Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Tarix:26-02-2025, 17:08

Abşeronda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Abşeron Rayon İcra Hakimiyyəti və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan tədbir keçirilib. Tədbirdə şəhid ailələri, o cümlədən Xocalı şəhid ailə üzvləri və sakinləri, Vətən müharibəsi iştirakçıları, rayonun idarə, müəssisə, təşkilatlarının rəhbər və məsul əməkdaşları, orta ümumtəhsil məktəblərinin müəllim və şagird heyəti, RİH könüllüləri və gənclər iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin və Xocalıda həyatlarını itirən soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni oxunub.

Tədbirdə Xocalı soyqırımına həsr olunmuş “Danışır Xocalı” sənədli filmi nümayiş olunub.

Sonra Abşeron Rayon İcra Hakimiyyəti başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova Xocalı soyqırımına ilk siyasi-hüquqi qiymətin Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən verildiyini və 26 fevral tarixinin Xocalı Soyqırımı Günü kimi elan olunduğunu vurğulayıb, Xocalı soyqırımının dünyada tanınması və Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan dövləti, habelə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2008-ci ildən etibarən davam edən “Xocalıya ədalət!” kampaniyası nəticəsində 18 dövlətin qanunvericilik orqanı, ABŞ-nin 24 ştatı, o cümlədən bir sıra beynəlxalq təşkilatlar tərəfindən də soyqırım kimi qiymətləndirildiyini, müvafiq qərar və qətnamələrin qəbul edildiyini bildirib.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində, o cümlədən 2023-cü il sentyabrın 19-20-də lokal xarakterli antiterror əməliyyatları nəticəsində işğalçılardan təmizləndiyini vurğulayan RİH başçısının müavini qeyd edib ki, tarixi torpaqlarımızda, eləcə də Xocalıda və ölkəmizin bütün suveren ərazilərində bayrağımızın qürurla dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir.

G.Rəhimova əlavə edib ki, hazırda Abşeron rayonunda Xocalıdan 230 ailə (892 nəfər) yaşamaqdadır. Onlardan 22-si Xocalı soyqırımı qurbanı ailələridir. Böyük Qayıdış Proqramı çərçivəsində Abşeron rayonunda məskunlaşmış 6 ailə (24 nəfər) Xocalı rayonuna köçürülüb. Ölkəmizin hər yerində olduğu kimi, Abşeron rayonunda da şəhid ailələri və qazilərimiz daima diqqətdə saxlanılır.

Daha sonra çıxış edən YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev, Xocalı sakini, şəhid ailəsinin üzvü Tahirə Hüseynova, RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, Vətən müharibəsi şəhidi Fərid Məmmədovun həyat yoldaşı Şəhla Məmmədova, Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Aşberon rayonu üzrə məsləhətçisi Eltac İsmayılov bildiriblər ki, ermənilərin törətdikləri Xocalı soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla ümumilikdə 613 nəfər amansızlıqla qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb. Bütün bunlar göstərir ki, onların birbaşa məqsədi soyqırım törətmək olub və buna da nail olublar. Qeyd edilib ki, Azərbaycan xalqı heç bir zaman Xocalı faciəsi zamanı başına gətirilən müsibətləri unutmayacaqdır. Xocalı soyqırımı zamanı erməni qəsbkarları etnik təmizləmə aparılması məqsədi ilə günahsız insanları, əli yalın qoca və uşaqları, qadın və xəstə, yaralı insanları qanına qəltan ediblər. Onların yalnız bir günahları vardı, o da azərbaycanlı olmaları idi.

Tədbir çərçivəsində orta ümumtəhsil məktəblərinin şagirdlərinin əl işlərindən ibarət “Xocalıya Qayıdış” adlı rəsm sərgisi təşkil olunub.

Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün