Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Artımlar əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edir

Tarix:23-12-2021, 13:15

Artımlar əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edir


Vətən müharibəsindən cəmi bir il keçməsinə, işğal edilmiş ərazilərdə qlobal işlərin görülməsinə və bu işlər üçün külli miqdarda vəsait lazm olduğuna, eyni zamanda pandemiyanın hələ mövcud olduğuna baxmayaraq, Azərbaycan Prezidenti öz vətəndaşlarının qayğısına qalır.

Respublikada əhalinin sosial rifahını yaxşılaşdırmaq, sosial müdafiəsini gücləndirmək üçün mütəmadi olaraq düşünülmüş addımlar atılır, sosial islahatlar aparılır.

Cənab Prezident İlham Əliyevin yeni imzaladığı Fərman və Sərəncamlar əhalinin həssas qrupunun sosial ödənişlərinin artırılması istiqamətindəki islahatlarla bağlıdır.

İmzalanmış Fərman və Sərəncamlar ilə müavinət və təqaüdlərin artırılması 732 min şəxsi əhatə edir. Nəzərdə tutulan artımlar üçün illik əlavə 200 milyon manat ayrılıb.

2022-ci ilin əvvəllərindən tətbiq ediləcək islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. İslahatlar 2.1 milyondan çox şəxsi əhatə edəcək.

Nəzərdə tutulmuş artım növbəti kateqoriyalara aid şəxsləri də əhatə edəcəkdir. Belə ki, əlilliyi olan şəxslər və 1-ci dərəcəli əlilliyi olan şəxslərə qulluq edənlər, yaşa görə müavinət alanlar, alə başçısını itirməyə görə müavinət alanlar, müddətli hərbi xidmətdə olanların uşaqları, uşaqların qəyyumları; Beşdən çox uşağı olan qadınlar, bir yaşadək uşağı olan (ünvanlı sosial yardım alan) aztəminatlı ailələr, övladlığa uşaq götürənlər, işləməyən pensiyaçı elmlər və fəlsəfə doktorları, “Xalq” və “Əməkdar” fəxri adı olanlar, doktorant və tələbələr də bu artımdan yan düşməyəcək.

Artım həm də birdəfəlik müavinətləri əhatə edəcəkdir. O cümlədən uşağın doğulmasına görə birdəfəlik müavinətlər və dəfn üçün birdəfəlik müavinətlər də artacaq.

Sərəncam eyni zamanda dövlət büdcəsindən maliyələşən bir sıra təşkilatların işçilərini də əhatə edəcək. Nəzərdə tutulan təşkilatların işçilərinin vəzifə maaşları yanvar ayının 1-dən orta hesabla 20 faiz artırılacaq. Həmin təşkilatlarda ümumilikdə 4 min işçi çalışır. Bu məqsədlə də ildə dövlət büdcəsindən 9 milyon manat illik vəsait nəzərdə tutulur.

Müharibə və digər xüsusi səbəblərə görə əlilliyi olanlar tətbiq olunacaq yeniliklərdən faydalanacaqlar. Onlar pensiya almadıqda müavinət və təqaüd formasında ayda 1-ci dərəcə üzrə 700 manat, 2-ci dərəcə üzrə 530 manat, 3-cü dərəcə üzrə 420 manat alacaqlar. Həmin kateqoriyadan olan şəxslər əmək pensiyası aldıqda orta hesabla aylıq 1-ci dərəcə üzrə 915 manat, 2-ci dərəcə üzrə 845 manat, 3-cü dərəcə üzrə 610 manat alacaqlar.
Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət də 150 manatdan 200 manata çatdırılıb. Onlara qulluğa görə 2019-cu ildə Prezidentin aylıq təqaüdü də 50 manatdan 80 manata çatdırılıb.

Ailə başçısını itirməyə görə müavinət hər ailə üzvü üçün 80 mantdan 100 manata çatdırılır.

Şəhla Ağbulud

Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır
Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır
Zəfər missiyamız Füzuli rayonundan başlanıb
Zəfər missiyamız Füzuli rayonundan başlanıb
Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq
Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq
Azərbaycana qarşı olan sanksiyalar ikili standartlardan xəbər verir
Azərbaycana qarşı olan sanksiyalar ikili standartlardan xəbər verir
Azərbaycan öz təhlükəsizliyini,gələcək inkişafını təmin edib və edəcək
Azərbaycan öz təhlükəsizliyini,gələcək  inkişafını təmin edib və edəcək
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir
Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu
Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq
Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Laçın rayonu cənnətə çevrilir
Laçın rayonu cənnətə çevrilir
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır