Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Kənd təsərrüfatı naziri Abşeronda şərab istehsalı müəssisələrinin fəaliyyəti ilə tanış olub

Tarix:3-03-2025, 14:20

Kənd təsərrüfatı naziri Abşeronda  şərab istehsalı müəssisələrinin fəaliyyəti ilə tanış olub

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakı şəhəri və Abşeron rayonunda fəaliyyət göstərən quşçuluq və şərab istehsalı müəssisələrinin fəaliyyəti ilə tanış olub.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki,

Bakı şəhəri Suraxanı rayonunda yerləşən “Hicaz Broyler” şirkətinə baş çəkən nazirə müəssisədə görülən işlər barədə məlumat verilib, quşçuluğun inkişafı, sənaye üsulu ilə quş əti istehsalında mövcud vəziyyət, istehsal prosesinin daha da təkmilləşdirilməsi, quş əti istehsalında müasir texnologiyaların tətbiqi məsələləri müzakirə edilib.

Sonra nazir Məcnun Məmmədov Abşeron rayonunda “Abşeron Şərab” MMC və “A+Co” MMC şərab istehsalı müəssisələrində olub. Nazirə müəssisələrin mövcud vəziyyəti, istehsalda istifadə olunan texnoloji avadanlıqlar və istehsal olunan məhsullar, rəqabətə davamlı şərab istehsalının artırılması, xarici bazarlara məhsul ixracı imkanları barədə məlumat verilib.

Görüşlərdə şərab istehsalının və ixracının artırılması istiqamətində görülən işlər və atılacaq addımlar müzakirə olunub, şərabçılıq məhsullarının keyfiyyətinin yüksəldilməsi üçün yeni texnika və müasir texnologiyaların tətbiq edilməsi, bu sahədə kadr potensialının gücləndirilməsi, Azərbaycan Dövlət Aqrar Universitetinin şərab istehsalı müəssisələri ilə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Kənd təsərrüfatı naziri Abşeronda  şərab istehsalı müəssisələrinin fəaliyyəti ilə tanış olub

Dialoqdan ədalətə və sülhə gedən Azərbaycan yolu

Azərbaycan əsrlərdir Şərqlə Qərb arasında mədəniyyət körpüsü rolunu oynayır

Qubadlıya gedən Yol
Qubadlıya gedən Yol
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa

Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası

Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir

Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası

Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır

Orta Dəhlizdə Azərbaycanın artan rolu...

Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir

YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb

Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı

Müəllim yalnız dərs demir, gələcək yetişdirir

Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu

Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu