Xəbər lentİ

Abşeronun Saray qəsəbəsinin 7 küçəsi yenidən qurulur – İ.Gülməmmədova əraziyə gəldi

09:03, 07.01.21
Oxunub: 464
Gundem / İQTİSADİYYAT
Abşeronun Saray qəsəbəsinin 7 küçəsi yenidən qurulur – İ.Gülməmmədova əraziyə gəldi

Abşeron rayonunun Saray qəsəbəsinin 7 küçəsi yenidən qurulur. RİH başçısı İradə Gülməmmədova görülən işlərlə yerində tanış olmaq məqsədi ilə əraziyə baxış keçirib. Bildirilib ki, asfaltlanma işləri Saray qəsəbəsinin 7 küçəsini - Hacıbaba Səmədov, Ənvər Məmmədxanlı, Ayna Sultanova, Əhməd Cavad, Həsən Turabov, Xudu Məmmədov və Məhəmməd Hadi küçələrini əhatə edəcək. Layihənin ümumi uzunluğu 4 km-dir və 21 min kvadratmetr sahəyə asfalt örtüyü çəkiləcək.

Yenidənqurma işlərinə uyğun olaraq küçələrdə beton-bərkitmə işləri aparılıb. Hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılmaqla müasir yol infrastruktur yaradılaraq vətəndaşların istifadəsinə veriləcək.

Daha sonra sözügedən küçələrin sakinləri ilə görüşən başçı qəsəbənin problemləri, həlli vacib olan məsələləri ilə maraqlanıb.

Sakinlər qəsəbənin yollarının asfaltlanması ilə əlaqədar cənab Prezident İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.

Abşeronun Saray qəsəbəsinin 7 küçəsi yenidən qurulur – İ.Gülməmmədova əraziyə gəldi
Abşeronun Saray qəsəbəsinin 7 küçəsi yenidən qurulur – İ.Gülməmmədova əraziyə gəldi
Abşeronun Saray qəsəbəsinin 7 küçəsi yenidən qurulur – İ.Gülməmmədova əraziyə gəldi
Abşeronun Saray qəsəbəsinin 7 küçəsi yenidən qurulur – İ.Gülməmmədova əraziyə gəldi
Abşeronun Saray qəsəbəsinin 7 küçəsi yenidən qurulur – İ.Gülməmmədova əraziyə gəldi

Fikirlər

 Oxşar xəbərlər: