Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Qobu qəsəbəsində növbəti küçələr asfaltlanır - Foto

Tarix:9-09-2020, 10:35

Qobu qəsəbəsində növbəti küçələr asfaltlanır - Foto

Abşeron rayonun Qobu qəsəbəsində növbəti küçənin - Sona Salmanova küçəsinin asfaltlanmasına başlanılıb.

Bununla əlaqədar olaraq Abşeron rayon İcra Hakimiyyətinin başçısı əraziyə gələrək görülən işlərlə yerində tanış olub. Bildirilib ki, vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Abşeron rayonunun ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin Sərəncamı əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən rayon ərazisində kompleks tədbirlərin icrası davam etdirilir. İmzalanan sərəncama əsasən, Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində avtomobil yollarının əsaslı təmiri məqsədilə 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 19.7 milyon (on doqquz milyon yeddi yüz min) manatı ayrılıb.

Vurğulanıb ki, dövlət başçısının imzaladığı sərəncama əsasən hazırlanan layihələr əsasında Qobu qəsəbəsində isə 4 küçədə təmir-tikinti işləri həyata keçirilir. Bu, Qara Qarayev, Aşur Həsənbalayev, Sona Salmanova və Çingiz Mustafayev küçələridir. Sözügedən küçələrin ümumi uzunluğu 6.8 km, təmir olunan sahə isə 62 min kv.m-dən çoxdur. Küçələr boyu torpaq işləri, yol əsasının tikintisi və hazır olan ərazilərə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Yaxın günlərdə təmiri nəzərdə tutulan sonuncu küçədə - 860 metr uzunluğa malik Mirzə Ələkbər sabir küçəsində də yenidənqurma işlərinə start veriləcək.

Ümumilikdə aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir. Daha sonra isə yeni asfalt-beton örtüyünün döşənməsi icra olunur.

Daha sonra sakinlərlə görüşən başçı onların təkliflərini dinləyib. Bundan sonra görülməsi vacib olan məsələlərlə bağlı aidiyyatı üzrə tapşırıqlar verilib.

Qobu qəsəbəsində növbəti küçələr asfaltlanır - Foto
Qobu qəsəbəsində növbəti küçələr asfaltlanır - Foto
Qobu qəsəbəsində növbəti küçələr asfaltlanır - Foto
Qobu qəsəbəsində növbəti küçələr asfaltlanır - Foto
Qobu qəsəbəsində növbəti küçələr asfaltlanır - Foto

Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır

Zəfər missiyamız Füzuli rayonundan başlanıb

Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq

Azərbaycana qarşı olan sanksiyalar ikili standartlardan xəbər verir

Azərbaycan öz təhlükəsizliyini,gələcək inkişafını təmin edib və edəcək

Cəbrayıllılar doğma yurdlarına qayıdırlar

Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur

Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi

Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir

Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu

Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir

Qarabağ Universitetinin yaradılması tarixi hadisədir

Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi

Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq

İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...

Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu

Qardaş Özbəkistanla yolumuz, amalımız birdir

Laçın rayonu cənnətə çevrilir
Laçın rayonu cənnətə çevrilir
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır