Xəbər lentİ

Abşeronun təhsil müəssisələrində monitorinqlər keçirilib (FOTO+VIDEO)

11:16, 26.09.20
Oxunub: 1 873
Gundem / TƏHSİL
Abşeronun təhsil müəssisələrində monitorinqlər keçirilib (FOTO+VIDEO)


COVID-19- a yoluxma hallarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin təşkili, yoluxma hallarının effektiv idarə olunması, tədris və təlim-tərbiyə prosesinin iştirakçılarına bu cür hallarla bağlı təsirlərin minimuma endirilməsi üçün Rayon İcra Hakimiyyəti, Rayon Təhsil Şöbəsi və Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən rayonunun ümumi təhsil müəssisələrində monitorinqlər keçirilib.

Xırdalan şəhəri və rayonun Masazır, Novxanı kənd məktəblərində keçirilən manitorinqlər zamanı Abşeron RİH-in, RTŞ-nın və GEM-in əməkdaşları tərəfindən mövcud qayda və təlimatlara uyğun nəzarətin olub-olmamsına baxılıb.

Monitorinqlər zamanı bildirilib ki, əgər məktəbin binasına (korpuslarına) 1-dən çox giriş qapısı varsa, o zaman giriş qapıları müvafiq hərflərlə kodlaşdırılmalı (A, B, C və s) və hər bir giriş qapısının önündə sosial məsafənin gözlənilməsi üçün dayanma işarələri çəkilməlidir. Bu proses daha çox şagird sıxlığı çox olan məktəblərə tövsiyə edilir və bu zaman elektrik hərarət ölçən cihazın sayı nəzərə alınmalıdır. Belə bir variant tətbiq ediləcəyi təqdirdə, şagirdin hansı girişdən daxil olacağı barədə valideynlərə əvvəlcədən bildirilməlidir.

Məlumat verilib ki, məktəbin girişində hər bir şagirdin hərarəti ölçülməli və hərarət 37.1° C dərəcədən aşağı olduğu halda, şagird sinif otağına yönəldilməlidir, hərarət qeyd edilən həddən yüksək olduqda, təxirəsalınmadan məktəbin həkimi tərəfindən valideyn təlimatlandırılmalı və şagird geri qaytarılmalıdır.

Bildirilib ki, sanitariya qovşağının döşəməsi, çanaqlar, qapı tutacaqları və digər istifadə olunan səthlər xüsusi dezinfeksiyaedici vasitələrlə hər iki saatdan bir təmizlənməli və dezinfeksiya edilməlidir. Sanitariya qovşaqlarında maye sabun, dezinfeksiyaedici məhlul hər zaman olmalıdır. Texniki işçi heyəti təmizlik zamanı əlcək və maskadan istifadə etməli, təmizlik prosesindən sonra istifadə olunan qoruyucu vasitələr xüsusi qapalı zibil qutularına atılmalıdır.

Qeyd olunub ki, Abşeron Rayon İcra Hakimiyyəti, Rayon Təhsil Şöbəsi və Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən mütamadi olaraq prosesə nəzarət məqsədilə yerlərdə keçirilən monitorinqlər zamanı müvafiq qaydalara əməl etməyən müəssisə rəhbərləri aşkarlandığı halda, onlar barəsində intizam tənbehi tədbirləri həyata keçiriləcək.







Abşeronun təhsil müəssisələrində monitorinqlər keçirilib (FOTO+VIDEO)
Abşeronun təhsil müəssisələrində monitorinqlər keçirilib (FOTO+VIDEO)
Abşeronun təhsil müəssisələrində monitorinqlər keçirilib (FOTO+VIDEO)
Abşeronun təhsil müəssisələrində monitorinqlər keçirilib (FOTO+VIDEO)
Abşeronun təhsil müəssisələrində monitorinqlər keçirilib (FOTO+VIDEO)
Abşeronun təhsil müəssisələrində monitorinqlər keçirilib (FOTO+VIDEO)
Abşeronun təhsil müəssisələrində monitorinqlər keçirilib (FOTO+VIDEO)





Fikirlər

 Oxşar xəbərlər: