Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixnin ən şanlı və parlaq səhifəsinin müəllifidir

Tarix:20-06-2022, 12:11

Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixnin ən şanlı və parlaq səhifəsinin müəllifidir


Azərbaycan dövlətçiliyinin müasir tarixinə öz adını əbədi həkk etmiş, dahi şəxsiyyət, siyasi dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir. Müdrik dövlət başçısı Heydər Əliyev bütün ömrünü xalqının xoşbəxt yaşamasına, Azərbaycanın tərəqqisinə həsr etmişdir. Bu gün ölkənin həm ictimai-siyasi, həm sosial-iqtisadi, həm də mədəni həyatının elə bir sahəsi yoxdur ki, həmin sahənin inkşafı Ulu Öndərin adı ilə bağlı olmasın. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri müstəqil Azərbaycan dövlətini yaratması idi. Ondan sonra gələn bütün istiqamətlərdəki uğurlar bünövrəsini məhz buradan götürür. Heydər Əliyevin siyasi və dövlət fəaliyyətinin ən böyük nəticəsi quruculuğuna bilavasitə rəhbərlik etdiyi və xalqımıza bəxş etdiyi mükəmməl milli dövlət, müstəqil Azərbaycan Respublikasıdır.

1991-1993-cü illərdə Azərbaycan müstəqillik qazandıqdan sonra hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdır. Belə bir böhranlı və ağır şəraitdə Azərbaycanı sürətlə fəlakətə sürükləyən məkrli planların qarşısını almağa, düçar olduğu fəlakətlərdən qurtarmağa qadir yeganə şəxsiyyət məhz ulu öndər Heydər Əliyev olmuşdur.
Azərbaycan xalqı 1993-cü ildə ümummilli lider Heydər Əliyevə etimad göstərərək onu ölkənin layiqli rəhbəri seçmiş, müdrik liderin rəhbərliyi altında ölkəmiz davamlı və dönməz inkişaf yoluna qədəm qoymuşdur. Xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi və yenilməz iradəsi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Beləliklə ölkədə xalq-iqtidar birliyi yarandı.

"Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır" - deyən ümummilli lider xalqın birliyinə arxalanaraq hamını birləşdirib ölkəni ağır vəziyyətdən çıxarmağa nail oldu. Azərbaycan xalqı Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışını Qurtuluş Günü kimi qeyd edir. Dövlətçiliyimizin ən ağır zamanlarında Heydər Əliyev qətiyyəti, müdrikliyi ilə xalqımızı xilas etdi, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtardı. Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olunması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə nəinki müstəqil dövlət quruculuğunu həyata keçirdi, həmçinin, bu dövlətin gələcək inkişafının sağlam təməlini qoydu, eyni zamanda azərbaycançılıq ideologiyasını yaratdı. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olub. Heydər Əliyev Azərbaycan xalqının arzularını reallığa çevirməyi bacarırdı, dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Həmin dövrdə əldə edilən naliyyətlər müstəqil dövlətin yaradılması məhz Heydər Əliyevin xidmətidir. Ulu öndər Azərbaycan xalqının öz taleyini ona etibar etməkdə yanılmadığını hakimiyyətə dönüşünün ilk günlərindən sübuta yetirdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qısa müddət ərzində Azərbaycan dövləti inkşaf dövrünə qədəm qoydu. Ölkəmizin dövlət müstəqilliyinin qorunmasında, möhkəmləndirilməsində, dövlətimizin beynəlxalq aləmdə böyük uğurlar qazanmasında Ulu öndərin rolu danılmazdır. Həmin illərdə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı. Heydər Əliyev siyasətinin müdrikliyi, onun atdığı strateji addımlar sayəsində Azərbaycan dövləti dünyada özünə layiqli yer tutdu, diplomatiya sahəsində bir-birinin ardınca möhtəşəm qələbələr əldə etdi, inkişaf etmiş ölkələrlə dostluq və əməkdaşlıq münasibətləri qurdu. Ulu öndər Heydər Əliyevin təkcə Azərbaycan xalqı üçün deyil, bütövlükdə dünyada gedən proseslerlə bağlı, region xalqları üçün, həmçinin, İslam, Türk dünyası üçün də gördüyü işlər əvəzsizdir. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir. Azərbaycandakı bugünkü inkişafın əsasını qoyan ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı müasir tariximizdə dönüş nöqtəsi, xalqın qurtuluşu hesab olunur. Bu gün Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu Müstəqil Azərbaycan dövləti onun siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi altında uğurla, böyük əzmlə davam etdirilir, ölkəmiz inkşaf edir, beynəlxalq aləmdə sabitilik diyarı, qüdrətli dövlət kimi tanınır. Qurtuluşda başlanan hərakat, seçilmiş düzgün yol nəticə etibar ilə bu gün Azərbaycan dövlətinin möhtəşəm zəfəri ilə yekunlaşdı. Heydər Əliyev yolunun layiqli davamçısı Ali Baş Komandan İlham Əliyev ulu öndərin ən böyük arzusunu gerçəkləşdirdi. Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. 30 il işğal altında qalan əzəli torpaqlarımızı- Qarabağı mənfur erməni işğalından azad etdi. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda üçrəngli bayrağımız əzəmətlə dalğalanır və ölkəmiz qələbəyə doğru inamla addımlayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun 44 günlük Vətən Müharibəsi zamanı möhtəşəm qələbə qazanması, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsi, dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir. Əminliklə söyləyə bilərik ki, Azərbaycan bundan sonra da Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə inkişaf edəcək, və möhtəşəm uğurlara imza ataraq tarix yazacaq!

Abbas Əliyev
Yeni Azərbaycan Partiyası
Abşeron rayon təşkilatının sədri

Şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirdi
Şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirdi
Abşeron rayonunda ümumrayon Novruz bayramı şənliyi keçirilib
Abşeron rayonunda ümumrayon Novruz bayramı şənliyi keçirilib
Prezident İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibədə regional və qeyri-regional ölkələrə mühüm mesajlar ötürdü
Prezident İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibədə regional və qeyri-regional ölkələrə mühüm mesajlar ötürdü
Azərbaycan coğrafi mövqeyinə görə də dünyanın önəm verdiyi bir dövlətdir
Azərbaycan coğrafi mövqeyinə görə də dünyanın önəm verdiyi bir dövlətdir
Azərbaycan ilə Şimali Makedoniya arasında əməkdaşlığın yeni mərhələsi...
Azərbaycan ilə Şimali Makedoniya arasında əməkdaşlığın yeni mərhələsi...
Abşeronda “Ailə - dəyişməyən dəyərimiz” mövzusunda tədbir keçirilib
Abşeronda “Ailə - dəyişməyən dəyərimiz” mövzusunda tədbir keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri ilə birgə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri ilə birgə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib
Azərbaycan qadını cəmiyyətin aparıcı qüvvəsinə çevrilib
Azərbaycan qadını cəmiyyətin aparıcı qüvvəsinə çevrilib
Kənd təsərrüfatı naziri Abşeronda şərab istehsalı müəssisələrinin fəaliyyəti ilə tanış olub
Kənd təsərrüfatı naziri Abşeronda  şərab istehsalı müəssisələrinin fəaliyyəti ilə tanış olub
Saleh Məmmədov Abşeronda vətəndaşları qəbul edib
Saleh Məmmədov Abşeronda vətəndaşları qəbul edib
BMU-da “Biz qayıdacağıq!” adlı elmi-praktiki konfrans keçirilib
BMU-da “Biz qayıdacağıq!” adlı elmi-praktiki konfrans keçirilib
Azərbaycanla-Pakistan hər zaman bir-birinə qarşılıqlı dəstək verib
Azərbaycanla-Pakistan hər zaman bir-birinə qarşılıqlı dəstək verib
Abşeronda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Abşeronda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Xocalı faciəsini Azərbaycan xalqı heç vaxt unutmayacaq
Xocalı faciəsini Azərbaycan xalqı heç vaxt unutmayacaq
Elm və təhsil naziri Abşeronda vətəndaşları qəbul edib
Elm və təhsil naziri Abşeronda vətəndaşları qəbul edib
Abdin Fərzəliyev Abşeron RİH yanında İctimai Şuranın üzvləri ilə görüşüb
Abdin Fərzəliyev Abşeron RİH yanında İctimai Şuranın üzvləri ilə görüşüb
Qeyri-sabit hava şəraiti 4 gün davam edəcək - XƏBƏRDARLIQ
Qeyri-sabit hava şəraiti 4 gün davam edəcək - XƏBƏRDARLIQ
Abşeron idmançısı Malikəjdər Qalabəyov beynəlxalq turnirdə uğur qazanıb
Abşeron idmançısı Malikəjdər Qalabəyov beynəlxalq turnirdə uğur qazanıb
Şagirdlər tullantıların düzgün idarə olunması barədə maarifləndirilib
Şagirdlər tullantıların düzgün idarə olunması barədə maarifləndirilib