Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Ulu Öndər Heydər Əliyevin azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında misilsiz xidmətləri olub.

Tarix:1-08-2023, 17:30

Ulu Öndər Heydər Əliyevin azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında misilsiz xidmətləri olub.

“Dövlət dilimiz, ana dilimiz Azərbaycan dili ölkəmizdə hakim dildir. Nəinki azərbaycanlılar, respublikamıza xaricdən gələn qonaqlarımız, dostlarımız, həmkarlarımız da bu dilə hörmət edirlər, bu dili öyrənmək, bu dildə danışmaq istəyirlər. Bu çox sevindirici haldır. Bu, eyni zamanda müstəqil respublikamızın əsas atributlarından biri olan azərbaycan dilinin inkişaf etməsini göstərir.” ( Heydər Əliyev)

Dil insan ünsiyyətinin çox mühüm vasitəsidir. Hər bir xalqın dili sözdə təcəssümünü tapan tarix yaddaşıdır. Xalqın minilliklərlə hesablanan mənəvi mədəniyyəti, həyatı onun dilində , dilin şifahi və yazılı formalarında, müxtəlif janrların abidələrində öz əksinin tapır.
Bizim ana dilimiz azərbaycan dilidir. Bu dildə danışanların sayı 50 milyon nəfərdən artıqdır. Azərbaycan ədəbi dilinin lüğət tərkibində 100 minədək söz var.

Azərbaycan ədəbi dilinin təqribən min illik tarixi var. Dilimiz olduqca zəngin, musiqili və çox zərif incə bir dildir.

Tarix boyu xalqımız müxtəlif əsarətlərə məruz qalıb fars, ərəb, rus, əsarəti və işğalları nəticəsində müəyyən dövrlərdə Azərbaycan xalqı müxtəlif dillərdə danışmağa məcbur qalmışdı.

Onu da qeyd edim ki, bu gün də Güney Azərbaycanda soydaşlarımız fars dilində danışmağa məcbur edilirlər və hələ də onlar fars dilli məktəblərdə təhsil alırlar. Lakin etiqadlarımızı, adət-ənənəmizi, şifahi ana dilimizi unutmamağa çalışırlar.

Öz ana dilini göz bəbəyi kimi sevən Azərbaycan xalqı zaman-zaman repressiyalara məruz qalsa da, əsrlərdən bəri şifahi dilimizi, dilimizin gözəlliyini qoruyub saxlayaraq bu günə gətirib çıxarıb.

Əcdadlarımızın bizə miras qoyub getdiyi bayatılarımızdan, nağıllarımızdan, laylalarımızdan, eldən-elə dolaşan dastanlarımızdan qədim abidələrimizdən başlayaraq, şairlərimizin, yazıçılarımızın, mütəfəkkirlərimizin zəngin irsi ilə bizə çatan bu misilsiz sərvət Azərbaycan xalqı müstəqillik qazandıqdan sonra əsas milli atributlardan biri kimi qəbul edilib və inkişaf edir.

Hər bir dili inkişaf etdirən, yaşadan xalq olsa da onun zənginləşməsi, beynəlxalq nüfuz qazanması, dünya dilləri arasında özünəməxsus yer tutması xalqın seçilmiş övladları tərəfindən həyata keçirilir.

Respublikamızda ana dilimizin istifadəsinin genişlənməsinə, ümumilikdə, bu sahəyə xüsusi qayğı əsasən vətənini, xalqını canından artıq sevən müdrik dövlət xadimi, uzaqgörən siyasətçi Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsindən sonra geniş vüsət alıb. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında misilsiz xidmətləri olub.

Heydər Əliyev hələ altmışıncı illərin sonunda Azərbaycana rəhbərlik etdiyi vaxtlardan ana dilinə böyük qayğı və diqqət göstərib.
Azərbaycan dilini-ana dilini böyük məhəbbətlə sevən Ümummilli Lider Heydər Əliyevin ana dili haqqında dediklərindən: “Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir...
İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalarımızdan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”.

Hələ 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi fəaliyyəti haqqında Heydər Əliyev tərəfindən ayrıca maddə daxil edilib. Hansı ki, həmin vaxtlar-Azərbaycanın SSRİ-nin tərkibində olan bir vaxtda bu cür ciddi məsələni qoymaq və ona nail olmaq heç də asan iş deyildi.

30-cu illərdə bildiyimiz kimi, dil məsələsini qabardanlar Sibirə sürgün edilirdi. Hətta milli respublikaların rəhbərləri də dil məsələsini heç vaxt gündəmə gətirmirdilər. Bu vəziyyət 60-cı illərdə də davam edirdi.

Ulu Öndər eyni zamanda tarixi şəxsiyyətlərimizin, alimlərimizin, şair və yazıçılarımızın yubileylərinin yüksək səviyyədə keçirilməsi üçün sərəncam imzalamış, onların dünya mədəniyyətinə tanıtmağın gərək olduğunu vurğulamışdı: ”XX əsrdə Azərbaycan dünya mədəniyyətinə, dünya elminə böyük töhfələr vermişdir. Bizim böyük alimlər, yazıçılar, şairlər, memarlar, rəssamlar, bəstəkarlar, musiqiçilər həm Azərbaycan xalqının elmini, mədəniyyətini, təhsilini zənginləşdirmiş, həm də bütün dünya mədəniyyətinə, elminə böyük töhfələr vermişlər”.

Ümummilli Liderimiz eyni zamanda qeyd etmişdir ki, biz Nizamidən, Füzulidən danışarkən onları təkcə şair kimi deyil, böyük filosoflar kimi, dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq.

Ümumilikdə azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin yüksək kürsülərindən səslənməsi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyevin Azərbaycan dilinin inkişafı, yad təsirlərdən qorunması, onun saflığı, təmizliyi istiqamətində yeritdiyi siyasət bu gün cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Şəhla Ağbulud
“Abşeron “ qəzetinin baş redaktoru

Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Milli Ordumuzun şərəfli inkişaf yolu
Milli Ordumuzun şərəfli inkişaf yolu
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Bir imza ilə başlayan yeni strateji dövr
Bir imza ilə başlayan yeni strateji dövr
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu