Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Hər bir ölkə kimi Azərbaycanın da öz suverenliyini qorumağa haqqı var

Tarix:11-12-2023, 09:33

Hər bir ölkə kimi Azərbaycanın da öz suverenliyini qorumağa haqqı var

Azərbaycan heç vaxt yad torpaqlarını işğal etməyib, eləcə də heç kimin ərazisində gözü olmayıb. Həmişə sülhün tərəfdarı olub.

Ermənistanın işğal etdiyi torpaqları Azərbaycan 30 il ərzində sülh yolu ilə, danışıqlar yolu ilə qaytarmaq istədi. Lakin bu mümkün olmadı. Ermənilər nəinki torpaqlarımızı geri qaytarmaq, hətta yeni ərazilər işğal etmək niyyətində idilər.

2020-ci 8 noyabr tarixində Azərbaycan qələbə çalaraq öz torpaqlarını öz gücü ilə ermənilərdən təmizlədi. Ermənistan noyabr ayının 10-da kapitulyasiya aktına qol çəkdi. Lakin bütün bunlara baxmayaraq bir neçə rayonumuzda Ermənistanın 15 minə yaxın hərbçisi qalmışdı. Antiterror əməliyyatı nəticəsində onlar da tərksilah edildilər. Mülki erməni əhalisinə isə Azərbaycan Prezidenti təklif etdi ki, əvvəldən burada yaşamış ermənilərdən kim istəyirsə Azərbaycan vətəndaşı olmaqla və Azərbaycan qanunlarına əməl etməklə qala bilər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “İki il yarım bundan əvvəl suverenliyimizi bərpa edərkən şahidi olduq ki, Qarabağda Ermənistana məxsus böyük sayda hərbçilər var və onlar orada belnəlxalq hüquqa məhəl qoymadan yerləşdirilmişdilər.

Azərbaycanın təklifi çox aydındır. Qarabağda yaşayan insanların iki seçimi var. Biri Azərbaycan vətəndaşları olmaqdır və biz bunun üçün hüquqi və təhlükəsizlik çərçivəsi yaradırıq. Yaxud yaşayış üçün başqa yer tapsınlar.

Ancaq Azərbaycanın müraciətləri və bəyanatları lazımı şəkildə dəyərləndirilmədi.

Erməni separatçıları hazırda Azərbaycanın ədliyyəsinin hökmünü gözləyirlər. Ancaq zamanında təkliflərimizi rədd edən erməni separatçıları bizi hədələyirdilər ki, buraya tank üzərində gələcəklər”.

Artıq antiterror əməliyyatından sonra Azərbaycan demək olar ki, işğal olunmuş torpaqlarını tamamilə terrorçulardan təmizlədi və öz suverenliyini bərpa etdi. Onu da qeyd etmək lazımdır ki, nə Vətən müharibəsi vaxtı, nə də antiterror əməliyyatında heç bir infrastruktura ziyan dəyməyib. Azərbaycanın ərazisində yaşayan mülki erməni əhalisi arasında itkilər olmayıb.

Azərbaycan BMT Nizamnaməsinin özünümüdafiə ilə bağlı 51-ci maddəsinə uyğun olaraq, beynəlxalq hüquqa əsasən öz ərazilərini işğalçılardan təmizləyib. Hər bir ölkə kimi Azərbaycanın da öz ərazilərini, öz suverenliyini qorumağa haqqı var. Eyni zamanda ölkəmiz sübut etdi ki, münaqişənin hərbi yolla həlli var.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Zaman göstərdi ki, Azərbaycan düzgün siyasət aparıb. Ordumuzu qurduq, digər çoxsaylı infrastrukturu yaratdıq və hərbçilərimi üçün çoxlu təlimlər təşkil etdik. Bu olmasaydı, biz hələ də ermənilərə bilinmir nədən danışmağa davam edəcəkdik.

Bizim nəhəng enerji ehtiyatımız var ki, bu gün milli təhlükəsizlik məsələsidir. Bu, əslində, mövcudluğun müstəqil yaşayış mənbəyidir. Bizim coğrafiyamız Avropadan Şərqi Asiyaya qədər uzanan ərazini əhatə edir. Bizim istifadə edə biləcəyimiz müəyyən infrastruktur var və biz ondan istifadə edirik”.

Ermənistan artıq məğlubiyyəti qəbul edib. Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edir. 2022-ci il oktyabr ayının 6-da Praqada keçirilən görüşdə də Ermənistanın baş naziri rəsmi surətdə Qarabağı Azərbaycan ərazisi olaraq tanıyıb.

İndi Qarabağ yenidən qurulur. Erməni vandallarının söküb dağıtdığı, talan etdiyi ərazilərdə tikinti-quruculuq, bərpa işləri gedir. Bir sira rayonlara 30 il əvvəl öz doğma yurd-yuvalarından qaçqın düşmüş soydaşlarımız sevinc hissi ilə qayıdır. Bu işlərin bir az ləngiməsinə səbəb isə ermənilərin ərazilərimiz boşaldarkən vaxtdan istifadə edib basdırdıqları minlərlə minalardır ki, yüzlərlə hərbçi və mülki insan bu minalara düşərək öz həyatnı və yaxud sağlamlığını itirib.

Bu gün bir sıra ölkələr var ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanmasına mane olur. Ara qarışdırmağa çalışırlar. Ermənistan isə aldanaraq tez-tez fikrini dəyişir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Əgər rəsmi İrəvan Azərbaycanın Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tanımayacaqsa, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacayıq. Ermənistanın ərazi bütövlüyünü sual altına çəkməkdə bizim daha çox tarixi, siysi və qanuni hüquqlarımız var. XX əsrin əvvəlində Cənubi Qafqaz xəritələri necə olduğunu hamı bilir. Onlar mövcuddur. Bolşeviklər 1920-ci ilin noyabrında Zəngəzuru Azərbaycandan götürərək Ermənistana veriblər və bu, Azərbaycanın sovetləşdirilməsindən altı aydan az müddətdə baş verib. Həmin ərazi hissəsi bizdən götürülmüşdür”.

İki ölkə arasında razılaşma qarşılıqlı olmalıdır. 1980-ci ilin sonlarında azərbaycanlılar İrəvandan, Göyçədən, Dərələyəzdən və bu kimi keçmişdə Azərbaycan ərazisi olan yerlərdən-öz doğma yurd yerlərindən qovuldular. Əgər Ermənistan saziş layihəsində Azərbaycanda yaşayan erməniləri milli azlıq kimi qeyd etmək istəyirsə, onda Ermənistandan güclə deportasiya olunmuş azərbaycanlıların da hüquqları bərpa olunmalıdır. Onların da hüquq və təhlükəsizlikləri qorunmalıdır. Bu qarşılıqlı olmalıdır.

Nizami Zalov
Abşeron Rayon Ağsaqqallar Şurasının sədri, şəhid gizir Vidadi Zalovun atası

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident