Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycanla-Pakistan hər zaman bir-birinə qarşılıqlı dəstək verib

Tarix:26-02-2025, 18:39

Azərbaycanla-Pakistan hər zaman bir-birinə qarşılıqlı dəstək verib

Ölkəmizə dövlət səfərinə gələn Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin cənab Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə qarşılanması, keçirilən vacib görüşlər, imzalanan mühüm sənədlər səfərin əhəmiyyətini göstərir. Sözsüz ki, Azərbaycan-Pakistan münasibətləri dostluğun, qardaşlığın və strateji tərəfdaşlığın bariz nümunəsi olaraq bir çox dövlətlər üçün örnək olacaq səviyyədədir. Bu iki ölkə hər zaman bir-birinə qarşılıqlı dəstək verib.

Ülvi Salmanov qeyd edib ki, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycanda dövlət səfəri münasibətlərin inkişafına öz təhfəsini vermiş olacaq: “Azərbaycanla Pakistan arasında hər zaman münasibətlər sarsılmaz bağlara əsaslanıb. İki dost və qardaş ölkə hər zaman bir-birinin haqq işinə öz dəstəyini verib. Azərbaycan-Pakistan münasibətləri dostluğun, qardaşlığın və strateji tərəfdaşlığın nümunəsidir. Ölkələrimiz hər zaman bir-birinə dəstək nümayiş etdirib, beynəlxalq aləmdə ortaq maraqlara əsaslanan siyasət yürüdüb. Azərbaycan Respublikasının müstəqilliyini 12 dekabr 1991-ci ildə yəni, ilk tanıyan dövlətlərdən biri də Pakistan İslam Respublikası olub. Ölkələrimiz arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə qurulub. Pakistan İslam Respublikasının Bakıda səfirliyi 12 mart 1993-cü ildə, Azərbaycan Respublikasının İslamabadda səfirliyi 24 avqust 1997-ci ildə təsis olunub”.

Ü.Salmanov bildirib ki, Pakistan ölkəmizin ərazi bütövlüyü və suverenliyinə hər zaman birmənalı dəstək verib: “Azərbaycanın ərazilərini işğal etdiyinə görə Pakistan bu günə kimi Ermənistanı bir dövlət kimi tanımamaqla yanaşı, bu ölkə ilə heç bir diplomatik əlaqələr qurmayıb. Məhz Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalda saxlanıldığı dövrdə Pakistan Prezidenti, Baş naziri, parlament və digər dövlət qurumları, eləcə də ordu rəhbərliyi, ictimai və siyasi xadimləri bu təcavüzü qətiyyətlə pisləyən bəyanatlar verib. Bununla yanaşı Pakistan Azərbaycanla hər bir məsələdə həmrəy olduğunu ifadə edən dövlətlərdən biridir. Pakistan Senatının 2022-ci ildə Xocalı soyqırımını pisləyən qətnamə qəbul etməsi isə iki qardaş xalq arasında olan münasibətin bariz nümunəsi hesab edilir”.

YAP Abşeron rayon təşkilatının sədr müavini vurğulayıb ki, Ermənistanın Azərbaycan ərazilərini işğalda saxladığı dövrlərdə olduğu kimi 2020-ci ilin 44 günlük Vətən müharibəsində də Pakistan ölkəmizin yanında olduğunu bəyan etdi: “Vətən müharibəsində qardaş Türkiyə ilə bərabər Pakistan da Azərbaycanla həmrəylik nümayiş etdirdi. Əldə edilən tarixi Zəfərdə hər üç qardaş dövlətin bayraqlarının yan-yana dalğalanması bunu bariz nümunəsidir. Sözsüz ki, Azərbaycan bütün məsələlərdə, o cümlədən Cəmmu və Kəşmir məsələsində Pakistanın haqlı mövqeyinə hər zaman öz dəstəyini ifadə edib. Azərbaycan dövləti bu məsələnin beynəlxalq hüquqa əsaslanaraq həllinin tərəfdarı olduğunu bildirib. Sözsüz ki, iki ölkə arasında əməkdaşlıq üçün perspektivlər böyükdür. Müdafiə, təhlükəsizlik, enerji, infrastruktur, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil və digər sahələrdə Azərbaycanla Pakistan arasında əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi hər iki dövlətin qarşıya qoyduğu məqsədlər sırasındadır”.

Ülvi Salmanov
YAP Abşeron rayon təşkilatının sədr müavini

Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün