayonunda qanvermə aksiyası keçirilib - FOTO


Abşeron Rayon Uşaq Poliklinikasında hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədi ilə növbəti qanvermə aksiyası keçirilib.

Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hemotoloqları rayon mərkəzi xəstəxanasının tibb personalı ilə birgə könüllü donorları müayinə etdikdən sonra onlardan qan götürüblər. Qanvermə aksiyasında günorta saatlarına qədər 200 nəfərdən artıq insan qan verib.

Tədarük olunan qan nümunələri Respublika Mərkəzi Qan Bankına göndəriləcək və irsi qan xəstəliklərinin müalicəsində istifadə olunacaq.

Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilən aksiyanı əhali razılıqla qarşılayıb.Sakinlər belə aksiyaların humanist bir addım olduğunu və talassemiya xəstəliyindən əziyyət çəkən insanlara qan verməkdən məmnun olduqlarını bildiriblər.

Abşeron rayonunda qanvermə aksiyası keçirilib - FOTO
Abşeron rayonunda qanvermə aksiyası keçirilib - FOTO
Abşeron rayonunda qanvermə aksiyası keçirilib - FOTO
Abşeron rayonunda qanvermə aksiyası keçirilib - FOTO
Abşeron rayonunda qanvermə aksiyası keçirilib - FOTO
Abşeron rayonunda qanvermə aksiyası keçirilib - FOTO

Fikirlər

 Oxşar xəbərlər: