Absheron Media
Haqqımızda Bizimlə əlaqə

“Biz Bakıda avtomobilə əyləşib rahatlıqlaTürkiyəyə və Naxçıvana keçməliyik”

Tarix:17-08-2021, 12:01

“Biz Bakıda avtomobilə əyləşib rahatlıqlaTürkiyəyə və Naxçıvana keçməliyik”

Son iki əsr ərzində azərbaycanlılar ermənilər tərəfindən törədilmiş kütləvi qırğınlarla öz tarixi torpaqlarından qovulub, qaçqın və məcburi köçkünə çevriliblər.

1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə ermənilər Xocalı şəhərində 366-cı motoatıcı alayın şəxsi heyyətinin və texnikasının iştirakı ilə azərbaycanlılara qarşı soyqırım törətdi. Günahsız qocalar, qadınlar və uşaqlar qanına qəltan edildi. Soyqırım nəticəsində 613 mülki şəxs, o cümlədən 106 qadın və 63 uşaq yalnız azərbaycanlı olduğuna görə qətlə yetirildi. 1275 nəfər əsir götürüldü. Onlardan 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi hələ də məlum deyil.
Dünyanın 13 ölkəsi və ABŞ-ın 22 ştatı parlament səviyyəsində bu soyqırımı tanıyıb. Lakin hələ də bu cinayəti törədənlər cəzasız qalıb. Ermənilərin saxta “soyqırım” uydurmalarını isə əksər ölkələr tanıyırlar. Bu böyük ədalətsizlikdir.

Ermənilər əsrlərdən bəri olduğu kimi öz çirkin əməllərini törətməkdə davam edirlər. Azərbaycanın 20 faizdən artıq torpaqlarını işğal edib, dinc sakinlər arasında qırğın törədib, yüzlərlərə qadın və uşağı qətlə yetirib, bir milyondan artıq soydaşlarımızı öz dədə-baba yurdlarından didərgin salıblar. Bununla belə torpaqlarımızı işğal etdikdən sonra da 30 il durmadan yaxın kəndləri atəşə tutublar. Dinc sakinlərə zərər verirblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Son illər ərzində dəfələrlə bəyan olunurdu ki, Azərbaycan xalqı mövcud vəziyyətlə heç vaxt barışmayacaq. Nəyin bahasına olursa-olsun öz doğma torpaqlarını işğaldan azad edəcək və belə də oldu. Azərbaycan Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi, tarixi ədaləti bərpa etdi. İşğalçıları bizim torpaqlardan qovdu və öz ərazi bütövlüyünü, torpaq bütövlüyünü bərpa etdi”.
Bu haqq savaşında - 44 günlük müharibənin ilk günlərindən Azərbaycan Ordusu qətiyyətlə irəliləməyə başladı. Kəndlərimizi, şəhərlərimizi işğalçılardan azad etdi. Bu da Azərbaycan Ordusunda daha böyük ruh yüksəkliyi yaratdı və əsgərlərimiz daha həvəslə irəliləməyə başladılar.

Lakin Azərbaycan əsgəri müharibəni ləyaqətlə aparıb. Belə ki, ordumuz tərəfindən Ermənistanın mülki əhalisinə ziyan dəyməyib və demək olar ki, heç bir tələfat olmayıb. Eyni zamanda ermənilərin zəbt edərək yaşadıqları ərazilərdə də dağıntılar olmayıb. Ermənilər isə ballistik raketlərdən müharibə zonasından xeyli uzaq olan belə şəhər və kəndlərimizi atəşə tutublar. Xeyli şəxsi evlərə və obyetlərə zərər vurublar. Böyük dağıntılar törədiblər və mülki əhali arasında ölən və yaralananlar olub.

Ali Baş Komandan İlham Əliyev: “Ermənilər altı xətt istehkam qurmuşdu, müdafiə zolağı qurmuşdu və oranı keçmək böyük məharət, qəhrəmanlıq tələb edirdi. Bizim hərbçilərimiz ölümə gedirdilər. Eyni zamanda o bölgənin coğrafiyası, relyefi də onlar üçün əlverişli idi. Çünki onlar dağlarda yerləşmişdilər, bütün yüksəklikləri götürmüşdülər, biz isə aşağıdan getməli idik.

Ordumuzun gücləndirilməsi, silah, texnika, təchizat məsələləri əsas amillərdəndir. Son illərdə ən çağdaş texnologiyaya əsaslanan silahlar alındı və ordumuzun peşəkarlığı artdı. Çünki silahlar, texnologiya, əlbətdə, bir çox məsələləri həll edir. Ancaq yerində torpağı alan, bayrağı sancan əsgərdir. Əgər o, döyüşə həvəslə getməsə, heç bir silah sənə kömək edə bilməz. Bu amillər bizi Qələbəyə apardı. Bizim bütün hərbi starategiyamız və silahların alınması bir məqsədə xidmət edirdi – biz bu torpaqları necə az itkilərlə azad edək və belə də oldu. Heç kim inana bilmirdi ki, bizim itkilərimiz cəmi təqribən 3 minin altında olsun. Hər bir insanın həyatı qiymətlidir, ancaq bu miqyaslı əməliyyatda cəmi 2900 şəhid verilməsi onu göstərir ki, hər əsgərin canını biz son ana qədər qorumağa çalışırdıq”.

Azərbaycan Prezidenti, Müzəffər Ordumuz, Azərbaycan xalqı böyük Qələbə qazandı. Qarşımızda bir amal var idi - Zəfər qazanmaq, Qələbə çalmaq və işğalda olan bütün torpaqlarımızı işğalçılardan təmizləmək. Biz buna nail olduq. Prezidentimizin uzaqgörən siyasəti, Ordumuzun peşəkarlığı, xalqımızın haqq işinə, qələbəyə inamı bizi bu zəfərə gətirib çıxartdı.

Qələbənin başlıca səbəblərindən biri də düzgün zaman seçilməsi idi ki, Ordumuz tam hazırlıqlı olmuş və vaxtında hərəkətə başlanmışdı.

Azərbaycan xalqı Qarabağı və işğal altında olan digər torpaqlarımızı heç vaxt unutmamışdı. Öz tarixi torpaqlarından qaçqın və köçkün düşmüş soydaşlarımız öz dədə-baba torpaqlarına qayıtmaq ümidini heç vaxt itirməmişdilər. Hətta onların Azərbaycanın ayrı-ayrı rayonlarında, çadır şəhərciklərində dünyaya gələn və Qarabağı görməyən övladları belə o yerlərə qayıtmaq ümidi, eşqi ilə yaşayırlar. Eləcə də minlərlə azərbaycanlı gənc vətən uğrunda düşünmədən belə ölümə getməyə hazır oldu.

Vətən həsrəti ilə yaşayan, vətənindən 30 il əvvəl didərgin düşmüş soydaşlarımız bu gün o torpaqlara qayıtmaq arzusu ilə yaşayır. Lakin o torpaqlara qayıtmaq hal-hazırda mümkün deyil. İşğaldan azad olunmuş şəhər və kəndlərimiz erməni vandalları tərəfindən dağıdılıb, demək olar ki, yerlə yeksan edilib. Orada yaşamaq üçün bir ev belə qoymayıblar. Hamısını yandırıb, dağıdıblar. Əksək şəhər və kəndlərimizi tamamilə yer üzündən siliblər.

Qarabağda və Şərqi Zəngəzurda indi qlobal işlər gedir. Evlər tikilir, infrastruktur layihələr həyata keçirilir. Yollar, su xəttləri, elektrik xəttləri, dəmir yol xəttləri çəkilir, hava limanı inşa edilir. Torpaqlar minalardan təmizlənir. Minalardan təmizləmək işi olduqca çətin və vaxt aparan bir işdir, çünki ermənilər minalanmış yerlərin xəritəsini hələ də vermək niyyətində deyillər. İndiyədək isə onlarla əsgər və onlarla mülki insan bu minalara düşərək həlak olmuş və yaxud sağlamlığını itirib.

Müharibə dövründə Ermənistan bollistik raketlərdən və artilleriya qurğularından Gəncə, Bərdə, Ağdam, Goranboy, Naftalan, Fizuli, Tərtər və Azərbaycanın digər bölgələrini atəşə tuturdu. Bunun nəticəsində 100-dən çox dinc əhali, o cümlədən qadın və uşaq həlak olub. Təkcə Tərtər şəhərinə 20 minə yaxın raket düşüb.
Müharibənin ilk günlərindən qardaş Türkiyə Azərbaycanın yanında oldu. Hərtərəfli bizə dayaq durdu. Bu da Ordumuzu və ümumiyyətlə, xalqımızı zəfərə ruhlandırdı.

Azərbaycan da həmişə Türkiyəyə dar gündə kömək etməyə hazırdır. Odur ki, Türkiyədə meşə yanğınlarının baş verdiyini eşidən kimi Azərbaycan dərhal hərəkətə keçdi. 93 yanğınsöndürən maşın, 700-dən çox yanğınsöndürən bu faciəni öz faciəsi kimi qəbul etdi. Bunu türk mətbuatı da işıqlandırırdı. Azərbaycanlı yanğınsöndürənlər öz həyatını təhlükəyə ataraq yanğını söndürməyə çalışırdılar. Türkiyənin bayrağını belə özlərini oda ataraq öpərək yanğından çıxarırdılar.
Türkiyə ilə Azərbaycan çox güclü müttəfiqdir. Bu iki ölkə arasında sarsılmaz birlik, əbədi qardaşlıq var. Bir vaxt Ulu Öndər Heydər Əliyev demişdi: “Biz bir millət iki dövlətik”, Mustafa Kamal Atatürk də “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamını söyləmişdir. Bu kəlamlar hər iki xalq üçün bir örnəkdir. Hər iki xalqa yol göstərir.

Azərbaycan Prezidenti İlham Əliyev: “Azərbaycanla Türkiyə yeni bir nəqliyyat layihəsi ilə birləşəcək. Dörd il bundan əvvəl Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi olmuşdur. Biz bu dəmir yolu sayəsində Türkiyə ilə birləşdik. Zəngəzur dəhlizi isə ikinci bir birləşmə istiqaməti olacaq. Beləliklə, bizim üçün yeni fürsətlər ortaya çıxacaq. Eyni zamanda, Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə də dəmir yolu ilə birləşəcək. Eyni zamanda biz tələb edirik ki, avtomobil yolu da çəkilsin – Ermənistanın nəzarəti altında olan Qərbi Zəngəzur ərazisində, Mehri bölgəsində. Çünki bu da mütləq lazımdır. Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün həm dəmir yolu, həm avtomobil yolu olmalıdır. Əfsuslar olsun ki, Ermənistan buna etiraz edir. Son günlərə qədər Zəngəzur dəhlizinin açılmasına etiraz etmişdi. Ancaq biz Bakıda avtomobilə əyləşib oradan da rahatlıqla Türkiyəyə və Naxçıvana keçməliyik”.

Şəhla Ağbulud

Abşeronda şəhidin ailəsinin istəyi ilə yaşadıqları küçə asfaltlandı
Abşeronda şəhidin ailəsinin istəyi ilə yaşadıqları küçə asfaltlandı
“Basqal” Dövlət Tarix-Memarlıq Qoruğuna dövlət qayğısı...
“Basqal” Dövlət Tarix-Memarlıq Qoruğuna dövlət qayğısı...
Bugün iki görkəmli şəxsiyyətin doğum günüdür
Bugün iki görkəmli şəxsiyyətin doğum günüdür
Abşeron idmançıları Konyada dörd medal qazanıblar
Abşeron idmançıları Konyada dörd medal qazanıblar
Abşeronlu şagirdlər beynəlxalq Olimpiadada 7 medal qazandılar
Abşeronlu şagirdlər beynəlxalq Olimpiadada 7 medal qazandılar
Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi dünya miqyasında Qeyri-maddi mədəni irsin qorunmasına müstəsna töhfələr verir
Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi dünya miqyasında Qeyri-maddi mədəni irsin qorunmasına müstəsna töhfələr verir
12 avqust - Beynəlxalq Gənclər Günüdür
12 avqust - Beynəlxalq Gənclər Günüdür
Abşeronda şəhid Fərid İlyasovun təltif olunduğu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninin təqdimetmə mərasimi keçirilib
Abşeronda şəhid Fərid İlyasovun təltif olunduğu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninin təqdimetmə mərasimi keçirilib
Xırdalan musiqi məktəbinin şagirdi Muğam Müsabiqəsinin laureatı oldu
Xırdalan musiqi məktəbinin şagirdi Muğam Müsabiqəsinin laureatı oldu
Qobu qəsəbə gəncləri üçün təlim-seminar keçirilib
Qobu qəsəbə gəncləri üçün təlim-seminar keçirilib
Abşeronlu şəhid ailələri və qazilər Naftalana müalicə və reabilitasiyaya göndərildi.
Abşeronlu şəhid ailələri və qazilər Naftalana müalicə və reabilitasiyaya göndərildi.
Azərbaycanla Özbəkistan arasında dostluq və əməkdaşlıq gücləndirilir
Azərbaycanla Özbəkistan arasında dostluq və əməkdaşlıq gücləndirilir
ABŞ-da meymunçiçəyinin yayılması səbəbindən fövqəladə vəziyyət elan edilib
ABŞ-da meymunçiçəyinin yayılması səbəbindən fövqəladə vəziyyət elan edilib
Azərbaycanın Londondakı səfirliyinə hücuma görə 8 nəfər saxlanılıb
Azərbaycanın Londondakı səfirliyinə hücuma görə 8 nəfər saxlanılıb
Prezident: Abşeron torpaqları zeytun, badam yetişdirmək üçün ən münbit torpaqlardır
Prezident: Abşeron torpaqları zeytun, badam yetişdirmək üçün ən münbit torpaqlardır
Abşeron dairәvi dәmir yol xәttinin bütün stansiyalarında 91 әdәd kart oxuyucu qurğu quraşdırılıb
Abşeron dairәvi dәmir yol xәttinin bütün stansiyalarında 91 әdәd kart oxuyucu qurğu quraşdırılıb
Xırdalanda partlayış olan binanın sakinləri ilə görüş keçirilib
Xırdalanda partlayış olan binanın sakinləri ilə görüş keçirilib
Abşeronun təhsil sahəsində növbəti uğurları
Abşeronun təhsil sahəsində növbəti uğurları
Qazi: İdmana həvəsim gələcəkdə torpaqlarımızın ərazi bütövlüyünün bərpasında yaxından iştirak etmək idi
Qazi: İdmana həvəsim gələcəkdə torpaqlarımızın ərazi bütövlüyünün bərpasında yaxından iştirak etmək idi