2020-ci ildə Ali Baş Komandanımızın güclü siyasəti, Ordumuzun yüksək səviyyədə hazırlığı və xalqımızın birliyi nəticəsində Azərbaycanın əraziləri cinayətkar ermənilərin işğalında azad edildi. Cəmi 44 gün ərzində ərazi bütövlünü pərpa edən Azərbaycan dövləti yenilməz ordumuz tərəfindən 24 saat ərzində Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyini də tam bərpa etdi. Bu da regionda təhlükəsizliyin möhkəmlənməsinə, eyni zamanda sülhün bərqərar olmasına imkan yaradır.
Ermənistan sülh sazişi bağlamağa maraqlı olmayıb, əksinə 30 illik işğal dövründə Azərbaycanın tarixini bu torpaqlardan silməyə çalışıb. Mədəni, dini, tarixi abidələrimizi dağıdıb, tarixi şəhərlərimizi yerlə yeksan edib.
Azərbaycan isə həmişə sülhün tərəfdarı olub və otuz il işğalçı Ermənistanın zəbt etdiyi torpaqların sülh yolu ilə, danışıq yolu ilə geri qaytarılmasını tələb edib.
Münaqişənin başlandığı dövrdən regionda sülhə nail olmaq üçün yaradılan ATƏT-in Minsk qrupunun vasitəciliyi heç bir nəticə vermədi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Bu prosesin iflasa uğraması göstərir ki, beynəlxalq təşkilatlarda, o cümlədən ATƏT və BMT-də köklü dəyişiklər, islahatlar aparılmalıdır”.
Odur ki, Azərbaycan məcbur olub öz torpaqlarını öz gücü ilə, müharibə yolu ilə işğaldan azad edərək geri qaytarsın. Ermənistan dövləti kapitulyasiya aktı imzaladı. Lakin Ermənistan bundan sonra da öz çirkin əməllərindən əl çəkmədi. Ordumuzun gücü ilə torpaqlarımızdan çıxarılan erməni quldurları torpaqlarımızdan geri qaçarkən ərazilərimizə 10 minlərlə mina və digər partlayıcı maddələr yerləşdiriblər. Basdırılan minaların partlaması nəticəsində isə 300-dən xeyli çox insan həyatını itirib və yaxud yaralanaraq ömürlük şikəst qalıb.
Ermənistan isə müharibədə uduzduğuna, kapitulyasiya aktını imzaladığına baxmayaraq ordusunu Azərbaycanın bir sıra ərazilərindən çıxartmadı, əksinə Qarabağdakı erməni separatçılarını durmadan silahlandırdı. Separatçılar isə orada yaşayan dinc erməni xalqını təhlükə altına salaraq, sanki girov saxlayaraq təhlükəli ərazidən çıxmağa qoymadılar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “10 noyabr üçtərəfli bəyanatın 4-cü bəndinə əsasən Ermənistan ordusunun qalıqları Qarabağ ərazisindən çıxarılmalı idi. Amma 3 il ərzində rəsmi İrəvan bunu etmədi, əksinə Laçın yolu vasitəsilə Qarabağdakı erməni separatçılarını silahlandırmaqda davam etmiş, üstəlik, Paşinyan sentyabrın 2-də qondarma “Dağlıq Qarabağ Respublikası”nın yaradılmasının ildönümü ilə bağlı separatçıları təbrik etdi. Sentyabrın 9-da qondarma “Dağlıq Qarabağ”ın qondarma hakimiyyət orqanı olan “seçki” keçirdilər, özlərini yeni başçı seçdilər, bu isə mövcud reallığın tam şəkildə inkar edilməsi demək idi və sentyabrın 19-da Azərbaycan antiterror tədbirləri keçirmək və öz suverenliyini tam şəkildə bərpa etmək üçün seçim yolu qoymadı. Bütün bunlar dövlətimizin gücü hüsabına öz ərazisində separatizmin, qanunsuz rejimin ləğv olunması ilə nəticələndi”.
Azərbaycan Ordusu bir sutkadan da az vaxtda ermənilərin Qarabağdakı ordusunu mülki infrastruktura və dinc əhaliyə ziyan vurmadan tərksilah etdi və həmin ərazi üzərində tam nəzarəti üzərinə götürdü. Burada işğaldan əvvəl yaşamış ermənilərə isə öz evlərində qalmaqla bağlı çağırış etdi.
İşğaldan azad edilmiş ərazilərdə səfərdə olan beynəlxalq ekspertlər, BMT nümayəndələri antiterror tədbirləri zamanı Azərbaycanın bütün humanitar normalara riayyət etdiyini görüb və bunu dönə-dönə vurğulayıblar.
Azərbaycana ərazi iddiasında olan ermənilər bildiyimiz kimi əvvəllər Azərbaycan ərazisində olmayıblar və heç vaxt burada yaşamayıblar. Onlar bura sonradan rusların əli ilə köçürülüblər.
Rusiya İmperiyasının o vaxt İrandakı səfiri olmuş məşhur rus diplomatı Aleksandr Qriboyedov ermənilərin cənubi Qafqaza köçürülməsində aktiv iştirak edib. O, yazırdı ki, erməni əhalisi əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər. Onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar. Biz həmçinin müsəlman əhalisini düşdükləri çətin vəziyyətlə barışmağa və onları inandırmağa çalışmalı idik ki, bu çətinliklər uzun sürməyəcək və ermənilər müvəqqəti onlara icazə verilən ərazilərdə daimi olaraq qalmayacaqlar.
Amerikalı alim Castin Makkartinin yazılarında Cənubi Qafqazda, daha doğrusu Azərbaycanda erməni koloniyalarının yaradılması haqqında demişdi: “1828 və 1920-ci illər arasında yerlərdə əhalinin demoqrafik tərkibi ermənilərin xeyrinə dəyişmək siyasəti nəticəsində iki milyondan çox müsəlman məcburi olaraq yaşadıqları ərazilərdən sürgün edilmiş və dəqiq məlum olmayan sayda insan isə qətlə yetirilmişdir”. Amerikalı alimin göstərdiyi rəqəmlərə görə 1828 və 1920-ci illər arasında Azərbaycana 560000 erməni köçürülmüşdür.
Bununla bağlı diqqətə layiq bir faktı da Zori Balayan özü etiraf etmişdir ki, İrəvanın əhalisi başqa yerlərdən gəlmələrdir. Əslində həqiqi İrəvanlı yoxdur. Akademik A.İ.İonistan isə yazır ki, “İrəvan şəhərinin əhalisinin yalnız dörddə biri ermənilərdir, azərbaycanlılar burada mütləq üstünlük təşkil edir”.
Azərbaycan torpaqlarında özlərinə vətən, dövlət yaradan gəlmə ermənilər İrəvan xanlığını özlərinə paytaxt elan ediblər. Zaman-zaman yerli əhalini öz torpaqlarından departasiya edib, torpağında yaşayıb suyundan, çörəyindən qidalandığı yerli azərbaycanlılara hücum çəkib qətlə yetiriblər. Hər dəfə də öz havadarlarının köməyi ilə daha bir parça torpaq oğurlayıblar. Sonralar isə ermənilərin digər ölkələrdən Qarabağ xanlığına köçürülməsi başlayıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Dağlıq Qarabaağ adlı qurum mövcud olmayıb. 1805-ci ildə Rusiya imperiyasının tərkibinə daxil olmuş Qarabağ xanlığı olub. Kürəkçay sülh müqaviləsi imzalanıb, onu Azərbaycan tərəfində Qarabağ xanı İbrahim Xəlil xan Rusiya tərəfindən isə çar generalı Sisianov imzalayıblar. Müqavilədə erməni əhalisi və ya erməni əhalisinin hansısa xüsusi hüquqları haqqında heç bir xatırlatma yoxdur”.
Yalnız XIX əsrin əvvəllərində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Bu vaxtlar da buraya İrandan və Şərqi Anadoludan kütləvi surətdə ermənilərin köçü başladı. Nəticədə artıq Qarabağda da ermənilərin sayı artmağa başladı.
1980-ci ildə dəfələrlə olduğu kimi ermənilər qeyri-rəsmi ekstremis təşkilatlar yaratdılar. O vaxtkı sovet rəhbərliyi isə nəinki ermənilərin təcavüzkarlığına əhəmiyyət vermədi, hətta onları dəstəklədi. Azərbaycan torpaqlarında yaradılmış Ermənistandan azərbaycanlılar tamamilə qovuldular. Sonra isə təcavüzkar erməni quldurları Azərbaycan ərazisinin daha 20 faizini - Qarabağı, eyni zamanda Qarabağa heç aidiyyəti olmayan yeddi Azərbaycan rayonunu işğal etdilər.
Bir milyondan çox soydaşlarımız öz yurd-yuvasından didərgin düşdü. 30 il həsrətlə vətənə sarı boylandılar. Bir çoxları vətən deyərək gözü açıq köçdülər bu dünyadan.
Artıq doğma vətənə sarı, yurda sarı köç başlayıb. İnsanlar sevinc göz yaşları ilə doğulduqları, artıq yenidən tikilmiş, bərpa olumuş, daha da gözəlləşmiş, abadlaşmış yurd yerlərinə köçürlər.
Hamı sülh istəyir. Əmin-amanlıqda yaşamaq istəyir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Bütün oyunlara son qoyulmalıdır və sülh sazişi imzalanmalıdır. Ermənistan baş naziri 6 saata Qranadaya uçur, orada Azərbaycansız Azərbaycanın müzakirə edildiyi mənasız görüşlərdə iştirak edir, amma 2-3 saata Bişkekə uça bilmir, onun mühüm işləri varmış.
Azərbaycan Ermənistan ilə münasibətlərin normallaşmasına hazırdır. Sülh sazişi üzərində işi davam etdirməyə hazırıq. Erməni tərəfinin Rusiya Federasiyasının vasitəçiliyindən imtina edəcəyi təqdirdə Azərbaycan ilə Ermənistan xarici işlər nazirləri arasında birbaşa danışıqlar alternativ ola bilər. Bütün digər təkliflər həqiqətə, haqlı mövqeyə və beynəlxalq hüquqa münasibəti nəzərə alınmaqla ölkəmiz tərəfindən təhlil ediləcək”.
Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru