Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Dövlətimizin siyasətində əhalinin sosial müdafiəsi hər zaman prioritetdir

Tarix:19-07-2022, 12:03

Dövlətimizin siyasətində əhalinin sosial müdafiəsi hər zaman prioritetdir

İyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin ilk altı ayının yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin başçısının beynəlxalq və daxili siyasətlə bağlı çıxışı bir çox məsələlərə aydınlıq gətirdi. Bu müddət ərzində reallaşdırılmış və gələcək aylarda həyata keçiriləcək iqtisadi, siyasi, sosial, hərbi, kənd təsərrüfatı və digər sahələr üzrə plan və proqramlar müzakirə olundu. Dövlətimizin siyasi, iqtisadi fəaliyyətinə, prioritet sahələrinə diqqət çəkdi. Beynəlxalq siyasət daxili siyasətin davamı kimi qiymətləndirilsə də, həyata keçirilməsinə görə daxili siyasətdən fərqli və çətindir. Çünki beynəlxalq siyasətdə subyektlərin, yəni, oyunçuların sayı çoxdur və hər bir iştirakçının öz marağı var. Bu da bəzən ölkələr arasında maraqların toqquşmasına gətirib çıxara bilir. Lakin Azərbaycan dövlətinin xarici siyasəti maraqların toqquşmasına yox, beynəlxalq hüququn prinsiplərinə, haqq-ədalətə söykənir. Elə buna görə də beynəlxalq siyasətdə qarşıya qoyulan məqsədlərə çatmaq üçün beynəlxalq təşkilatlarla, xarici dövlətlərlə çoxtərəfli və ya ikitərəfli qurulan münasibətlər dövlətimizin nüfuzunun, imkanlarının artmasına gətirib çıxarıb. Dövlətimizin başçısının da bildirdiyi kimi, BMT-dən sonra ikinci böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına sədrlik müddətində görülən işlər, irəli sürülən təşəbbüslər təşkilat üzvlərinin yekdil qərarı ilə sədrlik müddətinin 2023-cü ilə qədər uzadılmasına səbəb oldu. Bütün bunlar Azərbaycan dövlətinin idarəçilik və liderlik keyfiyyətinin göstəricisidir.

Dünyada baş verən siyasi, iqtisadi proseslər, enerji təhlükəsizliyi məsələləri, ölkəmizin coğrafi mövqeyi, formalaşdırılmağa çalışılan yeni dünya düzəninin düzgün analiz edilməsi, pandemiya və maliyyə böhranının hökm sürdüyü, beynəlxalq güclərin öz nüfuz dairələrini yenidən bölüşdürməyə çalışdığı vaxta yaranan siyasi şəraitdən maksimum dərəcədə istifadə edərək, işğal olunmuş torpaqlarımızın müharibə yolu ilə qısa müddətdə azad olunması beynəlxalq təşkilatların və dövlətlərin respublikamıza marağını və inamını daha da artırıb.
Avropa İttifaqı ilə qurulan əlaqələr qurumun ölkələrinin dövlətimizə olan güvəninin və dövlətimizin dünyada enerji təhlükəsizliyinin təminatı sahəsində rolunun əhəmiyyətini göstərir. Hazırda enerji resursları, sadəcə, mal, məhsul deyil, bəzi ölkələr enerji resurslarından siyasi təzyiq vasitəsi kimi istifadə edir. Bu prizmadan Avropa İttifaqının ölkəmizlə əlaqələrini genişləndirməsində maraqlı olması Prezident İlham Əliyevin dediyi kimi, “bizim sözümüz, imzamızdır” şüarının onlar tərəfdən də qəbulu deməkdir.

Respublikamızın Şimal-Cənub, Şərq–Qərb dəhlizlərinin üzərində yerləşməsi, müasir standartlara cavab verən dəniz və hava limanlarına, dəmir və nəqliyyat yollarına sahib olması beynəlxalq yük daşımalarının həcmini artırır. Zəngəzur dəhlizinin açılması bu daşımaları daha da artıracaq. Müşavirədə Ermənistanın 10 noyabr Bəyanatının şərtlərinin yerinə yetirməməsi sahəsində Prezident İlham Əliyevin narazılığı hesab edirəm ki, Ermənistana və bölgədə sülhün yaranmasında maraqlı olmayan, öz varlıqlarını və gücünü ancaq münaqişələrlə göstərə bilən ölkələrə növbəti xəbərdarlıq kimi qiymətləndirmək olar.

Müşavirədə sosial təminat, təhsil, müharibə iştirakçılarına göstərilən maddi, tibbi və mənəvi qayğı, aztəminatlı ailələrin sosial vəziyyətlərinin yaxşılaşdırılması sahəsində görülən və görüləcək işlər barədə də məlumat verildi. Belə ki, təkcə cari il ərzində üçüncü sosial islahat paketi çərçivəsində 3 milyon 400 min vətəndaşımızı əhatə edən böyük bir islahatlar paketi icra olunub. Bu paket çərçivəsində əməkhaqqı seqmenti üzrə 1 milyon 200 min vətəndaşımıza əlavə olaraq 1 milyard 100 milyon manat məbləğində əməkhaqqı artımları edilib. Həm də minimum əməkhaqqı 20 faiz artırılaraq 300 manata çatdırılıb. Eyni zamanda, bir çox sektorda çalışanların əməkhaqları ciddi şəkildə artırılıb. Əlavə olaraq sosial ödənişlər seqmenti isə 2 milyon 300 min vətəndaşımızı əhatə edib və minimum pensiya 20 faiz artırılaraq 240 manata çatdırılıb. Orta pensiya 11 faiz artaraq 364 manata, yaşa görə pensiya 395 manata çatıb. Sosial müavinətlər 34 faiz, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri isə 26 faiz artırılıb. Bu siyasət ardıcıl həyata keçirilən proqramın tərkib hissəsidir. Son dörd il ərzində 3 sosial islahat paketi ilə 4 milyon vətəndaşımız əhatə olunub. Onlar üçün illik 6 milyard manatlıq əlavə dövlət vəsaiti ayrılıb və nəticədə Azərbaycanda minimum əməkhaqqı 3-4 il ərzində 2,3 dəfə artaraq 130 manatdan 300 manata çatıb. Əməkhaqqı fondu 2,2 dəfə, əhali arasında gəlirlərin bölgüsünün ədalətlilik göstəricisi olan median əməkhaqqı 86 faiz artıb.

Əlbəttə, bütün bunlar Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin apardığı çoxşaxəli siyasətin tərkib hissəsidir.

Abbas Əliyev
Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri

Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Milli Ordumuzun şərəfli inkişaf yolu
Milli Ordumuzun şərəfli inkişaf yolu
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Bir imza ilə başlayan yeni strateji dövr
Bir imza ilə başlayan yeni strateji dövr
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub
Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu
Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu